Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

36 



это  господствует  над  всем  предметом;  оно  же  украшено  полумесяцем,  что  служит  эмблемой  всего 

мусульманского  мира  и  вместе  с  тем  оно  возвышается  кверху,  как  бы  являясь  олицетворением  идеи 

стремления духа человеческого к небесному совершенству. 

V. Древко. 

Древко. Размером - длиною в 260 см и в диаметре - 3,7 см. 

VI. Скоба 

Скоба.  Полный  серебряный  цилиндр,  одеваемый  на  древко  у 

нижнего  основания  полотна  знамени.  Внизу  и  наверху  -  золотая 

кайма  в  2,5  мм  шириною,  далее  голубая  эмаль,  заканчивающаяся 

золотой каймой в 1,5 мм. Между этими золотыми каймами - золотой 

зигзаг,  в  верхних  углах  которого  азербайджанские  звезды,  а  в 

нижних  -  полумесяц  из  золота.  Далее  -  выпуклые  серебряные 

кольца, украшенные полушариками цветов национального флага. 

На серебре скобы вырезано наименование той части, которой 

принадлежит знамя и указано время ее сформирования. 

Мотивами к воссозданию настоящего эскиза послужили: само-

сознание  национального  развития  народов  в  настоящий  момент  и 

остатки  древнемусульманского  зодчества,  которые  особенно 

рельефно  выражены  в  мечетях  и  зданиях,  сооруженных  могучим 

властелином  Теймур-Ленгом  и  его  просвещенными  сотрудниками  в  Самарканде,  которые  дороги 

культурному миру и особенно возрождающейся Азербайджанской Республике. 

 

Начальник Генерального штаба генерал-лейтенант                              С у л ь к е в и ч  



Генерал-квартирмейстер Генерального штаба полковник                К а р г а л е т е л и  

 

Государственный Архив АР, ф.2900, оп.1, д.1, л. 128-130. 



 

Mənbə:  Aзepбaйджанская  Демокpaтичecкaя  Pecnyбликa  (1918-1920).  Армия  (Документы  и 

материалы). Бaкy, 1998. с. 154-157. 



 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

37 



Azərbaycan SSR Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı  

(5 may 1956) 

 

Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət heyəti qərara alır: 



 

1. Azərbaycan SSR Dövlət bayrağı haqqındakı Əsasnamə təsdiq edilsin. 

2.  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  “Azərbaycan  SSR  Dövlət  bayrağının  qaldırılması 

qaydası haqqında” 1953-cü il 30 sentyabr tarixli Fərmanı öz qüvvəsini itirmiş hesab edilsin. 

  

Mənbə: Azərbaycan SSR qanunları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları 

məcmuəsi. 1938-1963-cü illər. Bakı, 1963, səh. 221. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

38 



Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı haqqında 5 may 1956-cı il tarixli  

Əsasnamə 

 

(16 mart 1981-ci il tarixli Fərmanın redaksiyasında) 



 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin  

1956-cı il 5 may tarixli fərmani ilə təsdiq edilmişdir 

 

(1981-ci  il  16  mart  tarixli  Fərmanın  redaksiyasında,  Azərbaycan 

SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu ilə təsdiq edilmişdir - Azərbaycan SSR 

Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5-6, maddə 71; № 12, maddə 161) 

 

1.  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  SSR-in  dövlət 



suverenliyinin,  fəhlə,  kəndli  və  ziyalıların  sarsılmaz  ittifaqının,  respublikanın  bütün  millətlərinin  kommunizm 

cəmiyyəti quran zəhmətkeşlərinin dostluğunun və qardaşlığının rəmzidir. 

2.  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət  bayrağı  iki  rəngli  üfüqi  zolağı  olan  düzbucaqlı 

parçadan  ibarətdir:  qırmızı  rəngli  yuxarı  zolaq  bayrağın  eninin  dörddə  üç  hissəsini  və  göy  rəngli  aşağı  zolaq 

dörddə bir hissəsini təşkil edir; qırmızı zolağın yuxarı sol küncündə, bayrağın ağacı yanında zərli oraq və çəkic, 

bunların  üstündə  qızıl  haşiyə  içərisində  beşguşəli  qırmızı  ulduz  təsviri  vardır.  Bayrağın  eninin  uzunluğuna 

nisbəti 1:2-dir. 

Oraq  və  çəkic  kvadrat  içərisində  çəkilib,  onun 

tərəfləri bayrağın eninin 

¼

 -nə bərabərdir. Orağın sivri ucu 



kvadratın  yuxarı  tərəfinin  ortasına  çatır,  oraq  və  çəkicin 

əltutan  yerləri  kvadratın  aşağı  bucaqlarına  söykənir. 

Çəkicin  uzunluğu  əltutan  yerlə  birlikdə  kvadratın 

diaqonalının 

3

/

4



 -

nü təşkil edir. 

Beşguşəli  ulduz  diametri:  bayrağın  eninin  ⅛-i 

qədər  olan,  kvadratın  yuxarı  tərəfinə  toxunan  dairə 

içərisində çəkilir. 

Ulduzun,  oraq  və  çəkicin  şaquli  oxu  ilə  bayrağın 

ağacı arasın-dakı məsafə bayrağın eninin 

 -nə bərabərdir. 



Bayrağın yuxarı haşiyəsindən  ulduzun mərkəzinədək olan 

məsafə bayrağın eninin 

-i qədərdir. 



3. Azərbaycan SSR-in Dövlət bayrağı qaldırılır: 

1)  Azərbaycan  SSR  Ali  Soveti,  Azərbaycan  SSR-

in  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Xalq  Deputatları 

Soveti,  rayon,  şəhər,  şəhərdə  rayon,  qəsəbə  və  kənd  xalq 

deputatları  Soveti  sessiyalarının  keçirildiyi  binaların 

üzərində - bütün sessiya dövründə

2)  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  heyətinin, 

Azərbaycan  SSR  Nazirlər  Sovetinin  və  Azərbaycan  SSR 

yerli  xalq  deputatları  Sovetləri  icraiyyə  komitələrinin 

binaları üzərində - daim; 

3)  Naxçıvan  MSSR  Ali  Soveti  Rəyasət  heyətinin 

və  Nazirlər  Sovetinin,  Azərbaycan  SSR  və  Naxçıvai 

MSSR  nazirliklərinin,  dövlət  komitələrinin  və  baş 

idarələrinin, dövlət orqanlarının və ictimai orqanların, müəssisə, idarə və təşkilatların binaları üzərində, habelə 

yaşayış evləri üzərində - fevralın 23-də, martın 8-də, aprelin 22-də, aprelin 28-də, mayın 1 və 2-də, mayın 9-da, 

oktyabrın  7-də,  noyabrın  7  və  8-də,  dekabrın  30-da.  Bu  bənddə  göstərilən  binalar  üzərində  başqa  bayram  və 

xatirə künlərində də Azərbaycan SSR-in Dövlət bayrağını qaldırmağa icazə verilir; 

4) rəsmi şəxs sifəti ilə Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti sədrinin, Azərbaycan SSR Nazirlər 

Soveti  sədrinin  və  ya  Azərbaycan  SSR  Ali  Sovetinin,  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət  heyətini  və 

Azərbaycan  SSR  Nazirlər  Sovetini  təmsil  edən  başqa  şəxslərin  mindikləri  dəniz  gəmiləri,  daxili  su  yollarında 

üzən gəmilər və digər nəqliyyat vasitələri üzərində, - göstərilən şəxslərin razılığı ilə; 

5) Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə.  




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə