Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

52 



 

«Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan 

Respublikası Qanununun tətbiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

(19 iyul 2004) 

 

«Azərbaycan  Respublikası  Dövlət  bayrağının istifadəsi  qaydaları  haqqında»  Azərbaycan  Respublikası 

Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək  məqsədi ilə qərara 

alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: 

1.1.  qüvvədə  olan  qanunvericilik  aktlarının  «Azərbaycan  Respublikası  Dövlət  bayrağının  istifadəsi 

qaydaları  haqqında»  Azərbaycan  Respublikasının  Qanununa  uyğunlaşdırılması  barədə  təkliflərini  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının 

həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat 

versin; 


1.3.  həmin  Qanunun  7.2-ci  maddəsində  nəzərdə  tutulmuş  Azərbaycan  Respublikasının  vəfat  etmiş 

(həlak  olmuş)  vətəndaşlarına  hərbi  ehtiram  göstərilməsi  ilə  bağlı  Azərbaycan  Respublikası  Dövlət  bayrağının 

istifadəsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin

1.4. həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Dövlət bayrağının 

qaldırılması  (asılması),  endirilməsi,  saxlanılması  və  istehsalı  qaydalarını  müəyyən  etsin  və  bu  barədə 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

1.5.  həmin  Qanunun  pozulmasına  görə  məsuliyyət  növlərini  müəyyən  edən  qanunvericilik  aktının 

layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

1.6.  «Azərbaycan  Respublikası  Dövlət  bayrağının  istifadəsi  qaydaları  haqqında»  Azərbaycan 

Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin. 

2. Müəyyən edilsin ki: 

2.1.  «Azərbaycan  Respublikası  Dövlət  bayrağının  istifadəsi  qaydaları  haqqında»  Azərbaycan 

Respublikası  Qanununun  7.1-ci  maddəsində  nəzərdə  tutulmuş  «müvafiq  icra  hakimiyyəti  orqanı»nın 

səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 

2.2.  həmin  Qanunun  7.2-ci  və  12.3-cü  maddələrində  nəzərdə  tutulmuş  «müvafiq  icra  hakimiyyəti 

orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 



 

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 19 iyul 2004-cü il 

№ 92 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

53 



 

«Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi,  

saxlanılması və istehsalı Qaydaları»nın təsdiq edilməsi barədə  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

(25 mart 2005) 

 

«Azərbaycan  Respublikası  Dövlət  bayrağının istifadəsi  qaydaları  haqqında»  Azərbaycan  Respublikası 



Qanununun  tətbiq  edilməsi  barədə»  Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  19  iyul  tarixli,  92 

nömrəli  Fərmanının  1.4-cü  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti qərara alır: 

 

1.  «Azərbaycan  Respublikası  Dövlət  bayrağının  qaldırılması  (asılması),  endirilməsi,  saxlanılması  və 



istehsalı Qaydaları» təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



 

Azərbaycan Respublikasının Baş naziri 

A.

 

RASİ-ZADƏ 

 

Bakı şəhəri, 25 mart 2005-ci il  

Qərar № 55 

 

 

 

 

Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, 

saxlanılması və istehsalı 

Qaydaları 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



2005-ci il 25 mart tarixli

55 nömrəli qərarı ilə 

təsdiq edilmişdir 

 

1. Bu Qaydalar «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan 



Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə»  Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  19  iyul 

tarixli, 92 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması 

(asılması), endirilməsi, saxlanılması və istehsalı qaydalarını müəyyən edir. 

2.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  «Azərbaycan  Respublikasının  Dövlət  bayrağının 

istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 2.1-ci və 2.4-cü 

maddələrində nəzərdə tutulan binaların üzərində (binanın dam hissəsi günbəz şəkillidirsə, günbəzin üstündə) və 

ya bu mümkün olmadıqda, binanın fasadında əsas giriş qapısının üstündə daimi qaldırılır. 

3.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  dövlət  hakimiyyət  orqanları  tərəfindən  keçirilən  rəsmi 

tədbirlər və mərasimlər zamanı da qaldırılır (asılır). 

Xarici dövlətlərin başçılarının və digər xarici nümayəndə heyətlərinin Azərbaycan Respublikasına səfəri 

zamanı Dövlət bayrağının qaldırılması qaydası Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli, 

97 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas Qaydaları» ilə 

tənzimlənir. 

4. 


Azərbaycan 

Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəliklərinin  və  konsulluqlarının  binaları  üzərində,  habelə  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəliklərinin və konsulluqlarının başçılarının iqamətgahları üzərində qaldırılır: 

a) Azərbaycan Respublikasının bayram və matəm günlərində; 

b)  olduğu  ölkənin  milli  bayram  günlərində,  matəm  günlərində,  habelə  yerli  təcrübəni  nəzərə  almaqla 

başqa günlərdə

c) beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə