------------------------------------------Neft Daşları-------------------------------------------
yüz dəfə eşitməkdənsə, bir dəfə görməyin yaxşı olduğunu xatırladır. Beləliklə,
əfsanəvi şəhərin həyatı, neftçilərin işi ilə tanış olmaq üçün dirəklər üzərində salınmış
yollara üz tuturuq.
Estakadalar sağa-sola şaxələnib, sanki əl-ələ veriblər. Gah paralel, gah da
perpendikulyar şəkildə uzansalar da, bir-birinə bitişikdirlər. İndi onların ümumi
uzunluğu 39,5 kilometrdir. Neftçilər polad dirəklər üstündə qərar tutan bu yollarla
bəzən piyada hərəkət edir, bəzən də idarənin avtobusları ilə gedirlər. Bu asılıdır hər
kəsin iş yerinin yaxın-uzaqlığından, neftçinin həvəsindən, bir də havadan...
Dəniz qasırğalı olanda estakada ilə hərəkət etmək qadağandır. Burada qayda-
qanun belədir. Yeri gəlmişkən, dənizin qoynunda hamı biri-birindən muğayat olur.
Əbəs yerə deməyiblər ki, neftçi dostluğu tufanlarda bərkiyir. Elə qazanılan uğurların,
işin rəvan getməsinin başlıca səbəbi də bu birlik, səfərbərlik, mehribanlıqdır.
Estakadalar
boyu irəlilədikcə sağda, solda üstündə "Azneft", yaxud "SOCAR",
"ARDNŞ" yazılmış dəbilqədə, pencəkdə, gödəkçədə (neftçilərə məxsus xüsusi
geyimdə) olan dəstə-dəstə insanlara rast gəlirik. Sürücü Fərmayıl belə dəstələrin
birinin yaxınlığında avtobusu saxlayır:
Bura 2-ci mədənin ərazisidir, - deyir. Qısaca "2-ci mədən" deyilən sahə
əslində 2 saylı neft və qazçıxarma sexidir. Burada bizi qarşılayan gənc özünü təqdim
edir: Azər Rüstəmov, sexin rəisi.
Sonra da o, işlərindən-güclərindən danışır. Deyir ki, bura köhnə mədəndir, elə
Neft Daşlarının yaşıdı olar. Buna baxmayaraq, hasilat sabitdir. Hətta ilin əvvəlindən
nəzərdə tutulduğundan əlavə 200 ton neft çıxara biliblər. Bunun üçün səy göstərir,
zəhmət çəkir, müasir üsullardan istifadə edirlər. Hazırda sahədə 78 istismar quyusu
var, 3 briqada çalışır. Quyuların hamısı işlək vəziyyətdədir. Lakin onlar uzun illərdir
istismar olunduğundan 74-ü kompressor (laylara qazvurma), 4-ü isə elektrik
diafraqmalı nasos üsulu ilə işləyir.
153