Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
64
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi
İdarəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(24 noyabr 2010)
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli 2504 nömrəli Sərəncamı ilə Bakı
şəhərində yaradılmış Dövlət Bayrağı Meydanı ölkəmizin qüdrətini, xalqımızın dövlət atributlarına ehtiramını
təcəssüm etdirir.
Eyni zamanda, paytaxtın simvollarından birinə çevrilən Dövlət Bayrağı Meydanının fəaliyyəti
mürəkkəb mühəndis-texniki konstruksiyaların istismarı ilə bağlıdır.
Göstərilənləri, habelə Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin Azərbaycanın ictimai və
siyasi həyatında xüsusi əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi
yaradılsın.
2. Müəyyən edilsin ki, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti,
perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tərəfindən həyata
keçirilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi
haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi
İdarəsinin strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.3. Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksi ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiq
etsin;
3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi
İdarəsinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
3.5. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2010-cu il.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
65
Silahlı Qüvvələrin və digər hərbi birləşmələrin bayraqları
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında
Azərbaycan Respublikasının Qanunu
(4 noyabr 1997)
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə
təsdiq edilsin.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağının təsviri və şəkli təsdiq
edilsin (əlavə olunur).
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 noyabr 1997-ci
№ 390-IQ
* * *
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Hissəsinin Döyüş Bayrağı haqqında
Əsasnamə
"Azərbaycan Respublikası
Silahlı Qüvvələri Hərbi hissəsinin
Döyüş Bayrağı haqqında" Qanuna
1 nömrəli Əlavə
1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və
şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə
xidmət etmək, öz qanını və canmı belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, doğma torpağın
hər qarışmı düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.
2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişəlik qalır. Hərbi
hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır.
1
3. Döyüş Bayrağı hər vaxt öz hissəsi ilə, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində
olmalıdır.
4. Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı və onun düşmən
tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə hərbi hissənin komandiri və bu
rüsvayçılığa bilavasitə müqəssir olan hərbi qulluqçular məhkəməyə verilməli, hərbi hissə isə ləğv edilməlidir.
1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 415) ilə Qanunla təsdiq edilmiş
"Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə"nin
2-ci bəndində "Fərmana" sözü "təqdimata" sözü ilə əvəz edilmişdir.
* * *
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Hissəsinin Döyüş Bayrağının
təsviri
"Azərbaycan Respublikası
Silahlı Qüvvələri Hərbi hissəsinin
Döyüş Bayrağı haqqında" Qanuna
2 nömrəli Əlavə
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac
dəstəkdən, qotazlı qaytandan ibarətdir.
Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək
saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək
faydan hazırlanmışdır.