Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

66 



Qumaşın  üz  tərəfində  qırmızı  zolağın  ortasında  ağ  ipəkdən  38  sm  hündürlükdə  aypara  və  20  sm 

hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. 

Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin 

hündürlüyü  6,5  sm-dir.  Qumaşın  arxa  tərəfində  qırmızı  zolağın  ortasında  qurama  vardır:  Silahlı  Qüvvələrin 

emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi 

zolaqda qarşı duran təpələrinin arası 12 sm olan səkkizguşəli ulduz yerləşib. 

Aypara tiyələri yuxarı baxan çarpazlaşdırılmış qılınclara söykənib. Aypara, səkkizguşəli ulduz və qılınclar 

ağ ipəkdən tikilib. 

Qılıncların  aşağı  əsaslarından  tiyələr  boyunca  hər  iki  tərəfə,  onların  ucuna  qızılı  ipək  sapla  tikilmiş  iki 

dəfnə budağı yönəlib. 

Qumaşın  aşağı  kənarı  boyu  yaşıl  zolaqda  qızılı  ipək  sapla  hərbi  hissənin  nömrəsi  və  adı  tikilib. 

Rəqəmlərin  hündürlük ölçüsü  7,0 sm, yazının hərflərinin ölçüsü 4,5 sm-dir. Hərbi hissənin adındakı hərflərin 

sayından asılı olaraq rəqəmlərin ölçüsü 5,0 sm-ə, hərflərin ölçüsü 4,0 sm-ə qədər azaldıla bilər. 

Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 2,5 m olan girdə ağacdandır. 

Ağac  dəstək  tünd  qəhvəyi  rəngdə  rənglənib,  laklanıb,  aşağı  ucunda  metal  halda,  yuxarı  ucunda  isə 

nikellənmiş fiqurlu ucluq vardır. 

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var. 

Qaytanın uzunluğu 270-285 sm-dir. 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

67 



Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında 

Azərbaycan Respublikasının Qanunu  

(4 noyabr 1997) 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

1.  Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları və vımpelləri haqqında Əsasnamə təsdiq edilsin. 

2.    Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  döyüş  gəmilərinin,  köməkçi  gəmilərinin  və  vəzifəli 

şəxslərinin Hərbi-Dəniz bayraqlarının və vımpellərinin təsviri və şəkilləri təsdiq edilsin (əlavə olunur). 

 

Heydər ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 4 noyabr 1997-ci il  

№ 391-IQ 

 

* * * 

 

Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında 

Əsasnamə 

"Azərbaycan Respublikasının 

Hərbi-Dəniz bayraqları 

haqqında" Qanuna 

1 nömrəli Əlavə 

Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağı 

 

1.    Döyüş  gəmiləri,  eləcə  də  hərbi  qulluqçularla  komplektləşdirilmiş  döyüş  gəmiləri  birləşmələrinin 

tərkibinə daxil olan köməkçi gəmilər Hərbi-Dəniz Bayrağı daşıyırlar. 

2.    Hərbi-Dəniz  Qüvvələrinin  gəmisində  qaldırılmış  Azərbaycan  Respublikasının  Hərbi-Dəniz  Bayrağı 

gəminin  Döyüş  Bayrağıdır.  O,  altında  üzdüyü  gəmilərin  dövlət  mənsubiyyətini  və  toxunulmazlığını,  onların 

dəniz hüdudlarında Azərbaycan Respublikasının dövlət mənafeyini qorumağa hazır olduqlarını göstərir. 

3.  Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, gəminin 

hər bir hərbi qulluqçusuna Vətənə sədaqətlə xidmət etmək, öz qanmı və canmı belə əsirgəmədən onu mərdlik və 

bacarıqla müdafiə etmək, düşməndən qorumaq borcunu xatırlatmaq üçündür. 

4. Hərbi-Dəniz Bayrağı gəmi hərəkətdə ikən qafeldə, dayanacaqda isə - arxa flaqştokda qaldırılır. 



Azərbaycan Respublikası HDQ köməkçi gəmilərinin bayraqları 

5.  Gəmilərin, sahil qoşunları və dəniz piyadası hissələrinin döyüş və gündəlik tələbatlarını  təmin etmək 

üçün nəzərdə tutulmuş HDQ-nin dəniz və reyd təchizat gəmilərinə, axtarış-xilasetmə, hidroqrafiya gəmilərinə və 

katerlərinə Azərbaycan Respublikası HDQ yardımçı gəmilərinin bayraqları verilir. 



Hərbi gəmilərin vımpeli 

6.  Hərbi  gəmilərin  (katerlərin)  vımpeli  onu  göstərir  ki,  hərbi  gəmi  kompaniyanın  heyətindədir  və 

komandanlığın hər hansı tapşırığını yerinə yetirməyə hazırdır. 

7.  Hərbi gəmilərin vımpeli Hərbi-Dəniz Bayrağı verilmiş gəmilərin qrot-stenqasında (bir dəstək olanda - 

front stenqasında) qaldırılır. 

Vəzifəli şəxslərin bayraqları və breyd - vımpelləri 

8.  Hərbi-dəniz  Qüvvələrinin  vəzifəli  şəxslərinə  və  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  Ali 

komandanlığına vəzifəli şəxslərin bayraqları və breyd-vımpelləri verilir. Vəzifəli şəxslərin bayraqları və breyd-

vımpelləri bu şəxslərin olduqları gəmilərdə qaldırılır və endirilir. 

 

* * * 

 

Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqlarının 

təsviri 

"Azərbaycan Respublikasının 

Hərbi-dəniz bayraqları 

haqqında" Qanuna 

2 nömrəli Əlavə 

 

Arxa bayraqları və vımpellər 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

68 



 

1.  Azərbaycan  Respublikasının  Hərbi-Dəniz  Bayrağı  - 

bayrağın  aşağı  kənarı  boyunca  iki  mavi  dalğavari  zolağı  olan  ağ 

düzbucaqlı qumaşdır.

 

 



Bayrağın  ağ  qumaşında  yerləşdirilib:  sol  yarısında  qırmızı 

aypara  və  ondan  sağda  səkkizguşəli  ulduz;  sağ  yarısında  -  lövbər 

kanatı  dolanmış  mavi  rəngli  lövbər  (holl  tipli).  Lövbərin  yuxarı  və 

aşağı nöqtələri aypara ilə eyni xətdə yerləşib. 

Bayrağın ölçüləri: bayrağın eninin uzununa nisbəti - 1:1,5-dir, 

mavi  zolaqların  eni:  ensiz  1/25-dir,  enli  -  3/25-  dir;  zolaqlar 

arasındakı  məsafə  ensiz  zolağın  eninə  bərabərdir,  ayparanın  yuxarı 

nöqtəsindən bayrağın yuxarı kənarına qədər, eləcə də ayparanın aşağı nöqtəsindən bayrağın mavi zolağına qədər 

məsafə bayrağın eninin 1/5-nə bərabərdir; ulduzun təsvir olunmuş sahəsinin diametri bayrağın eninin 1/5-i, həkk 

olunmuşun isə 1/10-i təşkil edir. 



2.  Azərbaycan  Respublikası  Hərbi-dəniz  Qüvvələrinin  köməkçi 

gəmilərinin bayraqları - krijesində Azərbaycan Respublikasının Hərbi-Dəniz 

Bayrağının təsviri olan göy qumaşdır. 

Bayrağın  eninin  uzununa  nisbəti  -  1:1,5-dir.  Krijedə  yerləşdirilmiş 

Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağının ölçüsü - bütün qumaşın 

1/4-dir.


 

 

3.  Hərbi  gəmilərin  vımpeli  -  rəng  qammasına  görə  Azərbaycan 

Respublikasının Dövlət Bayrağına uyğun olan iki şüa ilə qurtaran uzun ensiz 

üç-rəngli  zolağı  olan  kiçildilmiş  ölçülü 

Azərbaycan 

Respublikası 

Hərbi-dəniz 

Bayrağıdır.

 

 

Vımpelin  uzunluğunun  bayrağın  eninə 



nisbəti  -  30:1-dir  (katerlərdə  12:1-dir); 

şüaların 

kəsiyinin 

uzunluğu 

vımpelin 

uzunluğunun  1/7,  şüaların  yayılması  - 

bayrağın eninin 1/2-nə bərabərdir. 

 

Vəzifəli şəxslərin bayraqları və breyd - vımpelləri 

4.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  Ali  Baş  Komandanının 

Bayrağı  -  Azərbaycan  Respublikasının  Dövlət  Bayrağı  rəngində  üç  üfüqi 

zolaqlı və aşağı kənarı boyunca uzanan iki mavi dalğavari zolaqlı ağ qumaşdır. 

Bayrağın  ortasında  Azərbaycan  Respublikasının  Dövlət  Gerbinin  təsviri 

yerləşdirilib.

 

 



Bayrağın  eninin  uzunluğuna  nisbəti  -  1:1,5-dir.  Azərbaycan 

Respublikasının Dövlət Bayrağındakı rəngdə zolaqların eni - bayrağın eninin - 

1/10-dir. Azərbaycan Respublikasının Dövlət Gerbinin ən iri diametri bayrağın 

eninin  1/2-dir;  onun  aşağı  nöqtələri  ensiz  mavi  zolağın  yuxarı  kənarından 

bayrağın eninin 1/5-i qədər məsafədədir. 

5.  Azərbaycan  Respublikası  müdafiə  nazirinin  Bayrağı  -  Azərbaycan 

Respublikasının enli  üfüqi  mavi  zolaqlı  Hərbi-Dəniz  Bayrağıdır.  Lövbər  ağ 

fonda  yerləşir;  və  aşağısında  rəng  qammasına  görə  Azərbaycan 

Respublikasının  Dövlət  Bayrağına  uyğun  gələn  üçrəngli  lent  yerləşən  qızılı 

rəngli dəfnə çələngi ilə haşiyələnmişdir. 

Bayrağın 

eninin 

uzunluğuna 



nisbəti 1:1,5-dir; enli üfüqi mavi zolağın 

eni  -  bayrağın  eninin  1/5-dir;  bayrağın 

yuxarı  kənarından  enli  zolağa  qədər 

məsafə  bayrağın  eninin  1/4  -dir;  dəfnə  çələnginin  ən  böyük  diametri 

bayrağın  eninin  1/2-dir.  Çələngin  eni  bayrağın  eninin  1/20-dir;  dəfnə 

çələnginin  aşağı  nöqtələri  ensiz  mavi  zolağın  yuxarı  kənarından  bayrağın 

eninin 1/5-1 qədər məsafədədir. 

6.  Azərbaycan  Respublikası  Hərbi-Dəniz  Qüvvələri  komandanının 

Bayrağı  -  Azərbaycan  Respublikasının  iki  üfüqi  mavi  zolaqlı  Hərbi-dəniz 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə