Azərbaycan Respublikası Mərkəzi Bankı


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix20.09.2018
ölçüsü2,96 Mb.
#69458
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

44 



 

kəskin  təsir  etməmişdir.  Belə  ki,  6-12  ay  və  12  aydan  çox  müddətdə  faiz 

dəyişmələri  arasında  korrelyasiya  uyğun  olaraq  0.4  və  0.3  olmuşdur.  Yuxarıda  da 

qeyd  edildiyi  kimi,  A  bankının  ödəniş  müddətlərinin  bölgüsü  cədvəlində  bu 

mövqelərin  üstünlük  təşkil  etməsi  bankın  faiz  riskinin  yaranmasına  daha  çox  təsir 

edəcəkdir.  B  bankında  isə  mövqelər  arasında  korrelyasiyanın  kiçik  olması  faiz 

dərəcələrinin dəyişməsi zamanı mövqelərin bir-birinə təsirinin az olduğunu göstərir.  

Bankların  faiz  riski  qiymətləndirilən  zaman,  ilkin  olaraq  qəp  təhlilinə  baxılmışdır 

(düstur 1,2).  

C

Ə

DVƏL 

5.

 

A

 VƏ 

B

 ŞƏRTI BANKININ QƏP TƏHLILI

 

Parametrlər  

A bankı  

B bankı  



Qəp, mln man 

160  


48 

Faizlərin dəyişməsi  

-1%  

-1%  


XFG-nin dəyişməsi (Qəp*faiz dəyişməsimln man)  

-1.6  


-0.5 

Məcmu kapitala nisbətdə XFG-nin dəyişməsi  

-1.7%  

-0.2%  


Bu  banklarda  qəp  müsbətdir,  faiz  dərəcələrinin  azalması  halında  onlar  zərərlə 

qarşılaşacaqlar. Məsələn, faiz dərəcələri 1 f.b azaldıqda, A bankı 1.6 vahid, B bankı 

isə 0.5 vahid zərərlə  üzləşəcəkdir. Bu da A bankının kapitalının 2%-ni, B bankının 

kapitalının  isə  0.2%-ni  itirməsinə  səbəb  ola  bilər.  Lakin,  bu  metodla  alınmış 

nəticələr  statikdir  və  mövqelər  üzrə  faizə  həssaslıqdakı  fərqləri  nəzərə  almır.  Buna 

görə durasiya qəpi təhlilindən istifadə daha məqsədəuyğundur. 



C

Ə

DVƏL 

6.

 

D

URASIYA QƏPININ TƏHLILI

 

 

A bankı 

B bankı

 

Aktivlər üzrə durasiya 

0.59 

0.62 


Öhdəliklər üzrə durasiya 

0.31 


1.28 

Durasiya qəpi 

0.38 

-0.42 


Kapitalın bazar dəyəri (mln man) 

-4 



 

A bankında aktivlər üzrə durasiya öhdəliklər üzrə durasiyadan çox olduğundan, faiz 

dərəcələri  1  f.b  azaldığı  halda,  aktivlərin  dəyəri  öhdəliklərlə  müqayisədə  daha  çox 

dəyişəcəkdir.  B  bankında  isə  əksinə,  aktivlər  üzrə  durasiya  öhdəliklər  üzrə 

durasiyadan az olduğundan,  faiz dərəcələri 1 f.b azaldığı  halda, öhdəliklərin dəyəri 

aktivlərlə  müqayisədə  daha  çox  dəyişəcəkdir.  Bazarda  faiz  dərəcələri  1  f.b 

azaldıqda, A bankında kapital 2 vahid artacaq, B bankında isə 4 vahid azalacaqdır. 

A  bankının  əldə  edəcəyi  mənfəət  kapitalının  1.6%-ni,  B  bankının  qarşılaşacağı  

zərər isə kapitalının 1.8%-ni təşkil edir.  



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

45 



 

Qeyd etdiyimiz kimi, faiz riski üzrə RMD əsasən ticari portfel üzrə kapital tələbində 

nəzərə  alınır.  Bizim  baxdığımız  şərti  bank  sisteminin  balansında  qiymətli  kağızlar 

çox  kiçik  paya  malikdir.  Nəticədə  banklar  üçün  faiz  riski  üzrə  RMD  ticari  portfel 

(trading book) üzrə deyil, bank portfeli (banking book) üzrə hesablanmışdır.  

Faiz  riskinin  üzrə  RMD-nin  hesablanması  üçün  istifadə  olunan  əsas  parametrlər 

aşağıdakı cədvəldə əks olunmuşdur: 

C

Ə

DVƏL 

7.

 

F

AIZ RISKI ÜÇÜN 

RMD-

NIN HESABLANMASINDA ISTIFADƏ OLUNAN ƏSAS 

PARAMETRLƏR

 

Parametrlər 

Dəyər 

Əminlik dərəcəsi 



95% 

Müddət 


1 aylıq 

Proqnoz müddəti 

1 gün 

Tarixi müşahidələrin sayı 



90 

Burada  95%-lik  əminlik  dərəcəsinin  götürülməsi  müşahidələrin  sayının  az 

olmasından irəli gəlir

1

 . 



Faiz  riski  üçün  RMD  hesablanmazdan  əvvəl,  A  və  B  bankı  üçün  verilənlər  üzrə 

paylanmaya  baxılmışdır.  Verilənlərin  normal  paylanmaya  tabe  olmadığı  məlum 

olmuşdur.  Beləliklə,  normal  paylanma  fərziyyəsinə  əsaslanan  parametrik  metodun 

tətbiqi  məqsədəuyğun  sayılmamışdır.  Normal  paylanma  tələb  etməyən  metodlar 

olan tarixi və Monte-Karlo simulyasiyaları  seçdiyimiz şərti bank sektoru üçün daha 

optimaldır.  Tarixi  simulyasiya  metodlarının  növlərindən  isə  tarixlərə  bərabər  çəki 

verməklə,  tarixi  simulyasiya,  son  tarixlərə  daha  çox  çəki  verməyə  imkan  verən 

eksponensial  çəkili  tarixi  simulyasiya,  həmçinin  keçmiş  dövrlərin  volatilliyini 

nəzərə  almağa  imkan  verən  volatillik  üzrə  korrektə  edilmiş  tarixi  simulyasiya 

metodlarından istifadə edilmişdir.  



C

Ə

DVƏL 

8.

   

A

  VƏ 

B

  ŞƏRTI  BANKININ 

95%-

LIK  EHTIMAL  ILƏ 

1

  GÜNLÜK  FAIZ  RISKI  ÜZRƏ 

RMD-

NIN KAPITALA NISBƏTI

,

 

Metod 

A bankı 

B bankı 



Tarixi  

 

 

    Sadə tarixi simulyasiya  





    Hibrid  





    Volatillik nəzərə alınmaqla hibrid  





Monte-Karlo simulyasiyası  



                                                             

1

 Bazel komitəsi 99%-lik əminlik dərəcəsi və müşahidələrin sayının 250 gün olmasını tövsiyyə edir 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə