Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
56
Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika
Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(7 fevral 2006)
Azərbaycan Respublikasında heraldika sahəsində vahid dövlət siyasətinin hazırlanması və
həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurası yaradılsın.
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurası haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur - 1 nömrəli əlavə).
3. “Dövlət heraldika reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur - 2 nömrəli
əlavə).
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2006-cı il
***
Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurası haqqında
Əsasnamə
1 nömrəli əlavə
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 7 fevral tarixli 362 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurası (bundan sonra - Şura)
Azərbaycan Respublikasında Heraldika sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi
məqsədilə yaradılmışdır.
2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və bu
Əsasnaməni rəhbər tutur.
II. ŞURANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
3. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:
3.1. Heraldika sahəsində dövlət siyasətinin hazırlanmasını və həyata keçirilməsini təmin
edir;
3.2. dövlət orqanları, idarə, müəssisə və təşkilatları, habelə yerli özünüidarəetmə
orqanlarının rəsmi simvollarının və fərqləndirici nişanlarının qeydiyyatını həyata keçirir.
III. ŞURANIN VƏZİFƏLƏRİ
4. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Şura aşağıdakı
vəzifələri yerinə yetirir:
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
57
4.1. Heraldika sahəsində vəziyyəti öyrənmək və bu barədə mütəmadi olaraq Azərbaycan
Respublikasının Prezidentini məlumatlandırmaq;
4.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilik aktlarının hazırlanmasında və
təkmilləşdirilməsində iştirak etmək;
4.3. dövlət orqanları, idarə, müəssisə və təşkilatları, habelə yerli özünüidarəetmə
orqanlarının rəsmi simvollarının və fərqləndirici nişanlarının qeydiyyatını həyata keçirmək
məqsədilə Dövlət Heraldika reyestrini tərtib etmək və aparmaq.
IV. ŞURANIN HÜQUQLARI
5. Şura öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
5.1. heraldika sahəsində dövlət siyasətinin hazırlanmasına və həyata keçirilməsinə dair
Azərbaycan Respublikasının Prezidentinə təkliflər hazırlamaq;
5.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktların layihələrini
hazırlamaq;
5.3. öz səlahiyyətləri daxilində dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlarına, habelə
yerli özünüidarəetmə orqanlarına müvafiq məlumatlar (sənədlər) barədə sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
5.4. heraldika sahəsində xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və
xarici təcrübəni öyrənmək;
5.5. dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının, habelə yerli özünüidarəetmə
orqanlarının rəsmi simvollarının və fərqləndirici nişanlarının hazırlanmasına və istifadə
edilməsinə dair tövsiyələr hazırlamaq;
5.6. fəaliyyət istiqamətlərinə uyğun təhlillər aparmaq, analitik-informasiya yönümlü
təkliflər, proqnozlar əks etdirən və digər məzmunlu arayışlar, rəylər və s. sənədlər
hazırlamaq;
5.7. heraldika sahəsində elmi tədqiqat işlərinin, elmi-praktik müzakirələrin aparılmasını
təşkil etmək;
5.8. dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının, habelə yerli özünüidarəetmə
orqanlarının əməkdaşlarını, müstəqil ekspert və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək.
V. ŞURANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ
6. Şuranın tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir və sədrdən,
sədr müavinindən, katibdən və üzvlərdən ibarətdir.
7. Şuranın sədri, sədr müavini, katibi və üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
8. Şuranın sədri:
8.1. Şuranın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
8.2. Şuranın iş planını təsdiq edir;
8.3. Şuranın iclaslarının keçirilmə vaxtını və yerini təyin edir, bu iclasların gündəliyini
təsdiq edir və iclasları aparır;
8.4. Şuranın sədr müavininə, katibinə və üzvlərinə tapşırıqlar verir;
8.5. Şuranın sənədlərini imzalayır;
8.6. Şuranı təmsil edir.
9. Şuranın sədr müavini Şuranın qərarlarının icrasını təmin edir.
10. Şuranın üzvləri arasından Şuranın katibi seçilir. Şuranın katibi:
10.1. Şuranın iş planlarının, Şuranın iclaslarının gündəliyinin və bu iclaslarda müzakirəyə
çıxarılması nəzərdə tutulan sənədlərin, Şuranın qərarlarının layihələrinin, habelə Şuranın
iclaslarının protokollarının hazırlanmasını təmin edir;
10.2. Şuranın üzvlərini Şuranın növbəti iclasının keçirilmə vaxtı və yeri barədə
məlumatlandırır və onları zəruri materiallarla təmin edir;