Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə22/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
Azərbaycanın  neft  sənayesinin  inkişafı  üçün  nəzərdə  tutulmuş  64  milyard  ABŞ 
dolları  qoyuluşunun  57,6  milyardı  dəniz  yataqlarının  mənimsənilməsinə  və 
perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.  
"Əsrin  müqaviləsi"nin  həyata  keçirilməsinə  başlanan  vaxtdan  Azərbaycan 
iqtisadiyyatında  dönüş  yarandı  və  böyük  işlərə  başlandı.  Birinci  növbədə  1995-ci 
ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun 
olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst 
modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma 
qurğusu  laylara  horizontal  quyuların  qazılmasına  imkan  verdi.  Maksimal  mailliklə 
qazılmış  A-18  (inhirafı-5500  m),  A-19  (inhirafı-6300m-dən  artıq)  və  s.  istismar 
quyuları  böyük  neft  hasilatı  ilə  işə  düşdülər.  1997-ci  ildə  Çıraq  yatağından  neft 
hasilatına başlandı.  
1999-cu  ilin  dekabrında  Azərbaycanın  "mənfəət  nefti"  ilə  doldurulmuş  ilk 
tanker  dünya  bazarlarına  çıxarıldı.  Bu  neftin  satışından  əldə  edilən  valyuta 
ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası 
Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Şimal istiqamətindəki uzunluğu 
231  km,  diametri  720  mm  olan  Bakı-Novorossiysk  neft  kəmərinin  Azərbaycan 
hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti 
Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmər istifadəyə 
verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql 
edilib.  
Qərb  istiqamətində  uzunluğu  837  km,  diametri  530  mm  Bakı-Supsa  boru 
kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 
2007-ci  ilin  sonunadək  Bakı-Supsa  kəməri  ilə  45  milyon  542  min  ton  neft  nəql 
edilib. 1997-ci  ildə  respublikada  neft  hasilatı  9 milyon  ton idisə,  2007-ci ildə  bu  
                                                     83 


------------------------------------------Neft Daşları------------------------------------------- 
rəqəm 40 milyon tonu keçmişdir. 
Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının 
qazılması  məqsədilə  "Dədə  Qorqud"  (keçmiş  "Kaspmorneft")  yarımdalma  üzən 
qazma qurğusu təmir və modernizə edilmişdir və 50-475 m dəniz dərinliyində 7620 
m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" (keçmiş 
"Şelf-5")  yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50-700 m 
dəniz  dərinliyində  7620  m  dərinliyə  qədər  quyu  qazmaq  mümkün  olmuşdur. 
Modernizə  olunmuş  qazma  qurğularının  köməyi  ilə  "Azəri-Çıraq-Günəşli" 
yataqlarında  birgə  aparılan  işlər  nəticəsində  6  kəşfiyyat  quyusu  qazıldı,  bunların 
səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə 
yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" 
və  "Azəri-Çıraq-Günəşli"  yataqlarında  öz  işlərini  uğurla  davam  etdirirlər.  Xarici 
şirkətlər  tərəfindən  Azərbaycan  üçün  tikilmiş,  Heydər  Əliyev  adına  "Lider" 
qurğusunun  köməyi  ilə  də  texnika-texnoloqiya  sahəsində  böyük  irəliləyişlər  əldə 
edilmişdir.  
1999-cu  ilin  noyabrında  Türkiyənin  İstanbul  şəhərində  keçirilmiş  ATƏT-in 
Sammitində  ABŞ,  Türkiyə,  Azərbaycan,  Gürcüstan,  Qazaxıstan  və  Türkmənistan 
prezidentləri  tərəfindən  Bakı-Tbilisi-Ceyhan  (BTC)  "Əsas  İxrac  Neft  Kəməri"nin 
çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də 
Bakıda,  Səngəçal  terminalında  ümummilli  liderimiz  Heydər  Əliyevin,  Türkiyə  və 
Gürcüstan  prezidentlərinin  iştirakı  ilə  Bakı-Tbilisi-Ceyhan  ixrac  neft  kəmərinin 
təməl  daşı  qoyulmuş  və  tikintisinə  başlanmışdır.  BTC-nin  Azərbaycan  hissəsinin 
Gürcüstan  hissəsi  ilə  birləşdirilməsi  2004-cü  ilin  oktyabrında  baş  tutdu.  2006-cı  il 
iyulun  13-də  isə  Türkiyənin  Ceyhan  şəhərində  XXI  əsrin  ən  böyük  enerji  layihəsi 
olan  Heydər  Əliyev adına Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru  kəmərinin təntənəli 
açılış  mərasimi  keçirildi.  BTC  istismara  verilən gündən  2007-ci  ilin  sonunadək  
                                                      84 


------------------------------------------Neft Daşları------------------------------------------- 
Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına 
yola salınmışdır.  
Bu  "əsas  ixrac  neft  kəməri"nin  texniki-iqtisadi  əhəmiyyətindən  başqa,  onun 
siyasi  rolu  da  böyükdür.  Belə  ki,  bu  neft  kəməri  dünya  dövlətləri  ilə  Azərbaycan 
dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin 
yenidən  qurulmasına  təkan  verəcək,  Azərbaycanın  xarici  siyasətinin  güclənməsinə 
və inkişaf etməsinə səbəb olacaqdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                               85 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
İnformasiya 
 
Beynəlxalq  Xəzər  Neft  və  Qaz  sərgi  və  konfranslarının  keçirildiyi 
tarixlər 
 

1994,  24 may 
II 
1996,  17-20 setyabr 
III 
1996,  10-13 noyabr 
IV 
1997,  6-12 iyun 

1998,  2 iyun 
VI 
1999,  4-10 iyun 
VII 
2000,  6 iyun 
VIII  2001,  5-8 iyun 
IX 
2002,  3-6 iyun 

2003,  4-7 iyun 
XI 
2004,  1-4 iyun 
XII 
2005,  7-10 iyun 
XIII  2006,  6 iyun 
XIV  2007,  5-8 iyun 
XV 
2008,  3-6 iyun  15 illik yubiley 
XVI  2009,  2-5 iyun 
XVII  2010,  1-4 iyun 
XVIII  2011  7-10 iyun 
XIX  2012  5-8 iyun 
 
 
 
 
86 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə