Azərbaycan Respublikası Mərkəzi Bankı


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix20.09.2018
ölçüsü2,96 Mb.
#69458
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

51 



 

indekslərdən  istifadə  edilir.  Məsələn,  H.Tomas,  A.Jain  və  M.Angusun  (2013) 

Mastercard  üçün  hazırladığı  tədqiqatda  nağdsız  iqtisadiyyata  keçid  üçün 

hesablanmış  indeks  4  blok  göstəricilərə  əsaslanır:  1)  maliyyəyə  çıxış  2)  makro-

iqtisadi  və  mədəni  amillər  3)  pərakəndə  ticarət  və  rəqabət  4)  texnologiya  və 

infrastruktur.  

Təhlillər göstərir ki, bu  metodologiya ilə hesablanmış indekslə nağdsız hesablaşma 

səviyyəsi arasında müsbət korrelyasiya mövcuddur. Həmçinin, indeksin maksimum 

və  minimuma  yaxın  qiymətlərində  nağdsız  ödənişlərə  keçid  sürəti  aşağı  olur.  Belə 

ki, indeksin ən aşağı səviyyəsi ölkənin nağdsız iqtisadiyyata keçidə hazır olmadığını 

bildirsə  də,  ən  yüksək  qiyməti  də  nağdsız  iqtisadiyyatın  payının  80%-dən  çox 

olduğunu  göstərir.  H.Tomas,  A.Jain  və  M.Angusun  (2013)  təhlilləri  göstərir  ki, 

dövlət  dəstəyi  və  innovasiyalar  nağdsız  iqtisadiyyata  keçidi  sürətləndirdiyi  halda, 

sosial-mədəni və institusional amillər keçidi məhdudlaşdırır.  

“Citi  Bankı  və  London  İmperial  College”-in  (2014)  birgə  həyata  keçirdiyi 

tədqiqatda isə, elektron ödənişlərə keçid üçün vacib olan institusional, infrastruktur, 

təklif  və  istifadə  səviyyəsi,  həmçinin  yeniliklərin  tətbiqinə  meyillik  kimi  sosial 

amillər  nəzərdən  keçirilmiş  və  bunların  əsasında  indeks  hesablanmışdır.  Bu  indeks 

əsasında  90  ölkə  nağdsız  iqtisadiyyata  keçidə  hazırlıq  səviyyəsinə  görə  4  klasterə 

bölünmüşdür:  1)  rüşeym  2)  inkişaf  edən  3)  keçid  4)  tam  hazır.  Tədqiqat  hər  bir 

inkişaf mərhələsində məhdudlaşdırıcı amilləri müəyyən etməyə imkan vermişdir.  

Yuxarıda  nəzərdən  keçirilən  tədqiqatların  heç  biri  nağdsız  iqtisadiyyata  hazırlıq 

indeksləri  ilə  iqtisadi  artım  arasında  əlaqəyə  baxmamışlar.  Bu  sahədə  ədəbiyyatda 

olan  boşluğu  doldurmaq  məqsədi  ilə  ekonometrik  qiymətləndirmələrin  həyata 

keçirilməsinə ehtiyac var.   

Metodologiya 

Tədqiqat  işi  çərçivəsində  nağdsız  ödənişlərə  hazırlıq  səviyyəsini  ölçmək  üçün  Citi 

Bankın  və  London  İmperial  Collecin  birgə  həyata  keçirdiyi  tədqiqatdakı  (2013) 

metodologiyadan  istifadə  etməklə  “Nağdsız  ödənişlərə  hazırlıq”  indeksi 

hesablanacaqdır.  İndeks  ölkələrin  ödəniş  sistemlərinin  hansı  inkişaf  mərhələsində 

olduğunu  və  növbəti  inkişaf  mərhələsinə  keçidi  məhdudlaşdıran  boşluqları 

müəyyən  etməyə  imkan  verəcəkdir.  Həmçinin,  bu  boşluqların  aradan  qaldırılması 

və  növbəti  inkişaf  mərhələsinə  keçid  üçün  mövcud  olan  üstünlüklər  və 

çatışmazlıqlar  nəzərdən  keçiriləcəkdir.  İndeks  vasitəsi  ilə  aparılan  bu  təhlillər 

nağdsız  ödənişlərin  inkişaf  etdirilməsi  və  ölkə  iqtisadiyyatının  dəstəklənməsi  üçün 

stimullaşdırıcı tədbirlərin müəyyən edilməsində elmi əsas rolunu oynayacaqdır.  



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

52 



 

İndeks  “Müştərək  komponent  təhlili”  adlı  statistik  metodla  4  qrup  amil  əsasında 

hesablanacaqdır:  1)  institusional  mühit  2)  infrastruktur  3)  nağdsız  ödəniş 

xidmətlərinin təklifi və istifadəsi amilləri 4) yeniliklərin tətbiqinə meyillik amilləri. 

Belə  ki,  nağdsız  ödənişlərin  inkişafı  bir  tərəfdən  institusional  mühit  və 

infrastrukturla  şərtlənir,  digər  tərəfdən  isə  təklif,  istifadə  və  yeniliklərə  meyillik 

əsasında formalaşır. İndeksin qurulması qeyd edilən bu 4 qrup amili ayrılıqda təhlil 

etməyə imkan verəcəkdir.  

İndeks  qurularkən  hər  bir  amil  qrupu  üzrə  cədvəl  1-də  göstərilmiş  parametrlərdən 

istifadə ediləcəkdir. İndeks aşağıdakı mərhələlər üzrə hesablanır:  

1.

 

İlkin  olaraq  verilənlər  standartlaşdırılır  (burada  n  müşahidələrin  sayı,  n 



göstəricilərin sayı);  

 

2.



 

Verilənlər  arasında  korrelyasiyaya  baxılır  və  yüksək  korrelyasiyası  olan 

göstəricilər seçilir;  

3.

 



Kovarians matrisi hesablanır;  

 

4.



 

Kovarians matrisi əsasında məxsusi ədədlər (λ) hesablanır; 

 

5.

 



Ən böyük məxsusi ədəd əsasında məxsusi vektor (X) hesablanır; 

 

6.



 

Seçilmiş məxsusi vektor əsasında müştərək komponent hesablanır: və indeks 

kimi qəbul edilir.

 

 




Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

53 



 

Bundan  əlavə,  ölkənin  ödəniş  sistemlərinin  inkişafının  hansı  mərhələdə  olmasını 

müəyyən  etmək  üçün  “klaster”  təhlili  nəzərdə  tutulur.  Klaster  təhlili  ödəniş 

sistemlərinin  oxşalığına  görə  ölkələri  qruplara  bölməyə  imkan  verir.  Bu  zaman 

ölkələr  elə  qruplaşdırılmalıdır  ki,  qrup  daxilində  göstəricilərin  ortadan 

kənarlaşmalarının kvadratı cəmi minimal olsun: 

 

Burada:  SSE  –  qrup  daxilində  göstəricilərin  ortadan  kənarlaşmalarının  kvadratı 



cəmi; 

=



 - 


 qrupunda j göstəricisi üzrə orta 

-  


 qrupunda ölkələrin sayı 

  -  qrupların sayı 

  -  ölkələrin sayı 

  -  göstəricilərin sayı 

Klaster  təhlilinə  “nağdsız  ödənişlərə  hazırlıq”  indeksinin  hesablanmasında  istifadə 

edilən göstəricilər daxil olacaqdır. 

Növbəti  mərhələdə  “Müştərək  komponent  təhlili”  metodu  əsasında  hesablanmış 

indekslə  iqtisadi  artım  arasında  əlaqəyə  baxılacaq  və  nağdsız  ödənişlərin  iqtisadi 

artıma  təsiri  qiymətləndiriləcəkdir.  Ekometrik  qiymətləndirmə  “instrumental 

dəyişənlər” metoduna əsaslanacaq və aşağıdakı formada olacaqdır:  

=

+  


Burada:   -  i-ci  ölkədə  iqtisadi  artım, 

 isə  i-ci  ölkədə  j  amili  üzrə  subindeksdir. 

Yuxarıda 

qeyd 


edilən 

kimi 


subindeksin 

iqtisadi 

artıma 


təsiri 

qiymətləndiriləcəkdir.  Bu  qiymətləndirmə  nağdsız  ödənişlərə  hazırlıq  üzrə  hansı 

amillərin  iqtisadi  artıma  daha  effektiv  təsir  etdiyini  müəyyən  etməyə  imkan 

verəcəkdir.  

Nəzərə  almaq  lazımdır  ki,  nağdsız  ödənişlərin  iqtisadi  artıma  təsiri  birtərəfli  deyil. 

Belə ki, iqtisadi artımın yüksək olması da nağdsız ödənişləri inkişaf etdirir. Bununla 

əlaqədar  yaranmış  endogenlik  problemini  aradan  qaldırmaq  məqsədi  ilə 

“instrumental”  dəyişən  kimi  institusional  sub-indeksdən  istifadə  edilir.  Tədqiqatlar 

göstərir  ki,  institusional  mühit  iqtisadi  artıma  ekzogen  amil  kimi  təsir  edir 

(Acemoğlu, Naidu, Restrepo, & Robinson, 2014).  




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə