Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

39 



Azərbaycan  SSR-in  Dövlət  bayrağı  dövlət  orqanları  və  ictimai  orqanlar,  müəssisələr,  idarələr  və 

təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı da qaldırıla bilər. 

4.  Azərbaycan  SSR-in  Dövlət  bayrağı  SSRİ-nin  Dövlət  bayrağı  ilə  eyni  zamanda  qaldırılarkən 

Azərbaycan SSR-in Dövlət bayrağının ölçüsü SSRİ-nin Dövlət bayrağının ölçüsündən böyük ola bilməz. 

5.  Azərbaycan  SSR-in  Dövlət  bayrağı  və  onun  təsviri,  onların  ölçüsündən  asılı  olmayaraq  bu 

Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq surətdə uyğun gəlməlidir. 

6. Bu Əsasnamənin tətbiqi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti muəyyən edir. 

 

Mənbə: Azərbaycan SSR qanunlar toplusu, I cild , Bakı, 1984, səh. 335-336. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

40 



Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin tətbiqinə dair 

4 iyun 1956-ci il tarixli Təlimat  

 

(Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 25 may tarixli qərarının redaksiyasında) 



 

Azərbaycan SSR Nazirlər Sovetinin  

1956-ci il 4 iyun tarixli  

275 nömrəli qərari ilə  

təsdiq edilmişdir. 

 

(Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 25 may tarixli 241 

nömrəli qərarının redaksiyasında -  Azərbaycan SSR QK, 1981-ci il, № 

147, maddə 10) 

 

1. Azərbaycan SSR-in Dövlət bayrağı Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin 3-cü 



maddəsinin 3-cü bəndində sadalanmış binalar üzərində aşağıdakı hallarda qaldırılır: 

a) Fevralın 23-də, martın 8-də, aprelin 22-də, aprelin 28-də, mayın 1 və 2-də, mayın 9-da, oktyabrın 7-

də, noyabrın 7 və 8-də, dekabrın 30-da; 

b) digər bayram və xatirə günlərində - Azərbaycan SSR Nazirlər Sovetinin, Naxçıvan MSSR Nazirlər 

Sovetinin,  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Xalq  Deputatları  Soveti  İcraiyyə  Komitəsinin,  ra-yon,  şəhər  və 

şəhərdə rayon xalq deputatları Sovetləri icraiyyə komitələrinin göstərişi və ya icazəsi ilə. 

2.  Müəssisə,  idarə  və  təşkilatlar  tərəfindən  keçirilən  mərasimlər  və  digər  təntənəli  tədbirlər  zamanı 

Azərbaycai SSR-in Dövlət bayrağı yuxarı idarə və ya təşkilatın rəhbərinin icazəsi ilə qaldırılır. 

3.  Bayram  və  xatirə  günlərində  Azərbaycan  SSR-in  Dövlət  bayrağı,  əgər  Azərbaycan  SSR  Nazirlər 

Sovetinin, Naxçıvan MSSR Nazirlər Sovetinin, Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin, rayon, 

şəhər,  şəhərdə  rayon  xalq  deputatları  Sovetləri  icraiyyə  komitələrinin  xüsusi  sərəncamı  yoxdursa,  saat  6-da 

qaldırılır və saat 24-də endirilir. 

4. Qaldırılmış dövlət bayraqları bütöv olmalı, solğun olmamalıdır. 

Azərbaycan SSR-in Dövlət bayrağı ya bayraq ağacı, ya da xüsusi tutqaclara bərkidilən dəstək uzərində 

qaldırılır. 

Azərbaycan  SSR-in  qaldırılmış  Dövlət  bayrağı  darçasının  aşağı  qurtaracağı  yerdən  azı  üç  metr 

hündürlükdə olmalıdır. 

5.  Matəm  münasibəti  ilə  Azərbaycan  SSR-in  Dövlət  bayrağı  Azərbaycan  SSR  Nazirlər  Sovetinin 

göstərişi və ya icazəsi ilə matəm tərtibatında qaldırıla bilər. 

Belə  hallarda  Azərbaycan  SSR-in  Dövlət  bayrağı  dəstəyinin  və  ya  ağacının  yuxarı  ucuna  eni  10 

santimetr olan qara lent bərkidilir, lentin hər iki ucu bayrağın bütün parçası boyunca sallanır. 

6. Azərbaycan SSR-in Dövlət bayrağı SSRİ-nin Dövlət bayrağı ilə birgə qaldırıldıqda Azərbaycan SSR-

in Dövlət bayrağının ölçüsü SSRİ-nin Dövlət bayrağının ölçüsündən artıq ola bilməz. Belə hallarda bayraqların 

olduğu  tərəfdən  baxıldıqda,  SSRİ-nin  Dövlət  bayrağı  sağ  tərəfdən,  Azərbaycan  SSR-in  Dövlət  bayrağı  sol 

tərəfdən qaldırılmalı və yerləşdirilməlidir. 

7.  Azərbaycan  SSR-in  Dövlət  bayrağı  SSRİ-nin  Dövlət  bayrağı  və  hər  hansı  bir  başqa ölkənin  Dövlət 

bayrağı ilə birgə qaldırılarsa, bayraqların olduğu tərəfdən baxıldıqda, Azərbaycan SSR-in Dövlət bayrağı SSRİ 

Dövlət bayrağından solda, başqa ölkənin Dövlət bayrağı isə sağda asılır. 

8.  Azərbaycan  SSR-in  Dövlət  bayrağı  haqqında  Əsasnamədə  və  bu  Təlimatda  şərh  olunmuş  tələblərə 

əməl edilməklə Azərbaycan SSR-in Dövlət bayrağının müəssisə, idarə və təşkilatlar üzərində qaldırılması üçün 

məsuliyyət  həmin  müəssisə,  idarə  və  təşkilatların  rəhbərlərinə,  yaşayış  evləri  üzərində  qaldırılması  üçün 

məsuliyyət isə ev müdirlərinə və ev (şəxsi mülkiyyət hüququ ilə məxsus olan ev) sahiblərinə tapşırılır. 

9.  Azərbaycan  SSR-in  Dövlət  bayrağı  haqqında  Əsasnamənin  və  bu  Təlimatın  dürüst  yerinə 

yetirilməsinə nəzarət etmək yerli dövlət hakimiyyəti və idarə orqanlarına tapşırılır. 



 

Mənbə: Azərbaycan SSR qanunlar toplusu, I cild , Bakı, 1984, səh.336-337. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

41 



Dövlət orqanlarının və ictimai orqanların, təşkilatlarin və vəzifəli şəxslərin bayraqları və 

vimpelləri haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı 

(16 mart 1981)

 

 

 

Azərbaycan SSR-in 1981-ci il 16 iyun 



 tarixli qanunu ilə təsdiq edilmişdir 

 

(Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5—6, maddə 72) 

 

(Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 12, maddə 161) 

 

SSRİ Ali Soveti Rəyasət heyətinin 1980-ci il 15 avqust tarixli Fərmanına uyğun olaraq Azərbaycan SSR 



Ali Sovetinin Rəyasət heyəti qərara alır: 

 

1. Müəyyən edilsin ki, SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyində və ya müvafiq ictimai 



təşkilatların  nizamnamələrində  nəzərdə  tutulan  hallarda  Azərbaycan  SSR  dövlət  və  ictimai  orqanlarının, 

təşkilatlarının və onların vəzifəli şəxslərinin rəmzi və fərqlənmə nişanları olan bayraqları və vımpelləri ola bilər. 

2.  Azərbaycan  SSR  dövlət  və  ictimai  orqanlarının,  təşkilatlarının  və  onların  vəzifəli  şəxslərinin 

bayraqları və vımpelləri Azərbaycan SSR Nazirlər Soveti tərəfindən və ya onun müəyyən etdiyi qaydada təsdiq 

olunur. 

Göstərilən bayraqların və vımpellərin qaldırılması qaydaları Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 

qoyulan qaydada müəyyən edilir. 

3.  Azərbaycan  SSR  dövlət  və  ictimai  orqanlarının,  təşkilatlarının  və  onların  vəzifəli  şəxslərinin  bu 

Fərman  verilənədək  qüvvədə  olan  qaydada  təsdiq  edilmiş  müvafiq  bayraqlara  və  vımpellərə  malik  olmaq 

hüququ saxlanılır. 

4. Azərbaycan SSR dövlət və ictimai orqanlarının, təşkilatlarının və onların vəzifəli şəxslərinin mövcud 

olan  digər  sovet  bayraqlarına  və  vımpellərinə,  xarici  bayraqlara  və  vımpellərə  oxşayan  bayraqlarının  və 

vımpellərinin  təsdiq  edilməsinə  yol  verilmir.  Beynəlxalq  təşkilatların  nizamnamələrində  və  ya  beynəlxalq 

müqavilələrdə  nəzərdə  tutulmuş  emblemlər  və  başqa  nişanlar  təsvir  edilən  bayraqların  və  vımpellərin  təsdiq 

edilməsinə  də  yol  verilmir,  bu  şərtlə  ki,  müvafiq  nizamnamələrdə  və  ya  müqavilələrdə  başqa  qayda  nəzərdə 

tutulmamış olsun. 

5. «Dövlət orqanlarının və ictimai orqanların, təşkilatların və vəzifəli şəxslərin bayraqları və vımpelləri 

haqqında»  SSRİ  Ali  Soveti  Rəyasət  heyətinin  1980-ci  il  15  avqust  tarixli  Fərmanının  (SSRİ  Ali  Sovetinin 

Vedomostları, 1980-ci il, № 34, maddə 693) 6-cı maddəsinə uyğun olaraq bütün dövlət orqanlarının və ictimai 

orqanların, təşkilatların və vəzifəli şəxslərin bayraqları və vımpelləri SSRİ Nazirlər Soveti tərəfindən müəyyən 

edilən qaydada qeydə alınmalıdır. 

Müəyyən  olunmuş  qaydada  qeydə  alınmayan  bayraqlardan  və  vımpellərdən  istifadə  etməyə  icazə 

verilmir. 

 

Mənbə: Azərbaycan SSR qanunlar toplusu, I cild , Bakı, 1984, səh.347-348. 

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə