Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

56 



Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika 

Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

(7 fevral 2006) 

 

Azərbaycan  Respublikasında  heraldika  sahəsində  vahid  dövlət  siyasətinin  hazırlanması  və 

həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurası yaradılsın. 

2.  “Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Heraldika  Şurası  haqqında  Əsasnamə” 

təsdiq edilsin (əlavə olunur - 1 nömrəli əlavə). 

3.  “Dövlət  heraldika  reyestri  haqqında  Əsasnamə”  təsdiq  edilsin  (əlavə  olunur  -  2  nömrəli 

əlavə). 


4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 

4.1.  qüvvədə  olan  normativ  hüquqi  aktların  bu  Fərmana  uyğunlaşdırılması  barədə 

təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

4.2. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. 

 

İlham ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 7 fevral 2006-cı il 

*** 


 

Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurası haqqında  

Əsasnamə 

1 nömrəli əlavə 

 

Azərbaycan Respublikası Prezidentinin 



  2006-cı il 7  fevral tarixli  362  nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

 

I. ÜMUMİ MÜDDƏALAR 

 

1.  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Heraldika  Şurası  (bundan  sonra  -  Şura) 

Azərbaycan  Respublikasında  Heraldika  sahəsində  vahid  dövlət  siyasətinin  həyata  keçirilməsi 

məqsədilə yaradılmışdır. 

2.  Şura  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını,  Azərbaycan 

Respublikasının qanunlarını, Azərbaycan Respublikası  Prezidentinin fərman və sərəncamlarını və  bu 

Əsasnaməni rəhbər tutur. 

 

II. ŞURANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ 



 

3. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır: 

3.1.  Heraldika  sahəsində  dövlət  siyasətinin  hazırlanmasını  və  həyata  keçirilməsini  təmin 

edir; 


3.2.  dövlət  orqanları,  idarə,  müəssisə  və  təşkilatları,  habelə  yerli  özünüidarəetmə 

orqanlarının rəsmi simvollarının və fərqləndirici nişanlarının qeydiyyatını həyata keçirir. 

 

III. ŞURANIN VƏZİFƏLƏRİ 

 

4.  Bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  Şura  aşağıdakı 

vəzifələri yerinə yetirir: 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

57 



4.1.  Heraldika  sahəsində  vəziyyəti  öyrənmək  və  bu  barədə  mütəmadi  olaraq  Azərbaycan 

Respublikasının Prezidentini məlumatlandırmaq; 

4.2.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericilik  aktlarının  hazırlanmasında  və 

təkmilləşdirilməsində iştirak etmək; 

4.3.  dövlət  orqanları,  idarə,  müəssisə  və  təşkilatları,  habelə  yerli  özünüidarəetmə 

orqanlarının rəsmi simvollarının və fərqləndirici nişanlarının qeydiyyatını həyata keçirmək 

məqsədilə Dövlət Heraldika reyestrini tərtib etmək və aparmaq. 

 

IV. ŞURANIN HÜQUQLARI 

 

5. Şura öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 

5.1.  heraldika  sahəsində  dövlət  siyasətinin  hazırlanmasına  və  həyata  keçirilməsinə  dair 

Azərbaycan Respublikasının Prezidentinə təkliflər hazırlamaq; 

5.2.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  normativ  hüquqi  aktların  layihələrini 

hazırlamaq; 

5.3. öz səlahiyyətləri daxilində dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlarına, habelə 

yerli  özünüidarəetmə  orqanlarına  müvafiq  məlumatlar  (sənədlər)  barədə  sorğu  vermək  və 

onlardan belə məlumatları (sənədləri) almaq; 

5.4.  heraldika  sahəsində  xarici  dövlətlərin  müvafiq  qurumları  ilə  əməkdaşlıq  etmək  və 

xarici təcrübəni öyrənmək; 

5.5.  dövlət  orqanlarının,  idarə,  müəssisə  və  təşkilatlarının,  habelə  yerli  özünüidarəetmə 

orqanlarının  rəsmi  simvollarının  və  fərqləndirici  nişanlarının  hazırlanmasına  və  istifadə 

edilməsinə dair tövsiyələr hazırlamaq; 

5.6.  fəaliyyət  istiqamətlərinə  uyğun  təhlillər  aparmaq,  analitik-informasiya  yönümlü 

təkliflər,  proqnozlar  əks  etdirən  və  digər  məzmunlu  arayışlar,  rəylər  və  s.  sənədlər 

hazırlamaq; 

5.7.  heraldika  sahəsində  elmi  tədqiqat  işlərinin,  elmi-praktik  müzakirələrin  aparılmasını 

təşkil etmək; 

5.8.  dövlət  orqanlarının,  idarə,  müəssisə  və  təşkilatlarının,  habelə  yerli  özünüidarəetmə 

orqanlarının əməkdaşlarını, müstəqil ekspert və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək. 

 

V. ŞURANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ 



 

6. Şuranın tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir və sədrdən, 

sədr müavinindən, katibdən və üzvlərdən ibarətdir. 

7. Şuranın sədri, sədr müavini, katibi və üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər. 

8. Şuranın sədri: 

8.1. Şuranın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 

8.2. Şuranın iş planını təsdiq edir; 

8.3.  Şuranın  iclaslarının  keçirilmə  vaxtını  və  yerini  təyin  edir,  bu  iclasların  gündəliyini 

təsdiq edir və iclasları aparır; 

8.4. Şuranın sədr müavininə, katibinə və üzvlərinə tapşırıqlar verir; 

8.5. Şuranın sənədlərini imzalayır; 

8.6. Şuranı təmsil edir. 

9. Şuranın sədr müavini Şuranın qərarlarının icrasını təmin edir. 

10. Şuranın üzvləri arasından Şuranın katibi seçilir. Şuranın katibi: 

10.1. Şuranın iş planlarının, Şuranın iclaslarının gündəliyinin və bu iclaslarda müzakirəyə 

çıxarılması  nəzərdə  tutulan  sənədlərin,  Şuranın  qərarlarının  layihələrinin,  habelə  Şuranın 

iclaslarının protokollarının hazırlanmasını təmin edir; 

10.2.  Şuranın  üzvlərini  Şuranın  növbəti  iclasının  keçirilmə  vaxtı  və  yeri  barədə 

məlumatlandırır və onları zəruri materiallarla təmin edir; 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə