Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
51
indekslərdən istifadə edilir. Məsələn, H.Tomas, A.Jain və M.Angusun (2013)
Mastercard üçün hazırladığı tədqiqatda nağdsız iqtisadiyyata keçid üçün
hesablanmış indeks 4 blok göstəricilərə əsaslanır: 1) maliyyəyə çıxış 2) makro-
iqtisadi və mədəni amillər 3) pərakəndə ticarət və rəqabət 4) texnologiya və
infrastruktur.
Təhlillər göstərir ki, bu metodologiya ilə hesablanmış indekslə nağdsız hesablaşma
səviyyəsi arasında müsbət korrelyasiya mövcuddur. Həmçinin, indeksin maksimum
və minimuma yaxın qiymətlərində nağdsız ödənişlərə keçid sürəti aşağı olur. Belə
ki, indeksin ən aşağı səviyyəsi ölkənin nağdsız iqtisadiyyata keçidə hazır olmadığını
bildirsə də, ən yüksək qiyməti də nağdsız iqtisadiyyatın payının 80%-dən çox
olduğunu göstərir. H.Tomas, A.Jain və M.Angusun (2013) təhlilləri göstərir ki,
dövlət dəstəyi və innovasiyalar nağdsız iqtisadiyyata keçidi sürətləndirdiyi halda,
sosial-mədəni və institusional amillər keçidi məhdudlaşdırır.
“Citi Bankı və London İmperial College”-in (2014) birgə həyata keçirdiyi
tədqiqatda isə, elektron ödənişlərə keçid üçün vacib olan institusional, infrastruktur,
təklif və istifadə səviyyəsi, həmçinin yeniliklərin tətbiqinə meyillik kimi sosial
amillər nəzərdən keçirilmiş və bunların əsasında indeks hesablanmışdır. Bu indeks
əsasında 90 ölkə nağdsız iqtisadiyyata keçidə hazırlıq səviyyəsinə görə 4 klasterə
bölünmüşdür: 1) rüşeym 2) inkişaf edən 3) keçid 4) tam hazır. Tədqiqat hər bir
inkişaf mərhələsində məhdudlaşdırıcı amilləri müəyyən etməyə imkan vermişdir.
Yuxarıda nəzərdən keçirilən tədqiqatların heç biri nağdsız iqtisadiyyata hazırlıq
indeksləri ilə iqtisadi artım arasında əlaqəyə baxmamışlar. Bu sahədə ədəbiyyatda
olan boşluğu doldurmaq məqsədi ilə ekonometrik qiymətləndirmələrin həyata
keçirilməsinə ehtiyac var.
Metodologiya
Tədqiqat işi çərçivəsində nağdsız ödənişlərə hazırlıq səviyyəsini ölçmək üçün Citi
Bankın və London İmperial Collecin birgə həyata keçirdiyi tədqiqatdakı (2013)
metodologiyadan istifadə etməklə “Nağdsız ödənişlərə hazırlıq” indeksi
hesablanacaqdır. İndeks ölkələrin ödəniş sistemlərinin hansı inkişaf mərhələsində
olduğunu və növbəti inkişaf mərhələsinə keçidi məhdudlaşdıran boşluqları
müəyyən etməyə imkan verəcəkdir. Həmçinin, bu boşluqların aradan qaldırılması
və növbəti inkişaf mərhələsinə keçid üçün mövcud olan üstünlüklər və
çatışmazlıqlar nəzərdən keçiriləcəkdir. İndeks vasitəsi ilə aparılan bu təhlillər
nağdsız ödənişlərin inkişaf etdirilməsi və ölkə iqtisadiyyatının dəstəklənməsi üçün
stimullaşdırıcı tədbirlərin müəyyən edilməsində elmi əsas rolunu oynayacaqdır.
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
52
İndeks “Müştərək komponent təhlili” adlı statistik metodla 4 qrup amil əsasında
hesablanacaqdır: 1) institusional mühit 2) infrastruktur 3) nağdsız ödəniş
xidmətlərinin təklifi və istifadəsi amilləri 4) yeniliklərin tətbiqinə meyillik amilləri.
Belə ki, nağdsız ödənişlərin inkişafı bir tərəfdən institusional mühit və
infrastrukturla şərtlənir, digər tərəfdən isə təklif, istifadə və yeniliklərə meyillik
əsasında formalaşır. İndeksin qurulması qeyd edilən bu 4 qrup amili ayrılıqda təhlil
etməyə imkan verəcəkdir.
İndeks qurularkən hər bir amil qrupu üzrə cədvəl 1-də göstərilmiş parametrlərdən
istifadə ediləcəkdir. İndeks aşağıdakı mərhələlər üzrə hesablanır:
1.
İlkin olaraq verilənlər standartlaşdırılır (burada n müşahidələrin sayı, n
göstəricilərin sayı);
2.
Verilənlər arasında korrelyasiyaya baxılır və yüksək korrelyasiyası olan
göstəricilər seçilir;
3.
Kovarians matrisi hesablanır;
4.
Kovarians matrisi əsasında məxsusi ədədlər (λ) hesablanır;
5.
Ən böyük məxsusi ədəd əsasında məxsusi vektor (X) hesablanır;
6.
Seçilmiş məxsusi vektor əsasında müştərək komponent hesablanır: və indeks
kimi qəbul edilir.
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
53
Bundan əlavə, ölkənin ödəniş sistemlərinin inkişafının hansı mərhələdə olmasını
müəyyən etmək üçün “klaster” təhlili nəzərdə tutulur. Klaster təhlili ödəniş
sistemlərinin oxşalığına görə ölkələri qruplara bölməyə imkan verir. Bu zaman
ölkələr elə qruplaşdırılmalıdır ki, qrup daxilində göstəricilərin ortadan
kənarlaşmalarının kvadratı cəmi minimal olsun:
Burada: SSE – qrup daxilində göstəricilərin ortadan kənarlaşmalarının kvadratı
cəmi;
=
∑
∈
-
qrupunda j göstəricisi üzrə orta
-
qrupunda ölkələrin sayı
- qrupların sayı
- ölkələrin sayı
- göstəricilərin sayı
Klaster təhlilinə “nağdsız ödənişlərə hazırlıq” indeksinin hesablanmasında istifadə
edilən göstəricilər daxil olacaqdır.
Növbəti mərhələdə “Müştərək komponent təhlili” metodu əsasında hesablanmış
indekslə iqtisadi artım arasında əlaqəyə baxılacaq və nağdsız ödənişlərin iqtisadi
artıma təsiri qiymətləndiriləcəkdir. Ekometrik qiymətləndirmə “instrumental
dəyişənlər” metoduna əsaslanacaq və aşağıdakı formada olacaqdır:
=
+
Burada: - i-ci ölkədə iqtisadi artım,
isə i-ci ölkədə j amili üzrə subindeksdir.
Yuxarıda
qeyd
edilən
kimi
4
subindeksin
iqtisadi
artıma
təsiri
qiymətləndiriləcəkdir. Bu qiymətləndirmə nağdsız ödənişlərə hazırlıq üzrə hansı
amillərin iqtisadi artıma daha effektiv təsir etdiyini müəyyən etməyə imkan
verəcəkdir.
Nəzərə almaq lazımdır ki, nağdsız ödənişlərin iqtisadi artıma təsiri birtərəfli deyil.
Belə ki, iqtisadi artımın yüksək olması da nağdsız ödənişləri inkişaf etdirir. Bununla
əlaqədar yaranmış endogenlik problemini aradan qaldırmaq məqsədi ilə
“instrumental” dəyişən kimi institusional sub-indeksdən istifadə edilir. Tədqiqatlar
göstərir ki, institusional mühit iqtisadi artıma ekzogen amil kimi təsir edir
(Acemoğlu, Naidu, Restrepo, & Robinson, 2014).