Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə19/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Neft Daşlarına həsr edilmiş şerlərdən nümunələr 
 
 
Dəniz şəhərində 
 
 
                    Xəzri yenə gurlayır buludlu göylər kimi, 
   
 
Hədələyir yenidən bizim Neft Daşlarını. 
Buruqlar bir-birinə həyan ürəklər kimi 
Yolur dəli xəzrinin pırtdaşıq saçlarını. 
Bu şəhər yaranandan ağı qara görüb o, 
Rəngdən rəngə girib o. 
Xəzərə basqın edir, 
 
 
Şəhərə basqın edir. 
Torpaqdan üzülməyir şəhərin ayaqları, 
Qüdrətini göstərir bir daha bu qansıza. 
Neftçilər qəhrəmantək qoruyub buruqları 
Qoymayır ki, onların bir yerindən qan sıza; 
Dəqiqələr, saatlar uzanır bir il kimi, 
Fəlakətlə üzləşib bu səadət ordusu. 
Qarşısına xəzrinin sinə gərib fil kimi, 
Tufana üstün gəlir qalibiyyət ordusu. 
 
Köpü yatır xəzrinin, rəngi meyit tək solur, 
Dəmir qollu şəhərin düşür ayaqlarına. 
Bəli, bu yeni zəfər bir yeni mahnı olur 
Dəniz buruqlarının qızıl yataqlarına. 
Xəzriyə divan tutan cavan şəhərim mənim 
Suların ortasında dayanıb qalam kimi, 
 
                                        70 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Bakımın körpəsini – qoy bilsin dost – düşmənim! 
Qoruyuram xəzridən öz əziz balam kimi! 
 
Rüstəm  S. Seçilmiş  əsərləri.  /S.Rüstəm.-  Bakı:  Şərq-Qərb,  2005.- 3 
cilddə.- C. 1.- s. 129.
 
 
 
           
 
 
Dənizin ad günü 
 
Yer üzündə 
Insandan qabaq 
su vardı. 
Bəlkə çox idi. 
Bəlkə az idi. 
Bir yerdə dərin idi
Bir yerdə dayaz idi. 
Belə tənha deyildi Xəzər də. 
Üzülməmişdi əli 
dəniz qardaşlarından. 
Duyurdu babası okeanın nəfəsini 
küləklərdə. 
Yer üzü göz işlədikcə su idi. 
Aylar keçdi, illər dolandı. 
Sulara ad verdi insan. 
Buna “göl” dedi, 
Ona “okean”. 
O vaxtdan dəniz də “dəniz” oldu. 
                                          71 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Mən bilmirəm hansı gündür 
Dəniz ad günü. 
Odur dənizi təbrikə gəlirəm 
ömrün hər adi günü. 
 
 
 
Rza R. Seçilmiş əsərləri. /R.Rza.- Bakı: Öndər, 2005.- 5 cilddə.- C. 
3.- s. 223. 
 
 
                                        
Neft 
 
Dün şövq ilə mədənləri gəzdik; 
Çox baxdı buruqlar bizə dik-dik. 
Bilməm nəyə durmuşdu buruqlar? 
- Dolsun – deyə bir anda oyuqlar! 
Şən zərbəçilər mədəni sardı, 
Mədəndə nöyüt azlığı vardı. 
Sarsıtdı bu azlıq bizi dərhal, 
Mədəndə coşub kükrədi avral. 
Hər guşədə bir “aləti - zaye”,  
Baxdıq çürüyüb olmada zaye. 
Bir yanda nöyüt axmada bomboş
Bir işçi oturmuş kimi sərxoş, 
Hər bir şeyə baxmazdı, nəhayət, 
Verdik ona bir zərbəli töhmət. 
Bir işçi durub söylədi birdən: 
- Qalsınmı nişan köhnə kəsirdən? 
Neft olmasa fabrik necə işlər? 
                                             72 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Neft olmasa gəlməz vecə işlər! 
Neft olmasa gurlarmı traktor? 
Yoldaş, bunu kolxozçuya bir sor! 
Neft olmasa işlərmi zavodlar? 
Parlarmı ocaqdakı odlar? 
Neft olmasa kükrərmi Zaheslər? 
Neft olmasa yoxluq bizi səslər! 
Qarşımda bəyaz çöhrəli qış var. 
Neft olmasa parlarmı baxışlar? 
Beşilliyi yarısında bitirmək
Hər əngəli şiddətlə devirmək, 
Əlbət, bu günün oğluna bağlı, 
Əlbət mənə bağlı, sənə bağlı, ona bağlı! 
 
 
Müşfiq M. Seçilmiş əsərləri. /M.Müşfiq.- Bakı: Şərq-Qərb, 2004.-  
s. 107-108.  
 
                          
 
Nefçiyik biz   
 
Neft çıxarmaq bəxt yazımış, 
Başa tacdı, neft, qazımız, 
Yaxınlaşır bayramımız, 
Çətin, məsul var peşəmiz. 
Şan, şöhrətli, neftçiyik biz! 
 
Asan deyil əsla peşə,   
Neftçi dözər tək bu işə, 
                                             73 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Duyar onu vuran dişə
Danılmazdı zəmanəmiz. 
Şan, şöhrətli nefçiyik biz! 
 
Neft dünyanın köhlən atı, 
Dörd nal çapar kainatı, 
Payızdadı toy, büsatı, 
Sevinc yayır, şən çöhrəmiz. 
Şan, şöhrətli, neftçiyik biz! 
 
Xəzər şölə saçır aya. 
Buruqları gəlmir saya. 
Tanrı yazıb bəxtə, paya, 
Artır hər an qüdrətimiz. 
Şan, şöhrətli, neftçiyik biz! 
 
Bayram qarışır bayrama, 
Son qoyulur Ramazana. 
On gün qalır o bayrama, 
Neft, qazla doldu töhvəmiz. 
Şan, şöhrətli, neftçiyik biz! 
 
Cənnət olub bu gün dörd yan, 
Fəxrimizdir Bakı-Ceyhan, 
Məğrur dayan Azərbaycan! 
Qoynunda bol sərvətimiz. 
 
                                          74 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Şan, şöhrətli, neftçiyik biz! 
Şan, şöhrətli, neftçiyik biz! 
Вышка.- 2010.- 24-30 сентября.- с.10 
 
 
 
NEFT DAŞLARI – ÜRƏYİMİN PARASI 
 
Əfsanəvi dəniz şəhərinin 60 illik yubileyinə 
 
Neft Daşları – ürəyimin parası, 
Qara qızıl səltənətim, sərvətim. 
Qara daşlar – gözlərimin qarası, 
Neft Daşları – şeriyyətim, söhbətim 
Dalğalarda ağ qanadlı kəhərim, 
Zülmətlərə nur paylayan şəhərim. 
Neft Daşları – qəhrəmanlar diyarım, 
Neft Daşları – məhəbbətim, şöhrətim. 
Məftun edən həm doğmanı, həm yadı, 
Mavi gözlü Xəzərmin övladı. 
Neft Daşları – xəyalımın qanadı, 
Neft Daşları – əzəmətim, qüdrətim. 
Ümman üstə poladlaşan izlərim, 
Hüsnündən doymadı mənim gözlərim. 
Neft Daşları – nağıllaşan sözlərim, 
Neft Daşları – dizlərimdə taqətim. 
Neft Daşları – ürəyimin parası, 
Möhtəşəmlik abidəmsən, zəhmətim. 
 
                                          75 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə