------------------------------------------Neft Daşları-------------------------------------------
silinmiş 7 iritonnajlı gəmi gətirilərək Qara Daşların yanında basdırıldı. Süni buxta
yaradıldı, qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "7 gəmi adası" Xəzər fədailərinin
isti ocağına və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi.
Batırılmış gəmilərdən istehsal avadanlıqları, mağaza, yaşayış otaqları, anbar, klub
kimi istifadə olunurdu. 1949-cu ilin martında sərt qayaların üstündə dirəklər
üzərində inşa edilmiş ilk evcik o illərin qəhrəmanlığının nişanəsi kimi bu gün də
qorunub saxlanılır.
Usta M.Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının qazdığı 1 saylı
quyudan götürülən nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından
xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu. Dəniz neftinin erası
başlandı. Həmin gün unikallığına, insan cəsarətinin və mətinliyinin misilsizliyinə
görə "möcüzələr adası", "dünyanın səkkizinci möcüzəsi" adlandırılan Neft
Daşlarının doğum günüdür. Xəbər ildırım sürətilə bütün dünyaya yayıldı, yerli və
xarici mətbuat bu barədə geniş məlumatlar verərək Azərbaycan alim və
mütəxəssislərinin yaratdığı möcüzəyə heyrəti ifadə etdi.
İlk fontandan dərhal sonra - noyabrın 8-də respublika rəhbərləri, mütəxəssislər
ora gedib neftin gələcəyi üçün tədbirlər müəyyənləşdirdilər. Respublika rəhbərliyi
tərəfindən N.Heydərova, S.Orucova, İ.Məlikpaşayevə, S.Çeplakova, B.Babazadəyə
bu rayonda kəşfiyyat və qazma işlərinin aparılması üçün təşkilati-texniki tədbirlər
planı hazırlamaq tapşırıldı. 1949-cu il dekabrın 1-də dənizdə qazma, neftçıxarma və
tikinti ilə məşğul olacaq "Azərdənizneft" İstehsalat Birliyi yaradıldı. Həmin qərarla
"Dənizneftqazlayihə" DETLİ təşkil olundu. Xəzərdə işləri operativ həll etmək üçün
SSRİ Neft Sənayesi Nazirliyi nəzdində "Başdənizneft" Ümumittifaq İstehsalat
Birliyi yaradıldı və görkəmli Azərbaycan neft mütəxəssisi S.Orucov onun ilk rəisi,
eyni zamanda SSRİ neft sənayesi nazirinin müavini təyin edildi. Bu, təbii ki,
bütövlükdə Azərbaycan mütəxəssislərinin istedad və qabiliyyətinin SSRİ
səviyyəsində etirafı idi.
142
------------------------------------------Neft Daşları-------------------------------------------
Bundan sonra Neft Daşlarında kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət
aldı. 1950-ci ilin dekabrında Q.Abbasov (Neftçi Qurban) və M.Kaveroçkinin qazdığı
quyuların neft verməsi, 1951-ci ilin fevralında neftlə dolu ilk tankerin Neft
Daşlarından yola salınması rayonun böyük perspektivlərindən xəbər verirdi.
1951-ci ildən estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların,
kommunikasiya xətlərinin, istehsal və yaşayış təyinatlı obyektlərin inşasına başlandı.
Bu, böyük, şərəfli və çətin quruculuq yolunun başlanğıcı idi...
Ötən onilliklər ərzində Xəzərin qoynunda dünyanı heyrətə salan nadir neft-qaz
kompleksi və yaşayış şəhəri yaradılıb. Bu, Neft Daşlarında çalışan böyük neftçi
ailəsinin - kəşfiyyatçıların, geoloqların, qazmaçıların, hasilatçıların, inşaatçıların,
nəqliyyatçıların, geofiziklərin, energetiklərin əməyinin nəticəsidir.
Neft Daşları yaşa dolduqca cavanlaşır. Bunun başlıca səbəbi dəniz yatağının
və şəhərinin həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunmasıdır. Neft Daşlarında
infrastrukturun daim təzələnməsi, iş prosesində ən müasir avadanlıqlardan istifadə
olunması onun tükənməyən ehtiyatlarını üzə çıxarmağa imkan verir.
Bu gün Xəzərdə digər layihələr çərçivəsində görülən işlər bütün dünyanın
diqqət mərkəzindədir. Təkcə "Şahdəniz"i xatırlatmaq kifayətdir. Bu zəngin qaz-
kondensat yatağında qurulan nadir platformaya Şimal dənizindən başqa heç yerdə
rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycanın neft sənayesi irəli getdikcə Neft
Daşları unudulmur. Əksinə, o daha mühüm məna və əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyev bu barədə uzaqgörənliklə demişdir: "Vaxt gələcək,
yataqlarda böyük platformalar tikiləcək və biz hamımız böyük bir gəmiyə toplaşıb
Neft Daşlarına, "Azəri", "Çıraq", "Günəşli" və digər yataqlara yollanacayıq. O
günlər uzaqda deyil..."
Flora Sadıqlı
Azərbaycan.- 2009.- 10 iyul
143
------------------------------------------Neft Daşları-------------------------------------------
Əsrdən əsrə atılmış körpü
60 il əvvəl Neft Daşlarında ilk quyu fontan vurdu – dünyada dəniz neftinin
ereası başlandı. Neft Daşlarının bir yataq kimi kəşfi və dənizin bu ərazisində polad
dirəklər üstündə şəhərin salınması təkcə neftimizin, iqtisadiyyatımızın deyil,
ümumiyyətlə, xalqımızın tarixinin şanlı səhifələrindən biridir. İnsan əqlinin,
zəkasının və əməyinin məhsulu olsa da, Neft Daşlarını dünyanın səkkizinci
mözücəsi adlandıranları qınamaq olmaz.
Bir şəhərin, yaxud nəhəng bir sənaye müəssisəsinin, istehsalat ocağının
tarixindən söhbət gedəndə, 60 il o qədər də uzun vaxt deyil. Neft Daşlarının 60 il
əvvəl "ilk quyu", "ilk buruq", "ilk evcik"dən başlandığını nəzərə alsaq, onun bu dövr
ərzində qazandığı nailiyyətləri, indiki yüksəlişini daha aydın görərik.
Azərbaycanın bu gün neft diyarı kimi şöhrətini daha da artırmasında, üstəlik,
həm də qaz ixrac edən ölkəyə çevrilməsində Neft Daşları böyük rol oynayıb.
Hazırda Xəzərdə gedən nəhəng işlərin təməl daşları da məhz Neft Daşlarıdır. Neft
Daşları olmasaydı, nə "Günəşli" olardı, nə "Çıraq", nə də "Azəri".
Tarixin yaddaşında qalan illər.
Neft Daşlarına gedən yol heç də sadə və asan olmayıb. Bu akvatoriyada neftin
varlığı barədə ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. XIX yüzillikdə və XX
əsrin birinci yarısında tədqiqatlar davam edib. Lakin rayonun mütəmadi geoloji
tədqiqatlarına 1945-ci ildə məşhur Azərbaycan geoloqu Ağaqurban Əliyevin
rəhbərliyi ilə keçmiş SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası tərəfindən
başlanıb. Xəzərin tufanları qoynunda mürəkkəb və gərgin axtarışlar davam edib.
Nəticədə rayonun geoloji xəritəsi hazırlanıb, sənaye üsulu ilə kəşfiyyatı
planlaşdırılıb.
144
Dostları ilə paylaş: |