------------------------------------------Neft Daşları-------------------------------------------
Ehtiyatda daha bir neçə məhsuldar horizont vardır. Bu quyu geoloq və qazmaçıların
əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə daha bir töhfəsidir. Müşahidə olunan
yüksək debit bu yatağın hələ çox zəngin ehtiyatların olduğunu göstərir. Neft Daşları
bu gün uzunmüddətli istismardan sonra ikinci gənclik dövrünü yaşayır. Son
hesablamalara görə, bu yataqda və ona bitişik olan perspektivli Palçıq pilpiləsi
yatağında çıxarıla bilən qalıq neft ehtiyatları 30 milyon ton təşkil edir. Bu isə
beynəlxalq normalara əsasən, yeni yatağa bərabərdir. Rəqəmlər
sübut edir ki, bundan
sonra hələ uzun illər Neft Daşlarında neft hasil olunacaqdır. Yeni quyu ARDNŞ-nin
Kompleks Qazma İşləri Tresti tərəfindən 2006-cı ildə istismara buraxılmış 1887
saylı iri 5 bloklu platformadan qazılmışdır. Onu da qeyd etmək lazımdır ki, quyunun
qazıldığı 5-ci blokda əvvəllər neft çıxarılmayıb. Artıq xəbər verildiyi kimi, 1887
saylı platforma 36 quyunun qazılması üçün nəzərdə tutulub. Geoloqların proqnozuna
əsasən, bu quyulardan hər birindən sutkada orta hesabla 30 ton olmaqla, ümumilikdə
1000 tondan çox neft hasil etmək mümkün olacaqdır. Ötən 3 ildə platformadan artıq
20 quyu qazılmışdır. Hazırda onlardan 16-sı müvəffəqiyyətlə istismar olunur, 1 quyu
isə mənimsəmədədir. Qalan 3 quyuda təmir işlərinə ehtiyac yaranmışdır. Fəaliyyət
göstərən 16 quyu sutkada 500 tona yaxın neft verir. Platformada uzunmüddətli
hasilatla bağlı ümidlər özünü doğruldur. Hazırda burada Kompleks Qazma İşləri
Trestinin Bayıl Limanı Dəniz Kəşfiyyat Qazma İdarəsi tərəfindən eyni vaxtda iki
dəzgahla qazma işləri aparılır. Bu il qazmaçılar qarşısında bu platformada gündəlik
neft hasilatını 550 tona çatdırmaq məqsədi ilə 6 yeni quyunun istismara verilməsi
vəzifəsi qoyulmuşdu. Artıq 4 quyu sifarişçiyə təhvil verilib. 5-ci quyuda
qazma işləri
başa çatmaq üzrədir. Yaxın günlərdə, bu il istifadəyə verilməsi nəzərdə tutulan 6-cı
quyunun qazılmasına başlanacaq. Neft Daşlarındakı digər meydançalarda da qazma
işlərinin həcmi artırılmışdır. Son iki ildə burada ümumilikdə 36 quyunun qazılması
üçün nəzərdə tutulan 3 yeni platforma istismara verilmişdir. Yubiley ərəfəsində 4-cü
platformanın da inşasına başlanmışdır. NQÇİ bu il fəaliyyətdə olan quyu fonduna
123
------------------------------------------Neft Daşları-------------------------------------------
16 yeni quyu daxil etməyi planlaşdırır. Qeyd edək ki, 11 quyu artıq fonda qəbul
edilib və həmin quyulardan 49,8 min ton neft hasil olunmuşdur. Bu isə proqnozda
nəzərdə tutulduğundan (22,3 min ton) 27,5 min ton çoxdur.
Yubileyi ərəfəsində Neft Daşları üçün etibarlı və effektiv platformalar
hazırlanır
[15.10.2009]
Əfsanəvi Neft Daşlarının 60 illik yubileyinin qeyd edilməsi bütün
Azərbaycan iqtisadiyyatı üçün əlamətdar hadisədir. Elə buna görə də yubiley
ərəfəsində Neft Daşlarında yeni layihələr həyata keçirilir. Burada tikiləcək 2585
saylı yeni, 4 bloklu neftqazçıxarma platformasının inşası üçün layihə-smeta
sənədləri bu günlərdə hazırlanaraq sifarişçiyə - Neft Daşları NQÇi-yə təqdim edilib.
Platformanın Neft Daşları və “Günəşli” yataqlarının sərhəd ərazisində, dənizin 46
metr dərinliyində quraşdırılması nəzərdə tutulur. Dənizin bu hissəsində indiyədək
neft hasil edilməsə də, geoloqlar bu ərazini perspektivli hesab edirlər. Platformanın
baş tikinti podratçısı qismində Neftqaztikinti tresti çıxış edir. Trestin Zığ tikinti-
quraşdırrna meydançasında 64 metr hündürlüyə və hər biri 550 ton çəkiyə malik iki
blokun, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda isə daha iki blokun
tikilməsi nəzərdə tutulur. Platformanın layihəsi Neftqazelmitədqiqatlayihə
İnstitutunun mütəxəssisləri tərəfindən işlənib hazırlanmışdır. Bu institut keçmiş
Sovet məkanında açıq dənizdə sənaye və sosial infrastruktur obyektlərinin -
neftçıxarma platformalarının, estakadaların, elektrik stansiyalarının, sualtı boru
kəmərlərinin, hətta 9 mərtəbəli evlərin layihəsinin işlənib hazırlanması sahəsində
ixtisaslaşmış yeganə elmi mərkəzdir. İnstitutun mütəxəssisləri layihələndirdikləri
124