Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
47
Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı haqqında
Azərbaycan Respublikası Ali Sovetinin Qərarı
(
5 fevral 1991)
Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağının bir çox onilliklər ərzində Azərbaycan xalqının
milli dövlət quruluşunun rəmzi olduğunu, bu bayraq altında xalqın böyük və mürəkkəb təşəkkül və inkişaf yolu
keçdiyini nəzərə alaraq, öz tarixinə, əvvəlki nəsillərin keçdiyi yola ehtiram əlaməti olaraq Azərbaycan
Respublikasının Ali Soveti qərara alır:
- Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı respublikanın milli tarixi sərvəti kimi saxlansın;
- bu bayraqdan ümumxalq bayramları, mitinqlər və nümayişlər zamanı istifadə edilə bilər.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 5 fevral 1991-ci il,
№ 19-XII.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
48
“Azərbaycan Respublikasının dövlət atributlarının
təbliği işinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
(13 mart 1998)
Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm
etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram
hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir.
Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin
Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin
yaradılmasının mühüm amillərindən biridir. Lakin hal-hazırda Azərbaycan Respublikasının dövlət atributlarına
həsr edilən normativ aktlardakı tələblərə əməl edilməsinə müəyyən laqeydlik, qeyri-ciddi münasibət müşahidə
olunur. Bu sahədəki tədbirlərin məqsədyönlü şəkildə qurulması, tənzimlənməsi və gücləndirilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi Təhsil Nazirliyi və Elmlər Akademiyası
ilə birlikdə «Azərbaycan dövlət rəmzləri» adlı məlumat kitabının hazırlanıb çap olunmasını, dərslik, plakat,
təqvim və digər çap məmulatlarında dövlət atributlarının təbliğ olunmasını təmin etsin.
2. Təhsil Nazirliyi ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və
başqa tədris müəssisələrində dövlət atributlarının öyrənilməsi işini gücləndirmək məqsədilə ciddi tədbirlər
görsün.
3. Dövlət Televiziya və Radio Verilişləri Şirkəti Azərbaycanın dövlət atributlarına həsr olunmuş silsilə
verilişlər hazırlayıb təqdim etsin.
4. Dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların və ictimai qurumların rəhbərləri dövlət
atributlarına həsr edilən normativ aktlarda müəyyən edilmiş tələblərə ciddi əməl olunmasına nəzarəti
gücləndirsinlər.
5. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 1998-ci il
№ 759
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
49
Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında
Azərbaycan Respublikasının Qanunu
(8 iyun 2004)
Azərbaycan Respublikasının 8 iyun 2004-cü il
tarixli 683-IIQ saylı Qanunu
(1 sentyabr 2005-ci il, 980-IIQD saylı qanunla
edilmiş əlavə və dəyişikliklərlə)
Maddə 1.
Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr
1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə
yanaşmalıdırlar.
1.2. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı
barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq
tədbirlər görür.
1.3. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və
əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda
tərbiyə edilməsi məqsədilə tədbirlər görür.
Maddə 2. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər
2.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident sarayının və
dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası
Prokurorluğunun, Azərbaycan Respublikası Milli Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali
Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti
orqanlarının binaları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın
üzərində daimi qaldırılır.
2.2.
Azərbaycan
Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik
nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik
nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və
diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.
2.3. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış
gəmilərin üzərində qaldırılır.
2.4. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış
məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır.
2.5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və
başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:
2.5.1. Azərbaycan Respublikasının bayram günlərində;
2.5.2. hərbi andiçmə mərasimində;
2.5.3. hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;
2.5.4. hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.
2.6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa
silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında, hərbi gəmilərində isə Hərbi Dəniz
Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır.
2.7. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya
Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun
olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.
Maddə 3. Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər
3.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas
salonunda, Azərbaycan Respublikası prezidentinin iş otağında, habelə Azərbaycan Respublikası prezidentinin