Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   29   30   31   32   33   34   35   36   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

71 



qanadların ucları arasındakı məsafə isə bayrağın eninin 1/5-nə bərabərdir. 

 

 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

72 



Hərbi hissə və birləşmələrin Döyüş bayraqlarına orden lentlərinin tətbiqi haqqında 

Azərbaycan Respublikasının Qanunu  

(4 noyabr 1997) 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



1. Azərbaycan Respublikası ordenlərilə təltif edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi 

hissələri  və  birləşmələrinin  Döyüş  bayraqlarında  onların  təltif  edildikləri  ordenlərə  məxsus  rəng  və  təsvirli 

lentlərinin gəzdirilməsi təsis edilsin. 

2. Bu Qanunun 1-ci bəndində göstərilən orden lentlərinin təsviri təsdiq edilsin (əlavə olunur). 



 

Heydər ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 4 noyabr 1997-ci il 

№ 393-IQ 

* * * 

 

Hərbi hissə və birləşmələrin Döyüş Bayraqlarının orden lentlərinin  



təsviri 

 

“Hərbi hissə və birləşmələrin 



Döyüş Bayraqlarının Orden 

lentlərinin Tətbiqi haqqında”  

Qanununa əlavə 

 

1. Orden lentləri bayrağın ağacına, onun qumaşından yuxarıda bağlanır. 

Bir neçə ordenlə təltif olunduqda bayraqlara müvafiq sayda orden lentləri bağlanır. 

2. Döyüş Bayrağının orden lentləri rozetkalı bantdan, lentin iki ucundan və iki qotazdan ibarətdir. 

Orden lentinin hazırlanması üçün aşağıdakılardan istifadə olunur: 

a) rənginə və şəklinə görə ordenə verilmiş lentə uyğun gələn, uzunluğu 250-270 sm, eni 10 sm olan ipək 

xara lent; 

b) qırmızı ipək faydan hazırlanmış, diametri 8 sm olan rozetka; 

v) qızılı ipəkdən hazırlanmış, ümumi uzunluğu 18 sm olan qotazlar. 

Diametri 30 sm olan orden lentinin bantının dəyişkən sayda ucları olur. 

3. Bir orden lenti olanda bant bayrağın ağacına şaquli istiqamətləndirilmiş iki ucdan tərtib olunur. 

4. İki  və  daha  artıq  orden  lenti  olanda  bant  hərbi  hissənin,  yaxud  birləşmənin  təltif  olunduğu  bütün 

ordenlərin lentlərindən ibarət olur. 

Bu hallarda böyük dərəcəli ordenin lentindən iki uclu bant bağlanır. 

Bütün qalan ordenlərin lentlərindən banta yüksək dərəcəli ordenin uclarından yuxarı, ordenlərin dərəcəli 

ardıcıllığı ilə, soldan sağa yerləşən hər ordenə bir uc əlavə olunur. 

5. Əgər hərbi hissə, yaxud birləşmə bir neçə yüksək dərəcəli orden lentinə malikdirsə, iki uclu bant yalnız 

bir lentdən bağlanılır, yüksək dərəcəli ordenin qalan lentlərindən isə banta hər ordenə bir uc əlavə olunur. 

6. Bant bağlandıqdan sonra lentin qalan ucları üçbucaq şəklində hörülür və onlara qotazlar bərkidilir. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

73 



 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

74 



Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi hissəsinin 

 Döyüş Bayrağı haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər 

 Nazirliyinin Daxili Qoşunları hərbi hissəsinin Döyüş Bayrağının təsvirinin təsdiq edilməsi  

barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

(11 mart 2002) 

 

Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunları  hərbi  hissəsinin  Döyüş 

Bayrağı  haqqında  Əsasnamə  və  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunları 

hərbi hissəsinin Döyüş Bayrağının təsviri təsdiq edilsin (əlavə olunur). 



Heydər ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 11 mart 2002-ci il 

№ 677. 

 

*** 



 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi hissəsinin Döyüş 

Bayrağı haqqında 

Əsasnamə  

Azərbaycan Respublikası 

Prezidentinin 2002-ci il 11 mart 

tarixli, 677 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

 

1. Azərbaycan Respublikası Daxili Qoşunları hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət 

və şöhrət rəmzidir. O, Daxili Qoşunların hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, 

öz  qanını  və  canını  belə  əsirgəmədən  onu  mərdlik  və  bacarıqla  müdafiə  etmək,  qoşunlara  həvalə 

olunmuş xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən 

qorumaq borcunu xatırlatmaq üçündür. 

2.  Döyüş  Bayrağı  adı  və  nömrəsinin  dəyişilməsindən  asılı  olmayaraq  hərbi  hissədə  həmişəlik 

qalır.  Hərbi  hissənin  adının  və  nömrəsinin  dəyişilməsi  Döyüş  Bayrağı  ilə  birlikdə  verilən  təqdimata 

yazılır. 

3.  Döyüş  Bayrağı  hər  vaxt  öz  hissəsində,  döyüş  meydanında  isə  hissənin  döyüş  əməliyyatları 

bölgəsində olmalıdır. 

4.  Hərbi  hissənin  bütün  şəxsi  heyəti  döyüş  bayrağını  fədakarlıq  və  mərdliklə  qorumalı,  onun 

düşmən  tərəfindən  ələ  keçirilməsinə  yol  verməməlidir.  Döyüş  bayrağı  itirildikdə,  hərbi  hissənin 

komandiri  və  məsul  hərbi  qulluqçular  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 

edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, hərbi hissə isə ləğv edilməlidir. 

 

*** 



 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi hissəsinin Döyüş 

Bayrağının 

Təsviri  

Azərbaycan Respublikası 

Prezidentinin 2002-ci il 11 mart 

tarixli, 677 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

 

Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı iki üzlü qumaşdan, 

ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə