Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   29   30   31   32   33   34   35   36   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

75 



Bayrağın  qumaşı  düzbucaqlıdır,  eni  114  sm,  uzunluğu  145  sm-dir.  Qıraqları  üç  tərəfdən  qızılı 

rəngli  ipək  saçaqlarla  köbələnmiş,  ikiqat  bükülmüş  üçrəngli  (Azərbaycan  Respublikasının  Dövlət 

Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. 

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm 

hündürlükdə  səkkizguşəli  ulduz  tikilmişdir.  Qumaşın  üst  kənarı  boyu  mavi  zolaqda  qızılı  ipəklə 

«Azərbaycan uğrunda!» şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. 

Qumaşın  arxa  tərəfində,  qırmızı  zolağın  ortasında  Daxili  Qoşunların  emblemi  (hündürlüyü  55 

sm)  yerləşib.  Emblem  ağ 

ipəkdən  tikilib.  Qumaşın 

üst  kənarı  boyu  mavi 

zolaqda 

qızılı 


rənglə 

«Daxili  İşlər  Nazirliyinin 

Daxili  Qoşunları»  sözləri 

tikilib.  Yazıdakı  hərflərin 

hündürlüyü 6,5 sm-dir. 

Qumaşın 


aşağı 

kənarı boyu  yaşıl zolaqda 

ipək  sapla  hərbi  hissənin 

nömrəsi  və  adı  tikilir. 

Rəqəmlərin 

hündürlük 

ölçüsü  7,0  sm,  yazının 

hərflərinin ölçüsü 4,5 sm-

dir. 

Hərbi 


hissənin 

adındakı 

hərflərin 

sayından 

asılı 

olaraq 


rəqəmlərin ölçüsü 5,0 sm-

ə, hərflərin ölçüsü 4,0 sm-

ə qədər azaldıla bilər. 

Bayrağın  dəstəyi  en 

kəsiyinin diametri 4,0 sm, 

uzunluğu  2,5  sm  olan 

girdə ağacdandır. 

Ağac  dəstək  tünd 

qəhvəyi rəngdə rənglənib, 

laklanıb,  aşağı  ucunda 

metal 

halqa, 


yuxarı 

ucunda  isə  nikellənmiş 

fiqurlu ucluq vardır. 

Bayrağın 

qaytanı 

eşmədir, 

qızılı 

rəngli 


ipəkdən hazırlanıb, hər iki 

ucunda qotazlar var. Qaytanın uzunluğu 270-285 sm-dir.  




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

76 



«Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 



 Sərhəd Qoşunlarının və hərbi  

hissələrinin Döyüş Bayrağı haqqında» Əsasnamənin və «Azərbaycan Respublikası Dövlət  

Sərhəd Xidməti Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağının təsviri»nin  

təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

(14 yanvar 2004) 

 

«Azərbaycan  Respublikası  Dövlət  Sərhəd  Xidməti 



  Sərhəd  Qoşunlarının  və  hərbi  hissələrinin 

Döyüş  Bayrağı  haqqında»  Əsasnamə və  «Azərbaycan Respublikası Dövlət  Sərhəd Xidməti 

– 

Sərhəd 



Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağının təsviri» təsdiq edilsin. 

 

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 14 yanvar 2004-cü il 

№ 14 

 

*** 

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 



 Sərhəd Qoşunlarının və hərbi 

hissələrinin Döyüş Bayrağı haqqında 

Əsasnamə 

 

 Azərbaycan Respublikası Prezidentinin 

2004-cü il 14 yanvar tarixli

 14 nömrəli Fərmanı ilə təsdiq edilmişdir 

 

1.  Azərbaycan  Respublikası  Dövlət  Sərhəd  Xidməti 

  Sərhəd  Qoşunlarının  və  hərbi  hissəsinin 



(sərhəd dəstəsi, sərhəd gözətçi gəmilər dəstəsi, avia dəstəsi, sərhəd nəzarəti dəstəsinin) Döyüş Bayrağı 

əsgəri  şərəf,  şücaət  və  şöhrət  rəmzidir.  O,  Sərhəd  Qoşunlarının  hər  bir  hərbi  qulluqçusuna  Vətəninə 

sədaqətlə  xidmət  etmək,  öz  qanını  və  canını  belə  əsirgəmədən  onu  mərdlik  və  bacarıqla  müdafiə 

etmək,  Azərbaycan  Respublikası  dövlət  sərhədinin  toxunulmazlığını  və  təhlükəsizliyini  təmin  etmək, 

dövlət  sərhədinin  mühafizəsi  üzrə  qoşunlara  həvalə  olunmuş  tapşırıqları  ləyaqətlə  yerinə  yetirmək, 

Vətən torpağının hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür. 

2. Döyüş Bayrağı hərbi hissənin (sərhəd dəstəsi, sərhəd gözətçi gəmilər dəstəsi, aviasiya dəstəsi, 

sərhəd  nəzarəti  dəstəsinin)  adı  və  nömrəsinin  dəyişilməsindən  asılı  olmayaraq,  hərbi  hissədə  (sərhəd 

dəstəsi,  sərhəd  gözətçi  gəmilər  dəstəsi,  aviasiya  dəstəsi,  sərhəd  nəzarəti  dəstəsində)  həmişəlik  qalır. 

Hərbi hissənin (sərhəd dəstəsi, sərhəd gözətçi gəmilər dəstəsi, avia dəstəsi, sərhəd nəzarəti dəstəsinin) 

adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır. 

3.  Döyüş  Bayrağı  daim  öz  hissəsində,  döyüş  meydanında  isə  hissənin  döyüş  əməliyyatları 

bölgəsində olmalıdır. 

4. Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi və köməkçi gəmiləri Hərbi-Dəniz Bayrağı daşıyırlar. 

Gəmidə qaldırılmış Hərbi-Dəniz Bayrağı gəminin Döyüş Bayrağıdır. 

5. Hərbi-Dəniz Bayrağı gəmi hərəkətdə ikən qafeldə, dayanacaqda isə 

 arxa flaqştokda qaldırılır. 



6. Sərhəd gözətçi gəmilərinin vımpeli onu göstərir ki, sərhəd gəmisi kompaniyanın heyətindədir 

və komandanlığın  hər hansı  tapşırığını  yerinə  yetirməyə hazırdır. Sərhəd  gözətçi  gəmilərinin  vımpeli 

Hərbi-Dəniz  Bayrağı  verilmiş  gəmilərin  qrot-stenqasında  (bir  dəstək  olanda 

  front-stenqasında) 



qaldırılır. 

7.  Azərbaycan  Respublikası  Prezidenti 

  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanına,  Dövlət 



Sərhəd Xidmətinin komandanlığına və Sərhəd Gözətçi Gəmilər Dəstəsinin rəisinə bayraqlar və breyd-

vımpellər verir. Vəzifəli şəxslərin bayraqları və breyd-vımpelləri həmin şəxslərin olduqları gəmilərdə 

qaldırılır və endirilir. 

8.  Hərbi  hissənin  (sərhəd  dəstəsi,  sərhəd  gözətçi  gəmilər  dəstəsi,  avia  dəstəsi,  sərhəd  nəzarəti 

dəstəsinin)  bütün  şəxsi  heyəti  döyüş  bayrağını  fədakarlıq  və  mərdliklə  qorumalı,  onun  düşmən 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə