------------------------------------------Neft Daşları-------------------------------------------
göstəricilərini geridə qoyaraq şərti yanacaq vahidi ilə 27,1 milyon tona çatdırıldı.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidenti
İlham Əliyevin Neft Daşlarının daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarına
layiqincə əməl olunduğunu bildirərək dedi:
Ötən dövrdə Neft Daşları Neft və Qaz Çıxarma İdarəsi üzrə 70 yeni quyu
qazılmış, 93 fəaliyyətsiz quyu bərpa olunaraq istismara daxil edilmiş, 387 quyuda
geoloji-texniki tədbirlər aparılmışdır. Bunun da nəticəsində 736 min tona yaxın
əlavə neft hasil edilmişdir. Hazırda bu sahədə gündəlik neft hasilatı 2450 tondan
artıqdır. Neft Daşları yatağının geoloji ehtiyatları 365 milyon ton həcmində
qiymətləndirilir. Bunun 182 milyon tondan çoxu çıxarıla bilən ehtiyatlardır. Artıq
indiyədək yataqdan 167 milyon ton neft hasil edilmişdir. Mənimsənilmə üzrə
mövcud layihəyə uyğun olaraq Neft Daşları yatağının işlənilməsi 2035-ci ildə başa
çatmalıdır. Amma bu, heç də son hədd deyildir. Mütəxəssislərin fikrincə, Neft
Daşları yatağının çıxarıla bilən qalıq neft ehtiyatı bundan sonra da əhəmiyyətli
dərəcədə artırıla bilər. Hazırda bu istiqamətdə perspektiv proqramlar işlənib həyata
keçirilir. Həmin proqramlar əsasında əlavə hidrotexniki qurğular tikilir, texnoloji
obyektlər təmir və bərpa edilir, yeni quyular qazılır, neft hasilatının artırılması üçün
elmi-tədqiqat və sınaq-təcrübə işləri aparılır.
Rövnəq Abdullayev dövlətimizin başçısının tapşırığına müvafiq olaraq Neft
Daşlarında da silsilə ekoloji proqramların həyata keçirildiyini dedi: bu baxımdan
Neft Daşlarında da müvafiq tədbirlər işlənib həyata keçirilir. Gündəlik gücü 500
kubmetr olan bioloji təmizləmə qurğusu yenidən qurulmuşdur. Neft Daşlarında
içməli su probleminin birdəfəlik həll edilməsi üçün müasir qurğunun inşası bu il
başa çatdırılacaqdır. Həmçinin hazırda lay sularının təmizlənməsi məqsədilə
müvafiq qurğuların tikilməsi üçün layihələr hazırlanır. Vaxtilə estakada variantında
qurulmuş hidrotexniki qurğular artıq öz tarixi missiyasını yerinə yetirmişdir. Son
illərdə fərdi stasionar dəniz özüllərinin layihələndirilməsinə və tikintisinə
133
------------------------------------------Neft Daşları-------------------------------------------
başlanılmışdır. Köhnə estakadaların sökülməsi prosesi uğurla davam etdirilir. Yeni
tikilən özüllərdən qazma işləri ekoloji baxımdan daha müasir və təhlükəsiz
metodlarla, o cümlədən eyni bir dəzgahla maili istiqamətləndirilmiş bir neçə
quyunun qazılması üsulu ilə həyata keçirilir. Mövcud maşın-mexanizmlərin
yeniləşdirilməsi, yeni texnologiyaların tətbiqi, iş şəraitinin sağlamlaşdırılması
məqsədilə xüsusi layihələr hazırlanıb həyata keçirilir. Əmtəə çənləri parkının
modernləşdirilməsi, nasosxananın tikintisi başa çatmaq üzrədir.
Qaz hasilatının artırılması məqsədilə həyata keçirilən proqram çərçivəsində
Neft Daşlarındakı texnoloji obyektlərin, xüsusilə qaz-turbin elektrik stansiyasının və
sıxıcı qaz-kompressor stansiyasının müasir səviyyədə modernləşdirilməsi və
genişləndirilməsi layihələri üzrə aparılan işlər artıq ciddi nəticələr verməkdədir.
Artıq əvvəllər atmosferə atılan aşağıtəzyiqli qazlar tam həcmdə yığılıb lazımi
istiqamətlərə yönəldilir.
Cənab Prezident! Bu gün Sizin şəxsən işə saldığınız yeni blokla sıxıcı qaz-
kompressor stansiyasında qaz-turbin aqreqatlarının sayı 16-ya çatdırıldı. "Günəşli"
yatağından hasil olunan təbii qaz burada sıxılaraq yüksək təzyiq altında daha böyük
məhsuldarlıqla sahilə ötürüləcəkdir. Artıq stansiyanın gücü sutkada 11-12 milyon
kubmetrə çatdırılmışdır.
Neft Daşlarında sosial tədbirlərin də reallaşdırılmasının diqqət mərkəzində
saxlandığını vurğulayan Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin beynəlxalq imicinin artırılması üçün görülən işləri də diqqətə çatdırdı. O,
neftçilərin bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə
gələcəklərini vurğulayaraq bildirdi:
Cənab Prezident! Ötən dəfə buraya səfəriniz zamanı Siz əmin olduğunuzu
bildirmişdiniz ki, Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət
edəcəkdir. Yaxın zamanlarda Xəzər dənizindəki "Babək", "Naxçıvan", "Zəfər-
Məşəl", "Şəfəq", "Asiman", "Əşrəfi", "Qarabağ" və digər perspektivli strukturlarda
134
------------------------------------------Neft Daşları-------------------------------------------
kəşfiyyat-axtarış işlərinə başlamağı planlaşdırırıq. Doğrudan da, bütün bu işlərdə
Neft Daşlarının infrastrukturu, orada toplanmış zəngin təcrübə və kadr potensialı
bizim əsas istinad mərkəzimiz olacaqdır. Artıq "Ümid" strukturunda başlanmış
kəşfiyyat işləri bunu bir daha sübuta yetirir.
Cənab Prezident! Çıxışımın sonunda çoxsaylı neftçilər ordusu adından Sizi
əmin etmək istəyirəm ki, doğma Azərbaycanımızın çiçəklənməsi naminə həmişə
olduğu kimi, bundan sonra da var gücümüzlə çalışacaq, qarşımıza qoyduğunuz
tapşırıqları şərəflə yerinə yetirəcəyik.
Diqqətinizə görə sağ olun.
SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadənin çıxışı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Xoşbəxt Yusifzadə Neft Daşlarında fəaliyyəti illərini xatırlayaraq zəngin
təəssüratını bölüşdü. O, ulu öndər Heydər Əliyevin Azərbaycanın neft-qaz
sənayesinin inkişafında əvəzsiz xidmətlərini ətraflı xarakterizə etdi. Xoşbəxt
Yusifzadə respublikamızın neft-qaz sənayesinin inkişafında, eləcə də "Əsrin
müqaviləsi"nin araya-ərsəyə gətirilməsində Prezident İlham Əliyevin böyük
xidmətləri olduğunu vurğuladı. Natiq dövlətimizin başçısının Azərbaycanın
regionlarının hərtərəfli inkişafına da xüsusi diqqət yetirməsinin böyük razılıq
doğurduğunu bildirərək dedi:
İlham Əliyev cənablarının rayonlara, regionlara səfərlərini görürsünüz. Mən
açıq deyə bilərəm ki, yaşım indi az deyildir, rayonları bu qədər gəzən dövlət başçısı
görməmişəm. Özü də cənab Prezident necə gəzir: 2-3 il əvvəlcədən gedir,
tapşırıqlarını verir, iki-üç ildən sonra təzədən bir də səfər edir, bizim Neft Daşlarına
gəldiyi kimi. Beş il bundan qabaq gəlmişdi. Beş ildən sonra yenə də gəlib görsün ki,
biz nə iş görmüşük. Bu, doğrudan da adamlarda bir məsuliyyət yaradır. Adamlar
135
Dostları ilə paylaş: |