Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

58 



10.3.  dövlət  orqanlarının,  idarə,  müəssisə  və  təşkilatlarının,  habelə  yerli  özünüidarəetmə 

orqanlarının  rəsmi  simvollarının  və  fərqləndirici  nişanlarının  Dövlət  Heraldika  reyestrinə 

daxil edilməsini təsdiq edir. 

11. Şuranın iclasları Şuranın sədrinin qərarı ilə müəyyən edilən tarixdə və yerdə keçirilir. 

12.  Şuranın  qərarları  Şuranın  iclasında  iştirak  edən  Şura  üzvlərinin  sadə  səs  çoxluğu  ilə  qəbul 

edilir. Səslər bərabər olduqda Şuranın sədrinin səsi həlledici hesab edilir. 

Zərurət  olduqda,  Şuranın  qərarları  müvafiq  dövlət  orqanları,  idarə,  müəssisə  və  təşkilatlarına, 

habelə yerli özünüidarəetmə orqanlarına göndərilir. 

13.  Şuranın  iclasları  protokollarla  rəsmiləşdirilir.  Həmin  protokollar  Şuranın  sədri  və  katibi 

tərəfindən imzalanır. 

14.  Şuranın  fəaliyyətinin  təşkilati  təminatı  Azərbaycan  Respublikası  Prezidentinin  İcra 

Aparatının  Humanitar  siyasət  məsələləri  şöbəsi,  maddi-texniki  təminatı  Azərbaycan  Respublikası 

Prezidentinin İşlər idarəsi tərəfindən həyata keçirilir. 

*** 

 

2 nömrəli əlavə 

Azərbaycan Respublikası Prezidentinin 

   2006-cı il  7  fevral tarixli  362  nömrəli  

Fərmanı ilə təsdiq edilmişdir 

 

Dövlət heraldika reyestri haqqında 

Əsasnamə 

 

I. ÜMUMİ MÜDDƏALAR 

 

1.  Bu  Əsasnamə  Dövlət  heraldika  reyestrinin  (bundan  sonra  -  reyestr)  tərtib  edilməsi  və 

aparılması məsələlərini tənzimləyir. 

2.  Reyestr  dövlət  orqanları,  idarə,  müəssisə  və  təşkilatlarının,  habelə  yerli  özünüidarəetmə 

orqanlarının  (bundan  sonra  -  təşkilat)  rəsmi  simvollarının  və  fərqləndirici  nişanlarının 

sistemləşdirilməsi, habelə onların yaradılmasının və istifadə edilməsinin qaydaya salınması məqsədilə 

yaradılır. 

3.  Azərbaycan  Respublikasında  bütün  təşkilatların  rəsmi  simvolları  və  fərqləndirici  nişanları 

reyestrdə qeydiyyata alınmalıdır. 

4.  Təşkilatın  rəsmi  simvollarına  və  fərqləndirici  nişanlarına  təşkilatın  bayraqları,  gerbləri, 

emblemləri,  təltifləri,  habelə  həmin  təşkilatın  əməkdaşlarını  başqa  təşkilatların  əməkdaşlarından 

fərqləndirməyə imkan verən nişanları aiddir. 

 

II. REYESTRİN TƏRTİB EDİLMƏSİ VƏ APARILMASI 

 

5.  Reyestr  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Heraldika  Şurası  (bundan  sonra  - 

Şura) tərəfindən tərtib edilir və aparılır. 

6. Təşkilat onun rəsmi simvollarının və fərqləndirici nişanlarının reyestrdə qeydiyyata alınması 

üçün Şuraya rəsmi müraciət edir. 

7. Bu Əsasnamənin 6-cı bəndində nəzərdə tutulan müraciətə aşağıdakı sənədlər əlavə edilir: 

7.1. təşkilatın rəsmi simvollarının və fərqləndirici nişanlarının qrafik və sözlə təsviri

7.2.  təşkilatın  rəsmi  simvollarının  və  fərqləndirici  nişanlarının  Şuraya  təqdim  edilən 

formada təsdiq edilməsi haqqında təşkilatın qərarı; 

7.3. təşkilatın zəruri hesab etdiyi digər sənədlər. 

8.  Şura  zərurət  olduqda  təşkilatdan  rəsmi  simvollar  və  fərqləndirici  nişanlar  ilə  bağlı  tarixi 

arayışlar,  həmin  simvolların  və  nişanların  və  ya  onların  ayrı-ayrı  elementlərinin  izahını  (şərhini), 

habelə zəruri hesab etdiyi digər məlumatları tələb edə bilər. 

9. Təqdim edilən materialları araşdırdıqdan sonra Şura aşağıdakı qərarlardan birini qəbul edir: 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

59 



9.1.  təşkilatın  rəsmi  simvollarının  və  fərqləndirici  nişanlarının  reyestrdə  qeydiyyata 

alınması barədə; 

9.2.  təşkilatın  rəsmi  simvollarının  və  fərqləndirici  nişanlarının  reyestrdə  qeydiyyata 

alınmasından imtina edilməsi barədə; 

9.3.  təşkilatın  rəsmi  simvollarının  və  fərqləndirici  nişanlarının  reyestrdə  qeydiyyata 

alınmasının dayandırılması barədə. 

10.  Bu  Əsasnamənin  9.1-ci  bəndində  nəzərdə  tutulan  qərara  uyğun  olaraq  təşkilatın  rəsmi 

simvolları və fərqləndirici nişanları onların qrafik və sözlə təsvirinin reyestrə daxil edilməsi vasitəsilə 

qeydiyyata alınır. 

11.  Təşkilatın  rəsmi  simvollarının  və  fərqləndirici  nişanlarının  reyestrdə  qeydiyyata  alınması 

Şuranın katibinin imzası və üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş möhür 

ilə təsdiq edilir. 

12.  Təşkilatın  rəsmi  simvollarının  və  fərqləndirici  nişanlarının  reyestrdə  qeydiyyata  alınması 

reyestrdən  verilən  çıxarışla  təsdiq  edilir.  Çıxarışa  təşkilatın  reyestrdə  qeydiyyata  alınmış  rəsmi 

simvolunun və fərqləndirici nişanının qrafik və sözlə təsviri əlavə edilir. 

Reyestrdən çıxarış bu Əsasnamənin 9.1-ci bəndində nəzərdə tutulan qərar qəbul edildikdən sonra 

ən geci on beş gün müddətində maraqlı təşkilata göndərilir (təqdim edilir). 

13. Əgər reyestrdə qeydiyyata alınması xahiş edilən rəsmi simvollar və fərqləndirici nişanlarla 

tamamilə  eyni  və  ya  çox  oxşar  qrafik  və  sözlə  təsvirə  malik  olan  rəsmi  simvollar  və  fərqləndirici 

nişanlar artıq qeydiyyatdadırsa və ya belə simvolların və ya nişanların reyestrdə qeydiyyata alınması 

barədə  Şuraya  zaman  baxımından  daha  tez  edilmiş  müraciət  mövcuddursa,  bu  Əsasnamənin  9.2-ci 

bəndində nəzərdə tutulan əsaslandırılmış qərar qəbul edilir. 

14.  Şura  təşkilatın  reyestrdə  qeydiyyata  alınması  xahiş  edilən  rəsmi  simvollarının  və 

fərqləndirici  nişanlarının  qrafik  və  (və  ya)  sözlə  təsvirində  müəyyən  dəyişikliklərin  aparılmasını 

məqsədəuyğun  hesab  etdikdə  və  ya  bu  Əsasnamənin  8-ci  bəndi  ilə  müəyyən  edilmiş  hallar  mövcud 

olduqda, bu Əsasnamənin 9.3-cü bəndində nəzərdə tutulan qərar qəbul edilir. 

Bu  qərarda  onun  qəbul  edilmə  səbəbləri  konkret  əsaslandırılmalıdır.  Şura  həmin  qərara  öz 

tövsiyələrini daxil edə bilər. 

Maraqlı  təşkilat  qərarda  göstərilənləri  nəzərə  aldıqdan  sonra  bu  Əsasnamənin  6-cı  və  7-ci 

bəndləri ilə müəyyən edilmiş qaydada yenidən Şuraya müraciət etmək hüququna malikdir. 

15.  Bu  Əsasnamənin  9.2-ci  və  9.3-cü  bəndlərində  nəzərdə  tutulan  qərarların  surətləri  həmin 

qərarlar qəbul edildiyi gündən ən geci yeddi gün müddətində maraqlı təşkilata göndərilməlidir (təqdim 

edilməlidir). 

 

III. YEKUN MÜDDƏALAR 



 

16.  Reyestrdə  qeydiyyata  alınmamış  rəsmi  simvolların  və  fərqləndirici  nişanların  Azərbaycan 

Respublikasının ərazisində istifadə edilməsinə yol verilmir. 

17.  Bu  Əsasnamənin  pozulmasında  təqsirli  olan  şəxslər  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada məsuliyyət daşıyırlar. 

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə