Azərbaycan Respublikası Mərkəzi Bankı


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix20.09.2018
ölçüsü2,96 Mb.
#69458
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

38 



 

menecerinin  burada  əsas  öhdəliyi  riskləri  müəyyənləşdirmək,  ölçmək  və 

proqnozlaşdırmaqdır.  

Maliyyə  təşkilatlarının  fəaliyyəti  zamanı  bir  sıra  risklər  yaranır  ki,  bunları  da  bir 

neçə qrupa bölmək olar: kredit riski, bazar riski və əməliyyat riski.  

 



Kredit riski – borcalanın bank qarşısında öhdəliyinin vaxtında tam ya qismən 

icra olunmaması nəticəsində xərclərin (zərərin) yaranması riskidir. 

 

Ə



məliyyat  riski  -  qeyri-adekvat  və  ya  uğursuzluqla  nəticələnmiş  daxili 

proseslərdən,  insanlardan  və  ya  sistemlərdən,  yaxud  kənar  hadisələrin  baş 

verməsindən yaranan zərər riskidir.  

 



Bazar    riski    –    bazarda    faiz    dərəcələrinin,    valyuta    məzənnələrinin, 

qiymətli    kağızların    və    əmtəələrin    dəyərində  baş    verən    dəyişikliklərlə  

əlaqədar  mümkün  itkilərdir.  Bazar  riskinin  aşağıdakı  alt  kateqoriyaları 

mövcuddur (Banklara Nəzarət üzrə Bazel Komitəsi, 2004):   

 

valyuta  riski –  xarici  valyuta məzənnələrinin  əlverişsiz dəyişməsi  ilə 



əlaqədar xərclərin (zərərin) yaranması riskidir; 

 



səhm  riski  –  portfel  üzrə  aktivlərin  (qiymətli  kağızlar)  bazar  dəyərinin 

əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan riskdir;  

 

faiz dərəcəsi  riski  -  faiz dərəcəsinin  əlverişsiz dəyişməsi  ilə  əlaqədar 



xərclərin (zərərin) yaranması riskidir.  

Yuxarıda  qeyd  edildiyi  kimi,  faiz  riski  bazar  riskinin  bir  növüdür.  Bazar  risklərini 

təhlil  edərkən  əsasən  ticari  portfelə

1

 (trading  book)  baxılır.  Bununla  bərabər,  son 



qlobal  maliyyə  böhranı  göstərdi  ki,  faiz  riski  bank  portfelinə  əhəmiyyətli  təsir  edir 

və  kapital  tələbində  nəzərə  alınmalıdır.  Məsələn,  Niderland  Mərkəzi  Bankı  (De 

Nederlandsche  Bank)  bank  portfelində  faiz  riskinin  hesablanması  üzrə  qaydalar 

hazırlamışdır  (Bank,  2005).  Lakin,  bu  qaydalarda  faiz  riskinin  kapital  tələbində 

nəzərə  alınması  üzrə  metodologiya  qeyd  edilməmişdir.  Hazırda  Bazel  komitəsi 

tərəfindən  bank  portfelində  faiz  riskinin  minimum  kapital  adekvatlığı  əmsalında 

nəzərə alınması üzrə yeni razılaşmanın əldə olunması gözlənilir. 

Faiz  riskinin  yaranmasına  səbəb  kimi  faiz  dərəcələrinin  dəyişməsi  və  müddət  üzrə 

bankın  tələb  və  öhdəlikləri  arasında  uyğunsuzluğu  göstərmək  olar  (Батракова, 

Анализ процентной политики, 2002). Belə ki, bazar faiz dərəcələrində dəyişiklik 

baş  verdikdə,  aktiv  və  passivlərin  dəyərində  dəyişiklik  baş  verir,  bu  da  faiz  riskini 

                                                             

1

 Ticari  portfel  -  bankın  aktiv  şəkildə  və  əsasən  qısa  müddətli  dövrdə  ticarət  etməyi  planlaşdırdığı  maliyyə 



alətlərindən ibarətdir.  Bank portfeli  - bankın digər aktivlərindən - əsasən kreditlərdən – ibarətdir. 

 



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

39 



 

yaradır.  Bazar  faiz  dərəcələrinin  hər  iki  istiqamətdə  dəyişməsi  -  bankların  ödəniş 

müddətləri  mövqelərindən  asılı  olaraq  həm  azalan,  həm  də  artan  faiz  dərəcələri  - 

risk yarada bilər. Bu da sonda bankın faiz marjasının azalması ilə nəticələnə bilər. 

Bununla  əlaqədar,  bank  sektorunda  faiz  riskinin  qiymətləndirilməsi  xüsusi  maraq 

doğurur.  Bölmə  2-də  faiz  riskinin  ölçülməsi  üzrə  3  metod  detallı  şəkildə  nəzərdən 

keçiriləcək,  3-cü  bölmədə  isə  bu  metodlar  əsasında  şərti  hesablamalar  həyata 

keçiriləcəkdir. Sonuncu bölmədə isə nəticələr müzakirə ediləcəkdir. 



Metodologiya 

Qəp təhlili 

Qəp  təhlili  aktiv  və  öhdəliklər  arasında  fərqi  müəyyən  etmək  üçün  istifadə  edilən 

menecment  alətidir.  Qəp  analizini  həyata  keçirmək  üçün  faiz  dərəcələrinin 

dəyişməsinə  həssas  aktivlər  (FHA)  və  həssas  passivlərə  (FHÖ)  baxılır.  FHA  kimi 

kredit,  qiymətli  kağızlar,  banklararası  bazarda  verilmiş  kreditlər  və  yerləşdirilmiş 

depozitlər,  FHÖ  kimi  isə  depozitlər  və  banklararası  bazardan  alınmış  kreditlər  və 

cəlb olunmuş depozitlər nəzərdə tutulur. Qəp dedikdə, FHA və FHÖ arasındakı fərq 

nəzərdə  tutulur  (düstur  1).  Qeyd  edək  ki, qəp  həm  mənfi,  həm  də  müsbət  ola  bilər 

(cədvəl 1). 

  ə =



Ö               (1) 



C

Ə

DVƏL 

1.

 

A

KTIV VƏ PASSIVLƏR ARASINDA MÜDDƏT FƏRQ

 

GAP(-) 

 

FHA-FHP<0 



 

FHA/FHP < 100% 



GAP(+) 

 

FHA-FHP >0 



 

FHA/FHP > 100% 

Qəp  vasitəsi  ilə  faiz  dərəcəsinin  dəyişməsi  nəticəsində  yaranmış  xalis  faiz  gəlirini 

hesablamaq mümkündür (düstur 2).  

ə ∗ ∆                     (2) 

XFG – xalis faiz gəliri; 

∆y – faiz dərəcələrinin dəyişməsi; 

Müəyyən  ödəniş  müddəti  ərzində  aktivlərin  passivlərdən  çox  olması  nəticəsində 

bank  üçün  bazar  faizlərinin  düşməsi  zərər,  artması  isə  mənfəət  yaradır.  Müəyyən 

ödəniş  müddəti  ərzində  passivlərin  aktivlərdən  çox  olması  nəticəsində  isə  bazar 

faizlərinin düşməsi mənfəət, artması isə zərər yaradır (cədvəl 2).  

C

Ə

DVƏL 

2.

 

F

A

İ



D

Ə

RƏCƏLƏR

İ

N

İ



D

Ə

Y

İ

ŞMƏ

S

İ

 

V

Ə

 

Q

Ə



A

RASINDA 

Ə

LAQƏ

 

Faizlərin dəyişməsi 

+ Qəp 

- Qəp 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə