------------------------------------------Neft Daşları-------------------------------------------
geoloq, 1952-ci ildən 1960-cı ilədək ''Neft Daşları'' neft mədən idarəsinin baş
geoloqu vəzifəsində çalışmışdır. 1960-cı ildə F.İ. Səmədov Azərbaycan E.A.Dərin
neft və qaz yataqlarının problemləri institutunda direktor müavini, 1961-1963-cü
illərdə ''Başdənizneft'' idarəsində baş geoloq vəzifəsində işləmişdir. F.İ. Səmədov
''Neft Daşları''nın baş geoloqu işlədiyi zaman elmə xüsusi meyli olan mütəxəssisləri
- Xoşbəxt Yusifzadə 1-ci mədənin, Ənvər Məmmədov 2-ci mədənin, Aslan Sultanov
isə 3-cü mədənin böyük geoloqu təyin etdirmişdir. F.İ. Səmədovun ''Səngəçal-
dəniz'', ''Duvannı-dəniz'', ''Bulla adası'' və ''Bahar'' qaz-kondensat yataqlarının
mənimsənilməsində böyük rolu vardır. O, Lenin Mükafatı Laureatı adına layiq
görülmüş, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni, 1966-cıildə Lenin ordeni ilə
təltif edilmişdir.
Neftçi Qurban
(1926-1994)
Xalq arasında ''Neftçi Qurban'' adı ilə məşhur olan Qurban Abbasqulu oğlu
Abbasov 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız
kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə ''Artyomneft'' trestində fəhlə
kimi başlayan Qurban Abbasov, sonra ''Azərneft'' Birliyinin qazma idarəsində
qazmaçı, buruq ustası, ''Gürgənneft'' NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi
vəzifəsində işləyib. 1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim,
geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin
Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə
hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o,
Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967-1980-cı illərdə-
''Xəzərdənizneftkəşfiyyat'' trestinin müdiri, ''Xəzərdənizneft'' İB-nin baş direktor
müavini,
''Neft
Daşları''
NQÇİ-nin
rəisi,
1980-1983-ci
illərdə-
''Xəzərdənizneftqazsənaye'' ÜİB - nin baş direktoru, 1988-1992-ci
illərdə
110
------------------------------------------Neft Daşları-------------------------------------------
''Xəzərdənizneft'' İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək
Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır. Q.A.
Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. ''Şelf-
1'' tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində
mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200
metrlik dəniz
dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki ''Çıraq'' yatağı) yatağı kəşf
etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan
yaratmışdır. Q.A. Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar
özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində
stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır.
''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' və s. iri yataqların kəşf edilməsində onun
xidmətləri misilsiz olmuşdur. Ölkə qarşısında böyük xidmətlərinə görə SSRİ-nin
fəxri neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikası Dövlət
mükafatları laureatı, Azərbaycan SSR Əməkdar mühəndisi adlarına layiq görülmüş,
2 dəfə Lenin, Qırmızı Əmək Bayrağı, ''Şərəf Nişanı'', ''Oktyabr İnqilabı'' ordenləri və
medalları ilə təltif edilmişdir. Neftçi Qurban özünün dənizdəki iş fəaliyyətinin 50
illik yubileyini qeyd edərkən Azərbaycanın ən yüksək mükafatını - Şöhrət ordenini
alan ilk neftçi olmuşdur. Azərbaycan xalqı öz əfsanəvi qəhrəmanın adını
əbədiləşdirmək üçün üzən krana ''Neftçi Qurban'' adı vermişdir, Lökbatan
qəsəbəsində onun adını mədəniyyət sarayı, küçə, məktəb, körpü daşıyır. Tələbə və
aspirantlar üçün ''Neftçi Qurban'' təqaüdü təsis edilmişdir.
Akif Allahyar oğlu Cəfərov
(1930-1992)
1955-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini
bitirdikdən sonra neft-qaz yataqlarının geologiyası üzrə geoloq ixtisasına yiyələnən
Akif Cəfərov ''Gürgənneft'' NMİ-yə (indiki ''Neft Daşları'')
laylara süni təsir sexinin
111