Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

62 



Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında  

Azərbaycan Respublikası Prezidentinin Fərmanı  

(15 sentyabr 2008) 

 

1. “Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) təsviri” təsdiq edilsin (əlavə olunur). 



2. Müəyyən edilsin ki: 

2.1.  Azərbaycan  Respublikası  Prezidentinin  ştandartı  (bayrağı)  Azərbaycan  Respublikası  Prezidentinin 

rəsmi simvoludur; 

2.2.  Azərbaycan  Respublikası  Prezidentinin  ştandartının  (bayrağının)  etalonu  (orijinalı)  Azərbaycan 

Respublikası  Prezidentinin  Azərbaycan  Respublikasının  Prezident  sarayında  yerləşən  xidməti  otağında 

saxlanılır; 

2.3.  Azərbaycan  Respublikası  Prezidentinin  ştandartının  (bayrağının)  dublikatı  Azərbaycan 

Respublikasının  Prezident  sarayının  və  Azərbaycan  Respublikası  Prezidentinin  iqamətgahlarının  üzərində, 

Azərbaycan  Respublikasının  Prezident  sarayında  və  Azərbaycan  Respublikası  Prezidentinin  iqamətgahlarında 

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda 

və  otaqlarda,  Azərbaycan  Respublikası  Prezidentinin  digər  iqamətgahlarda  olduğu  müddətdə  həmin 

iqamətgahların  üzərində,  Azərbaycan  Respublikası  Prezidentinin  iştirakı  ilə  keçirilən  rəsmi  tədbir  və  digər 

mərasimlər zamanı həmin tədbirin keçirildiyi binanın üzərində və ya həmin tədbirin keçirildiyi salonda (otaqda), 

Azərbaycan Respublikası Prezidentinin nəqliyyat vasitələri üzərində qaldırıla (asıla) və ya yerləşdirilə bilər. 

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.  

 

İlham ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 15 sentyabr 2008-ci il. 

№ 828 

 

 

Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının)  

təsviri 

 

Azərbaycan Respublikası Prezidentinin  



2008-ci  il  15  sentyabr  tarixli  Fərmanı  ilə 

təsdiq edilmişdir  

 

Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) ikiüzlü qumaşı eni bərabər olan rəngli üç 

üfüqi zolaqdan ibarət kvadrat formasındadır. Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun 

olaraq, Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) qumaşının yuxarı zolağı mavi rəngdə, 

orta zolağı qırmızı rəngdə, aşağı zolağı yaşıl rəngdədir.  

Azərbaycan 

Respublikası 

Prezidentinin 

ştandartının 

(bayrağının)  qumaşının  hər  iki  üzündə  qırmızı  zolağın  ortasında 

Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmişdir. Qumaş 

qızılı saçaqlarla haşiyələnmişdir.  

Azərbaycan 

Respublikası 

Prezidentinin 

ştandartının 

(bayrağının) 

dirəyinin 

üzərinə 

Azərbaycan 

Respublikası 

Prezidentinin  soyadı,  adı,  atasının  adı  və  onun  Azərbaycan 

Respublikasının  Prezidenti  seçildiyi  müddəti  əks  etdirən  tarixlər 

həkk olunmuş gümüş bənd bərkidilir.  

Azərbaycan 

Respublikası 

Prezidentinin 

ştandartının 

(bayrağının)  dirəyi  aypara  ilə  səkkizguşəli  ulduz  tipli  metal 

başlıqla örtülür.  

Azərbaycan  Respublikası  Prezidentinin  ştandartı  (bayrağı) 

müxtəlif ölçülərdə ola bilər.  




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

63 



Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

(17 noyabr 2009) 

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli 



suverenliyin  simvolu  kimi  ölkəmizin  bütün  vətəndaşları  üçün  müqəddəs  dövlətçilik  rəmzlərindən 

birinə  çevrilmişdir.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yadigarı  olan  bu  bayraq  bizim  azadlıq 

məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.  

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  1918-ci  il  noyabrın  9-da  Azərbaycan  Xalq 

Cümhuriyyəti  Hökumətinin  iclasında  qəbul  edilmiş  və  1920-ci  ilin  aprel  ayınadək  dövlət  statusuna 

malik  olmuşdur.  Həmin  bayraq  1990-cı  il  noyabrın  17-də  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin  sədri,  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə  keçirilən 

sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 

5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət  bayrağı  haqqında” 

Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.  

1991-ci  il  oktyabrın  18-də  “Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında” 

Konstitusiya  Aktı  ilə  Azərbaycan  Respublikası  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisi  kimi  onun 

dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan 

Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 

bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.  

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları 

üzərində  ucalır,  mühüm  beynəlxalq  tədbirlər,  mötəbər  mərasimlər  və  məclislərlə  yanaşı,  irimiqyaslı 

ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm 

etdirir.  Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycan  Respublikasının  paytaxtı  Bakı  şəhərində 

Dövlət  bayrağı  meydanının  yaradılması  haqqında”  2007-ci  il  17  noyabr  tarixli  Sərəncamı  Dövlət 

bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.  

Azərbaycan  Respublikasının  Dövlət  bayrağının  ilk  dəfə  rəsmi  surətdə  1918-ci  il  noyabrın  9-da 

qəbul  edilməsini  nəzərə  alaraq,  Azərbaycan  Respublikasının  dövlət  rəmzlərinə  hörmət  və  ehtiramı 

təmin etmək məqsədi ilə qərara alıram:  

1. Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilsin.  

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn  məsələləri  həll 

etsin.  

 

İlham ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 17 noyabr 2009-cu il. 

 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə