Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

42 



 

Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı 

(17 noyabr 1990) 

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: 



 

1)  İlk  Azərbaycan  Xalq  Cümhuriyyətinin  üçrəngli  Dövlət  bayrağı  Naxçıvan  Muxtar  Respublikasının 

Dövlət bayrağı kimi təsis edilsin. 

2)  Naxçıvan  Muxtar  Respublikasının  digər  Dövlət  rəmzi  -  Dövlət  himni  və  gerbi  haqqında  məsələ 

öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin. 

3)  Azərbaycan  Xalq  Cümhuriyyətinin  üçrəngli  Dövlət  bayrağının  bütövlükdə  Azərbaycan  SSR-in 

Dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən 

xahiş edilsin. 



 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasına sədrlik edən 

 Heydər ƏLİYEV 

Naxçıvan şəhəri, 17 noyabr 1990-cı il 

 

Mənbə: Qayıdış. (1990-1993). Bakı, 2008, səh. 131. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

43 



Azərbaycan SSR-in adının və Dövlət bayrağının 

dəyişdirilməsi haqqında Azərbaycan Sovet Sosialist Respublikası 

prezidentinin fərmanı 

(29 noyabr 1990) 

 

Respublikanın  ictimai  həyatında  baş  verən  dəyişiklikləri,  milli  mənlik  şüurunun  artdığını,  Azərbaycanın 



dövlət quruluşunun inkişafını, habelə rəsmi adların və rəmzlərin mənəvi və siyasi əhəmiyyətini nəzərə alaraq, 

Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsini zəruri hesab edirəm. 

Bu  məqsədlə  respublika  Ali  Sovetinə  tövsiyə  olunsun  ki,  Azərbaycan  SSR Konstitusiyasında  dəyişikliklər 

edilməsi  haqqında  qanun  qəbul  edilsin,  həmin  qanunla  respublikanın  adı  dəyişdirilsin  və  o,  “Azərbaycan 

Respublikası” adlandırılsın, dövlət bayrağı eni bərabər, rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklində 

nəzərdə  tutulsun:  üst  zolaq  mavi  rəngdə,  orta  zolaq  qırmızı  rəngdə,  aşağı  zolaq  yaşıl  rəngdə  olsun,  qırmızı 

zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri verilsin. 

 

Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti 

 

Bakı şəhəri, 29 noyabr 1990-cı il 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

44 



 

“Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” Azərbaycan SSR 

Prezidentinin 1990-cı il 29 noyabr tarixli Fərmanı barəsində 

Azərbaycan Respublikası Ali Sovetinin Qərarı 

(

5 fevral 1991)

 

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır: 



 

1. “Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” Azərbaycan SSR 

Prezidentinin Fərmanı bəyənilsin. 

 

2. “Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” qanunlar qəbul edilsin. 



 

 Azərbaycan Respublikası Ali Sovetinin sədri 



Bakı şəhəri, 5 fevral 1991-ci il,  

№ 16-XII. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

45 



Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında 

Azərbaycan Respublikasının Qanunu  

(5 fevral 1991) 

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır: 



 

1. Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin. 

 

2. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin. 



 

3.  "Azərbaycan  SSR-in  Dövlət  bayrağı  haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barəsində"  Azərbaycan 

SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR qanunları toplusu, 1938-

1966-cı  illər,  c.  I,  səh.  221;  Azərbaycan  SSR  Ali  Sovetinin  Məlumatı,  1981-ci  il,  №  5-6,  maddə  71,  №  12, 

maddə 161) qüvvəsini itirmiş hesab edilsin. 

 

Azərbaycan Respublikasının Prezidenti 



Bakı şəhəri, 5 fevral 1991-ci il 

№ 17-XII

 

 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

46 



Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında 

Əsasnamə (5 fevral 1991) 

 

Azərbaycan  Respublikasının  5  fevral  1991-ci  il  tarixli 

17-XII saylı qanunu ilə təsdiq edilmişdir  

 

(8 iyun 2004-cü il, 683-IIQD saylı qanunla edilmiş əlavə 

və dəyişikliklərlə)

 

 

1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. 



2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı 

parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki 

üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa 

nisbəti 1:2-dir. 

Ayparanın  və  səkkizguşəli  ulduzun  təsvirləri  tərəflərinin  nisbəti  3:4  olan  düzbucaqlının  içərisində 

yerləşir;  düzbucaqlının  diaqonalı  bayrağın  eninin 

1/2-nə bərabərdir. 

Ayparanın təsviri konsentrik (eyni mərkəzli) 

olmayan  iki  dairənin  hissələri  şəklindədir;  böyük 

dairənin diametri xarici düzbucaqlının eninə, kiçik 

dairənin  diametri  isə  bayrağın  eninin  1/4-ə 

bərabərdir.  Kiçik  dairənin  mərkəzi  bayrağın 

həndəsi  mərkəzindən  sol  tərəfdə,  bayrağın  eninin 

1/60-nə bərabər olan məsafədə yerləşir. 

Səkkizguşəli  ulduzun  təsviri  ayparadan 

sağda  yerləşir,  ulduzun  xarici  dairəsinin  diametri 

bayrağın  eninin  1/6-ni,  daxili  dairəsinin  diametri  isə  1/12-ni  təşkil 

edir. 


3. çıxarılıb.  

4. çıxarılıb. 

5.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  onun  təsviri,  ölçülərindən  asılı  olmayaraq  bu 

Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir. 

6. çıxarılıb. 

7. çıxarılıb. 

 

Bayrağın ümumi ölçülərini  

göstərən qrafik təsviri  

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə