|
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı(“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294)
|
səhifə | 270/323 | tarix | 13.04.2022 | ölçüsü | 273,35 Kb. | | #85423 |
| Azərbaycan Respublikasının Əmək Məcəlləsi771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 164-cü maddə aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 164. İstirahət və iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əmək haqqının ödənilməsi
1. İstirahət və iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə əmək haqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
aylıq maaş alan işçilərə iş günü hesab edilməyən bayram günü iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan artıq, gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla və iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğdən aşağı olmamaqla.
2. İş günü hesab edilməyən bayram və ya ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə əmək haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər.
207 24 fevral 2009-cu il tarixli Dostları ilə paylaş: |
|
|