Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   29   30   31   32   33   34   35   36   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

82 



Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi və bayrağı, nazirliyin  

tabeliyində olan Mülki Müdafiə qoşunlarının, Aviasiya dəstəsinin və gəmilərin bayraqları 

 haqqında əsasnamələrin, habelə onların təsvirinin təsdiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

(21 iyun 2007) 

 

1.  «Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  emblemi  haqqında  Əsasnamə»  və 



«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin embleminin təsviri» təsdiq edilsin (əlavə olunur). 

2.  «Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  bayrağı  haqqında  Əsasnamə»  və 

«Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bayrağının təsviri» təsdiq edilsin (əlavə olunur). 

3. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının Döyüş Bayrağı 

haqqında Əsasnamə» və «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının 

Döyüş Bayrağının təsviri» təsdiq edilsin (əlavə olunur). 

4. «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayraqları haqqında Əsasnamə» 

və  «Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  gəmilərinin  bayraqlarının  təsviri»  təsdiq  edilsin 

(əlavə olunur). 

5.  «Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Aviasiya  dəstəsinin  bayrağı  haqqında 

Əsasnamə» və «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bayrağının təsviri» 

təsdiq edilsin (əlavə olunur). 



İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 21 iyun 2007-ci il 



№ 591 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bayrağının 



Təsviri 

Azərbaycan Respublikası Prezidentinin 

 2007-ci il 21 iyun tarixli, 591 nömrəli  

Fərmanı ilə təsdiq edilmişdir 

 

Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  bayrağı  qıraqları  üç  tərəfdən  qızılı  rəngli  ipək 

saçaqlarla  köbələnmiş,  ikiqat  bükülmüş  mavi  (səma)  rəngli  ipək  faydan 

hazırlanmışdır.  Bayrağın  qumaşı  düzbucaqlıdır,  eni  114  sm,  uzunluğu  145 

sm-dir. 

Bayrağın  tən  ortasında  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar 

Nazirliyinin emblemi (diametri 50 sm) yerləşir. Bayrağın yuxarı hissəsindən 

emblemin  yuxarı  nöqtəsinə  olan  məsafə  32  sm-dir.  Eyni  məsafə  bayrağın 

aşağı  hissəsindən  emblemin  aşağı  hissəsinə  qədərdir.  Emblemin  sol  tərəfi 

bayrağın  sol  kənarından  47,5  sm  məsafədə,  sağ  tərəfi  isə  bayrağın  sağ 

kənarından 47,5 sm məsafədə yerləşir. 

Bayrağın əks üzü üz tərəfin güzgülü əksi kimi təsvir edilir. 

 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının  



döyüş bayrağı haqqında 

Əsasnamə 

Azərbaycan Respublikası Prezidentinin 

2007-ci il 21 iyun tarixli, 591 nömrəli 

 Fərmanı ilə təsdiq edilmişdir 

 

1.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Mülki  Müdafiə  qoşunlarının  döyüş  bayrağı 



əsgəri  şərəf,  şücaət  və  şöhrət  rəmzidir.  O,  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Mülki 

Müdafiə  qoşunlarının  hər  bir  hərbi  qulluqçusuna  vətənə  sədaqətlə  xidmət  etmək,  nazirliyin  fəaliyyət 

istiqamətlərinə  uyğun  məsələlər  üzrə  öz  xidməti  vəzifələrini  vicdanla  və  layiqincə  yerinə  yetirmək  borcunu 

xatırlatmaq üçündür. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

83 



2.  Döyüş  bayrağı,  adı  və  nömrəsinin  dəyişdirilməsindən  asılı  olmayaraq,  Mülki  Müdafiə  qoşunlarında 

həmişəlik qalır. Mülki Müdafiə qoşunlarının adının dəyişdirilməsi döyüş bayrağı ilə birlikdə verilən Təqdimata 

yazılır. 

3. Döyüş bayrağı hər vaxt Mülki Müdafiə qoşunlarında saxlanılır. 

4.  Döyüş  bayrağı  Mülki  Müdafiə  qoşunlarının  bütün  şəxsi  heyəti  tərəfindən  fədakarlıq  və  mərdliklə 

qorunmalı, onun itirilməsinə yol verilməməlidir. Döyüş bayrağı itirildikdə, hərbi hissənin komandiri və məsul 

hərbi  qulluqçular  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  məsuliyyətə  cəlb 

olunmalı, hərbi hissə isə ləğv edilməlidir. 

 

*** 


 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının döyüş  

bayrağının Təsviri 

Azərbaycan Respublikası Prezidentinin 

2007-ci il 21 iyun tarixli, 591 nömrəli 

 Fərmanı ilə təsdiq edilmişdir 

 

Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Mülki  Müdafiə  qoşunlarının  döyüş  bayrağı 



ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. 

Bayrağın qumaşı düzbucaqlı, eni 114 sm, uzunluğu isə 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək 

saçaqlarla  köbələnmiş,  ikiqat  bükülmüş  üçrəngli  (Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  rəngində)  ipək 

faydan hazırlanmışdır. 

Qumaşın üz tərəfində, qırmızı zolağın 

tən ortasında ağ ipəkdən 38 sm hündürlükdə 

aypara  və  20  sm  hündürlükdə  səkkizguşəli 

ulduz  tikilmişdir.  Qumaşın  arxa  tərəfində, 

qırmızı  zolağın  tən  ortasında  Azərbaycan 

Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin 

emblemi 

(diametri 

50 

sm) 


yerləşib. 

Emblemin sol tərəfi bayrağın sol kənarından 

47,5  sm  məsafədə,  sağ  tərəfi  isə  bayrağın 

sağ  kənarından  47,5  sm  məsafədə  yerləşir. 

Emblem  ağ  (və  ya  sarı)  ipəkdən  tikilib. 

Qumaşın üst kənarı boyu mavi zolaqda ipək 

sapla qızılı rəngdə «Fövqəladə Hallar Nazirliyi» sözləri tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. 

Qumaşın  aşağı  kənarı  boyu  yaşıl  zolaqda  ipək  sapla  qızılı  rəngdə  «Mülki  Müdafiə  Qoşunları»  sözləri 

tikilib. Yazının hərflərinin ölçüsü 6,5 sm-dir. 

Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 2,5 sm olan girdə ağacdandır. 

Ağac  dəstək  tünd  qəhvəyi  rəngdə  rənglənib,  laklanıb,  aşağı  ucunda  metal  halqa,  yuxarı  ucunda  isə 

nikellənmiş fiqurlu ucluq vardır. 

Bayrağın  qaytanı  eşmədir,  qızılı  rəngli  ipəkdən  hazırlanıb,  hər  iki  ucunda  qotazlar  vardır.  Qaytanın 

uzunluğu 270-285 sm-dir. 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayraqları haqqında 

Əsasnamə 

 

Azərbaycan Respublikası Prezidentinin  

2007-ci il 21 iyun tarixli, 591 nömrəli  

Fərmanı ilə təsdiq edilmişdir 

 

1.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq 

Azərbaycan  Respublikasının  daxili  və  ərazi  sularında  nazirliyin  müvafiq  qurumları  tərəfindən  post-patrul 

xidmətini,  axtarış-xilasetmə  və  qəza-xilasetmə  işlərini  həyata  keçirən  gəmilərinə  və  katerlərinə  (bundan  sonra 

gəmilər) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayraqları verilir. 

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayrağı, altında üzdüyü gəmilərin 

dövlət  mənsubiyyətini,  toxunulmazlığını  və  Azərbaycan  Respublikasının  dövlət  mənafeyini  qorumağa  hazır 

olduqlarını göstərir. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə