Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

54 



5.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikasının  Ticarət  Gəmiçiliyi 

Məcəlləsinə  uyğun  olaraq,  Azərbaycan  Respublikasının  gəmi  reyestrlərindən  birində  qeydiyyata  alınmış 

gəmilərin üzərində aşağıdakı qaydada qaldırılır: 

a)  gəminin  hərəkət  etdiyi  və  dayanacaqlarda  durduğu  zaman  Azərbaycan  Respublikasının  Dövlət 

bayrağı hər gün saat 8-də qaldırılır və gün batdıqda endirilir; 

b) dövlət bayrağı aşağıdakı hallarda müəyyən edilmiş vaxtdan əvvəl (saat 8-dək) qaldırılır, habelə gün 

batarkən endirilmir: 

 



gəmi limana daxil olduqda və limandan çıxdıqda;  

 



dənizdə Dövlət bayrağı altında üzən hərbi və digər gəmilərə rast gəldikdə, onlardan ayrılanadək.  

Gəmi dayanacaqda olduğu zaman Dövlət bayrağı dal bayraq ağacında, hərəkət etdiyi zaman isə qafel və 

ya dal bayraq ağacında qaldırılır. Kiçik və yedək gəmiləri dayanacaqda və ya hərəkətdə olduğu zaman Dövlət 

bayrağını qafeldə qaldıra bilər. 

Azərbaycan  Respublikasının  Prezidenti,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədri,  Azərbaycan 

Respublikasının  Baş  naziri  və  Azərbaycan  Respublikasının  Prezidentini,  Azərbaycan  Respublikasının  Milli 

Məclisini  və  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetini  təmsil  edən  digər  şəxslər,  habelə  Azərbaycan 

Respublikasının diplomatik nümayəndələri və konsulları gəmidə olduqda, həmin şəxslərin razılığı ilə gəminin 

burun siqnal dor ağacında da Dövlət bayrağı qaldırılır. 

6.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinin  və 

başqa silahlı birləşmələrinin hərbi hissələrində aşağıdakı hallarda qaldırılır: 

a) Azərbaycan Respublikasının bayram və matəm günlərində; 

b) hərbi andiçmə mərasimi zamanı; 

c) hərbi hissələrə dövlət mükafatları təqdim edilən zaman; 

ç) hərbi hissələr (bölmələr) xarici dövlətin ərazisində olduğu müddətdə

d) xatirə və digər peşə bayramı günlərində silahlı birləşmələrin rəhbərinin əmrinə əsasən. 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  və  başqa 

silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında qaldırılır. 

7.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrinin  və 

başqa silahlı birləşmələrinin hərbi gəmilərində Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq, 

qrot-stenqada gəmi lövbərdə (çələkdə, burazda) dayandıqda aşağıdakı hallarda qaldırılır: 

a) Azərbaycan Respublikasının bayram və matəm günlərində; 

b) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan 

Respublikasının  Baş  naziri  və  Azərbaycan  Respublikasının  Prezidentini,  Azərbaycan  Respublikasının  Milli 

Məclisini və Azərbaycan Respublikasının Nazirlər Kabinetini təmsil edən digər şəxslər gəmiyə gəldikdə

c) hərbi andiçmə mərasimi zamanı; 

ç) hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduğu müddətdə; 

d) hərbi gəmilərə (gəmilər birləşmələrinə) dövlət mükafatları təqdim edildikdə; 

e) Azərbaycan Respublikası müdafiə nazirinin və Hərbi Dəniz Qüvvələri komandanının əmrləri ilə digər 

bayram və xatirə günlərində. 

Döyüş vaxtı və düşmənin gözü qarşısında hərbi gəmi qrot-stenqada Azərbaycan Respublikasının Dövlət 

bayrağını qaldırır. 

Hərbi  gəmilər  xarici  dövlətlərin  milli  bayramları  günlərində  onların  ərazi  sularında  olduqda, 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  dəniz  ərazilərinin  hüquqi  rejiminə  riayət  etmək  və  xarici  hərbi 

gəmilər və hakimiyyət nümayəndələri ilə qarşılıqlı münasibətlər üzrə Təlimata uyğun qaldırılır. 

8.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  yerli  özünüidarə  orqanlarının,  qeyri-hökumət 

təşkilatlarının,  siyasi  partiyaların,  müəssisələrin  və  idarələrin  binaları  üzərində  və  ya  bu  mümkün  olmadıqda, 

binanın fasadında əsas giriş qapısının üstündə, habelə yaşayış evləri üzərində təşkilatların rəhbərlərinin icazəsi 

ilə və ya hüquqi və fiziki şəxslərin arzusu ilə bayram və matəm günlərində və ya hər gün qaldırıla (asıla) bilər. 

Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən 

keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı binalarda (mərasim və tədbir keçirilən salonda) qaldırıla 

(asıla) və ya yerləşdirilə bilər. 

9.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  digər  dövlətlərin  dövlət  bayraqları,  habelə  beynəlxalq 

təşkilatların,  siyasi  partiyaların,  qeyri-hökumət  təşkilatlarının,  müəssisə  və  idarələrin  bayraqları  ilə  birgə 

qaldırılırsa  (asılırsa)  və  ya  yerləşdirilirsə,  qarşıdan  baxıldıqda  Qanunun  8-ci  maddəsinin  2-ci  hissəsinə  uyğun 

olaraq, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır. 

10.  Dərs  ilinin  birinci  günü  təhsil  müəssisələrində  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 

müəssisənin yerləşdiyi binanın fasadında  əsas giriş qapısının üstündə dərslər başlamamışdan qaldırılır (asılır), 

qurtardıqdan sonra endirilir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

55 



11.  Azərbaycan  Respublikasının  bayram  günlərində,  qanunvericiliklə  nəzərdə  tutulmuş  və  ya 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikasının 

Dövlət  bayrağı  şəhər  və  qəsəbələrin  mərkəzi  küçələrində  işıq  dirəyindən  və  meydanlarda  asılır.  Bu  günlərdə 

Dövlət bayrağının asılması yerli icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir. 

12.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  ya  bayraq  dirəyi,  ya  da  xüsusi  tutqaclara  bərkidilən 

dəstək üzərində qaldırılır. 

Bayraq dirəyinin uzunluğu parçanın enindən ən azı iki dəfə uzun olmalıdır. 

Bayraq binanın divarında bayraq dirəyində aşağıdakı qaydada asılmalıdır: 

 

divara nisbətdə 45 dərəcədən az olmayan bucaq altında;  



 

divara perpendikulyar.  



Bayraq  üfüqi  müstəvidə  quraşdırılarkən  (yerdə,  döşəmədə,  masanın  üstündə  və  s.),  onun  bərkidildiyi 

bayraq dirəyi üfüqi müstəviyə perpendikulyar və ya 60 dərəcədən az olmayan bucaq altında bərkidilə bilər. 

Bayraq dirəksiz də asıla bilər. Bu halda bayraq: 

 



şaquli müstəviyə sıx bərkidilərək divara çəkilib uzadılmalı;  

 



binanın və ya tikilinin tavanına həmin hissədə yerləşən üfüqi vəziyyətdə mühəndis qurğusuna 

bərkidilməlidir.  

13. Matəm günlərində Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bayraq dirəyinin yarısına 

qədər endirilir. 

Matəm günlərində Azərbaycan Respublikasının Dövlət bayrağı gəmilərdə liman kapitanının sərəncamı 

əsasında,  xarici  limanlarda  isə  Azərbaycan  Respublikasının  konsulu  və  liman  rəhbərliyi  ilə  razılaşdırılmaqla 

endirilir. 

14.  Qanunun  9-cu  maddəsinin  tələblərini  nəzərə  alaraq,  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 

istifadəyə yararsız olduğu hallarda dəyişdirilir. 

Dövlət  bayrağının  dəyişdirilməsinin  təmin  edilməsi  məqsədi  ilə,  onu  qaldırma  hüququ  olan  dövlət 

orqanlarında,  yerli  özünüidarə  orqanlarında,  müəssisə  və  idarələrdə,  qeyri-hökumət  təşkilatlarında,  siyasi 

partiyalarda,  hərbi  hissə  və  gəmilərdə  ehtiyat  bayrağı  olmalıdır.  Dövlət  bayrağı  bu  orqanların,  təşkilatların  və 

gəmilərin rəhbərləri tərəfindən həvalə edilmiş məsul vəzifəli şəxslərin iş otağında çexolda saxlanılır. 

15.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  onun  təsviri,  onların  ölçülərindən  asılı  olmayaraq, 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  və  Qanunun  9.2-ci  maddəsində  müəyyən  edilmiş  tələblərə 

uyğun istehsal edilməlidir. 

Dövlət bayrağı istənilən növ parçalardan, habelə bəzi hallarda kağızdan və digər elastik materiallardan 

hazırlana bilər. 

Parçanın  bayraq  dirəyinə  bərkidilməsi  nəzərdə  tutulan  tərəfinə  digər  materialdan  hazırlanmış  və 

üzərində dəliklər olan texniki xətt birləşdirilə bilər. Texniki xəttin rəngi parçanın rəngi ilə eyni olmalıdır. 

Dövlət  bayrağının  ölçüsü  müəyyən  edilmir,  o  yerindən  və  istifadə  məqsədindən  asılı  olaraq  müxtəlif 

ölçülərdə ola bilər. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. 

16. Azərbaycan Respublikası Dövlət bayrağının qorunması hər kəsin şərəfli vəzifəsidir. 

Dövlət  bayrağı  barəsində  təhqiredici  hərəkətlərin  qarşısının  alınması  və  bu  məqsədlə  müvafiq 

tədbirlərin görülməsi hər kəsin borcudur. 

 

 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə