Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

29 



Deyilənlərdən aydın olur ki, Azərbaycan bayrağındakı rənglər (mavi, qırmızı, yaşıl) XX əsrin əvvəllərində 

formalaşmış  milli  istiqlal  mübarizəsinin  təməl  prinsipləri  olan  «türkləşmək,  islamlaşmaq  və  müasirləşmək» 

ideoloji modelinin məna və funksiyasını ifadə edir. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  Parlamentini  açan  M.Ə. Rəsulzadə  müstəqil  Azərbaycanı  təmsil 

edən milli bayrağımızdakı üç rəngi «türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini» 

(demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın 

Dövlət  bayrağındakı  bu  üç  rəng  «Türk  milli  mədəniyyətinin,  müasir  Avropa  demokratiyasının  və  islam 

sivilizasiyasının simvoludur». 

Azərbaycanın böyük sənət adamı Üzeyir Hacıbəyov milli bayrağımızdakı rənglərin ifadə etdiyi məna və 

funksiyadan danışaraq yazırdı: “Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik 

parlament  modelinə  malik  idi  və  sağlam  bir  milliyyət  fikri  və  türklük  şüuru  üzərində  qurulmuşdu...Eyni 

zamanda,  Azərbaycan  çağdaş  bir  cəmiyyət  qurmağa,  Avropa  zehniyyəti  ilə  çalışmağa  əzm  etmişdir. 

Bayrağımızın üç rəngi (mavi, qırmızı, yaşıl) bu ümdənin timsalıdır.” 

Dahi  Üzeyir  Hacıbəyov  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bir  illiyinə  həsr  olunmuş  «Bir  yaş»  adlı 

məqaləsində  milli  bayrağımızdakı  rənglərin  mənasına  toxunaraq  deyirdi:  «Mavi  rəngi  türklüyə,  yaşıl  rəngi 

islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur». 

Deməli,  Üzeyir  Hacıbəyov  da  milli  bayrağımızdakı  rənglərin  (mavi,  qırmızı,  yaşıl)  milliyyətçilik-

türkçülük,  çağdaşlıq  -  Avropa  demokratiyası,  şərqçilik-islamlıq  mənalarını  bildirdiyini  təsdiqləmişdir.  O, 

«Azərbaycan» qəzetində Azərbaycan Cümhuriyyətinin Parlamentinin açılışından söz açaraq «Məmməd Əminin 

nitqi  iftiqahiyəsində  (giriş  nitqində)  bu  üç  rəngin  «türkləşmək,  islamlaşmaq  və  müasirləşmək»  amali-

əlamətindən ibarət olduğunu» yazırdı. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  milli  bayrağımıza  çoxsaylı  şerilər  həsr  olunmuş,  bayraqdakı 

simvolların ifadə etdiyi mənaların obrazlı şəkildə açılışma cəhdlər edilmişdir.  

İlk  mənbə  və  tarixi  qaynaqlar  əsasında  deyilənlər  bir  daha  təsdiq  edir  ki,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  milli  bayrağı  kimi  hələ  1918-ci  ildə  qəbul  edilmiş  bugünkü  müstəqil  Azərbaycan 

Respublikasının  üçrəngli  dövlət  bayrağındakı  mavi  rəng:  milliyyətçiliyi  –  türklüyümüzü;  qırmızı  rəng: 

müasirliyi – demokratiya və azadlığı; yaşıl rəng isə: islam sivilizasiyasını – müsəlmanlığı ifadə edir. 

 

* * *

 

Azərbaycan Respublikasının Dövlət bayrağındakı simvollardan biri də bayraqdakı qırmızı zolağın hər iki 



üzündə təsviri olan ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduzdur. 

Qırmızı  zolaq  üstündəki  bu  rəmzlər  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  Gəncədə  qəbul  etdiyi 

(21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının 

üçrəngli  milli  bayrağımızda  kiçildilmiş  formasından  ibarətdir.  Başqa  sözlə,  ağ  rəngli  aypara  və  səkkizguşəli 

ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı imperatorluğunun bayrağından hazır şəkildə alınmışdır. 

Bu  simvolların,  xüsusən  səkkizguşəli  ulduzun  məna  və  funksiyası  barədə  müxtəlif  fikirlər  mövcuddur. 

Bəziləri səkkizguşəli ulduzun Azərbaycandakı millətlərin sayını bildirdiyini iddia edirlər ki, bu fikir əsassızdır. 

Çünki,  əvvəla,  Azərbaycanda  yaşayan  millətlərin  sayı  səkkiz  deyil,  çoxdur.  İkincisi,  bu  simvol  Azərbaycan 

bayrağına hazır şəkildə gətirilib. Üçüncüsü, bu rəmzin Şərq xalqlarında, o sıradan türk xalqlarında 3 min illik 

tarixi var və s.  

Türk  xalqlarında,  eləcə  də  digər  Şərq  xalqlarında  ayparanın  tarixi  kökləri  çox  qədimlərə  gedib  çıxır. 

Türkiyə tarixçisi Fevzi Kurtoğlu bu məsələdən danışarkən yazır ki, «hilal (aypara) 5000 il bundan  əvvəl Orta 

Asiyadan ön Asiyaya köç etmiş şumerlər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk 

heraldikasında istifadə olunması nə Sultan Osman Qazinin məşhur röyasından, nə də Sultan Mehmed Fatehin 

İstanbulu  fəthindən  başlar.  Bunun  köklərini  dərinlərdə  aramaq  lazımdır.  Hilal  (aypara)  türk  millətinin  tarixi 

qədər əskidir...» 

Araşdırmalar göstərir ki, aypara şəklində rəmzləşdirilən ay bir çox qədim Şərq xalqlarında, o cümlədən 

əski türklərdə müqəddəs sayılır, ona sitayiş edilirdi... 

Səkkizguşəli  ulduz  simvolunun  da  tarixi  də  çox  qədimlərlə,  əski  inamlarla,  mifik  görüşlərlə  bağlıdır. 

Qədim  türklər  Günəşə  və  Aya  sitayiş  edər,  çadırlarının  qapısını  Günəş  doğan  səmtə  doğru  qoyardılar.  Əski 

türklərin dini, mifik görüşlərindən danışarkən türk alimi Bahəddin Ögəl doğru olaraq yazır ki, qədim türklərin 

dini görüşlərində Göy və Günəş birinci dərəcəli yer tuturdu. Sonralar maniçilik (maniheizm) dinini qəbul edən 

türklər  Ay  kultuna  da  üstünlük  verdilər.  Beləliklə,  Göy,  Ay  və  Günəş  kultları  qədim  türklərdə  müqəddəs 

sayılırdı.  Əvvəllər  türklər  Tanrıya  «Göy  Tanrı»  dedikləri  halda,  maniheizmin  qəbulundan  sonra  «Ay-Tanrı» 

deməyə  başladılar.  Sonralar  türk  mifoloji  düşüncəsinə  görə,  Günəş-Ana,  Ay-Ata  şəklində  ifadə  edilərək  Ayın 

«erkək», Günəşin «dişi» anlamında simvolizə olunduğunu görürük. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə