Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

60 



Azərbaycan Respublikasının Prezidenti yanında  

Heraldika Şurasının tərkibinin təsdiq edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

(7 fevral 2006) 

 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Heraldika  Şurasının  fəaliyyətini  təmin  etmək 



məqsədi ilə qərara alıram: 

1.

 



Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Heraldika  Şurasının  aşağıdakı  tərkibi 

təsdiq edilsin: 

 

Şuranın sədri 

Mehdiyev  Ramiz  Ənvər  oğlu  -  Azərbaycan  Respublikası  Prezidentinin  İcra  Aparatının 

rəhbəri 


Şuranın sədr müavini 

Kərimov Mahmud Kərim oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti 

 

Şuranın üzvləri: 



Abdullayev Kamal Mehdi oğlu - Azərbaycan Mədəniyyət Fondunun sədri   

Abdullazadə Fatma Hüseyn qızı - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının 

Humanitar siyasət məsələləri şöbəsinin müdiri 



Bağırov  Elçin  Tələt  oğlu  -  Azərbaycan  Respublikası  Prezidentinin  Protokol  Xidmətinin 

rəisi 


Eldarov Ömər Həsən oğlu - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru 

Əliyev  Şahin  Məhərrəm  oğlu  -  Azərbaycan  Respublikası  Prezidentinin  İcra  Aparatının 

Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri 



Xəlilov Fərhad Qurban oğlu - Azərbaycan Rəssamlar İttifaqının sədri 

İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu - Xalq yazıçısı 

Qarayev Əbülfəz Mürsəl oğlu - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri 

Mahmudov  Yaqub  Mikayıl  oğlu  -  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Tarix 

İnstitutunun direktoru 



Məmmədov Tokay Həbib oğlu - Xalq rəssamı 

Məmmədova  Gülçöhrə  Hüseyn  qızı  -  Azərbaycan  Memarlıq  və  İnşaat  Universitetinin 

rektoru 


Nəbiyev  Bəkir  Əhməd  oğlu  -  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Ədəbiyyat 

İnstitutunun direktoru 



Salahov Tahir Teymur oğlu - Xalq rəssamı 

Vəlixanlı Nailə Məmmədəli qızı - Azərbaycan Tarixi Muzeyinin direktoru 

 

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. 



 

 

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 7 fevral 2006-cı il 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

61 



Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması 

haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

(

17 noyabr 2007)

 

 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Dövlət  gerbi  və  Dövlət  himni  kimi  Azərbaycan 



Respublikasının  müstəqilliyini  təcəssüm  etdirən  rəsmi  dövlət  rəmzidir.  Dövlət  atributu  olaraq  Azərbaycan 

bayrağına  ehtiram  göstərilməsi  ölkə  vətəndaşlarının  müqəddəs  borcudur.  Azərbaycan  əsgəri  Vətənin 

suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən Dövlət bayrağına 

and içir. Dövlət bayrağının Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin 

üzərində dalğalanması, ən mötəbər məclislərdə və mərasimlərdə, rəsmi tədbirlərdə və yarışlarda qaldırılması hər 

bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. 

Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı 

ilə  milli  bayraq  kimi  qəbul  edilmiş  və  1920-ci  ilin  aprelinə  qədər  dövlət  rəmzi  kimi  istifadə  olunmuşdur. 

Tariximizin sovet dövründə o, Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı ilə əvəz edilmişdir. 

Dağlıq  Qarabağ  ətrafında  cərəyan  edən  ictimai-siyasi  proseslər  zamanı  ziyalıların  təşəbbüsü  ilə 

Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq 

meydanında qaldırılmışdır. Rəsmi olaraq bu bayraq Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali 

Sovetinin  1990-cı  il  19  yanvar  tarixli  qərarı  əsasında  Naxçıvan  Ali  Sovetinin  binası  üzərində  ucaldılmışdır. 

Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  ümummilli  lider  Heydər  Əliyevin  sədrliyi  ilə  keçirilən 

sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi 

qəbul  olunmuşdur.  1991-ci  il  fevralın  5-də  Azərbaycan  ictimaiyyətinin  tələbi  ilə  Azərbaycan  Respublikasının 

Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət 

bayrağı statusunu vermişdir. 

1991-ci  il  oktyabrın  18-də  müvafiq  Konstitusiya  aktı  ilə  dövlət  müstəqilliyini  bərpa  edən  Azərbaycan 

Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən 

Dövlət bayrağını qəbul etmişdir. 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağının  Azərbaycan  vətəndaşlarının  milli  həmrəyliyinin,  vahid 

məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim 

diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə qərara alıram: 

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanı yaradılsın. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

 

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti. 

Bakı şəhəri, 17 noyabr 2007-ci il. 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə