Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

22 



antiazərbaycan  xuntanın  əlində  olduğu  üçün  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  Milli  Hökuməti  və  Milli 

Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.  

Azərbaycanın  müstəqilliyi  və  azadlığı  uğrunda  çox  çətin  şəraitdə  mübarizəyə  başlayan  müvəqqəti  milli 

hökumətin  fəaliyyətinin  Gəncə  dövrünün  ilk  günləri  milli  dövlətçiliyimiz  üçün  çox  əhəmiyyətli  bir  sıra 

qərarların  (əslində  qanunların),  o  sıradan,  Azərbaycanda  hərbi  vəziyyət  elan  edilməsi  (19  iyun  1918-ci  il), 

Azərbaycan  Milli  Ordusunun  (Korpusunun)  yaradılması  (26  iyun  1918-ci  il),  Azərbaycanın  dilinin  dövlət  dili 

elan  olunması  (27  iyun  1918-ci  il),  nəhayət,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  dövlət  bayrağının  təsdiq 

edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur... 

Tarixi reallıq belədir ki, Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycanın Müvəqqəti hökumətinin 21 

iyun  1918-ci  il  tarixli  qərarı  ilə  üzərində  ağ  rəngli  aypara  və 

səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq 

Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı 

İmperatorluğunun  XVIII  əsrin  sonundan  XIX  əsrin  50-ci  illərinədək 

mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri 

olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu 

bayrağın  qəbulunun  Azərbaycanın  türk  dünyasının  bir  parçası  olduğu 

mənasını  ifadə  etdiyini  düşünürdülər.  Osmanlı  İmperatorluğunun  əski 

bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə 

yaranmış  tarixi-siyasi  və  hərbi  vəziyyətin  təsiri  kimi  qiymətləndirilə  bilər.  Sonrakı  tarixi  hadisələr,  xüsusən 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

23 



həmin  bayraqdan az  sonra imtina  edilməsi  və  onun  yerinə  yeni  üçrəngli  milli  bayrağımızın  qəbul  edilməsi  bu 

fikri söyləməyə əsas verir. Belə ki, 1918-ci il sentyabrın 15-də türklərdən və azərbaycanlılardan təşkil olunmuş 

xilaskar  missiyalı  Qafqaz  İslam  Ordusunun  köməyi  ilə  Bakı  düşmənlərdən  azad  olunur,  üç  gün  sonra 

Azərbaycan  hökuməti  Gəncədən  Bakıya  köçür,  Bakı  Şəhəri  Azərbaycan  Xalq  Cümhuriyyətinin  paytaxtı  elan 

edilir. Azərbaycan milli hökuməti dövlət quruculuğu sahəsində başladığı möhtəşəm tədbirlərini genişləndirmək 

və inkişaf etdirmək imkanı qazanır. Lakin Birinci Dünya müharibəsində məğlub olmuş Osmanlı İmperatorluğu 

Mudros müqaviləsinə (30 oktyabr 1918-ci il) görə öz qoşunlarını Azərbaycandan geri çəkmək məcburiyyətində 

qalır, İngilis ordusunun komandanı general V.Tomsonun rəhbərliyi ilə müttəfiq dövlətlərin qoşunları isə Bakıya 

daxil olur. 

Belə  bir  mürəkkəb  və  gərgin  tarixi  şəraitə  baxmayaraq,  Azərbaycan  Xalq  Cümhuriyyəti  Nazirlər  Şurası 

1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli 

-  mavi,  qırmızı,  yaşıl  zolaqlardan  ibarət  və  üzərində  ağ  rəngli  aypara  və  səkkizguşəli  ulduz  təsviri  olan  milli 

bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edir.     

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız - milli bayrağımız ilk 

dəfə  1918-ci  il  noyabrın  9-da  Bakıda,  Azərbaycan  Xalq  Cümhuriyyəti  Nazirlər  Şurasının  yerləşdiyi  binada 

(İndiki  Azərbaycan  Dövlət  Neft  Şirkətinin  yerləşdiyi,  o  zamankı  neft  milyonçusu,  məşhur  müğənni  Seyid 

Mirbabayevin  mülkündə)  qəbul  edilmiş  və  qaldırılmışdır.  Hər  il  9  noyabr  günü  üçrəngli  milli  bayrağımızın 

yaranması günü - Dövlət bayrağı günü kimi qeyd edilir.  

Azərbaycan  bayrağının  tarixində  ən  şərəfli,  yaddaqalan  günlərdən  biri  7  dekabr  1918-ci  ildə  Şərqdə  və 

Türk-İslam  dünyasında  ilk  demokratik,  dünyəvi  dövlət  olan  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentinin 

açılışı  zamanı  olmuş,  milli  bayrağımız  Parlament  binası  (böyük  mesenat  və  milyonçu  Hacı  Zeynalabdin 

Tağıyevin  Qız  məktəbinin,  indiki  Əlyazmalar  İnstitutunun  binasında)  üzərində  qaldırılmışdır.  Belə  ki, 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  Parlamentinin  (Məclisi-Məbusanının

)

  birinci  iclasını  açan  Azərbaycan 



Milli Şurasının sədri M.Ə. Rəsulzadə üçrəngli milli bayrağımıza xitabən, onun əbədi olaraq başlarımız üzərində 

yüksələcəyinə  sonsuz  inamını  ifadə  edərək  demişdi:  «Müstəqil  Azərbaycanı  təmsil  edən  o  üç  boyalı  bayrağı 

Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu 

üç  boyalı  bayraq  daima  başlarımızın  üstündə  ehtizaz  edəcəkdir.  Bir  dəfə  qaldırılmış  bayraq  bir  daha 

enməyəcəkdir.  Mən  buna  iman  edirəm.  Mənim  bu  imanımı  millətlərin  qəlbində  doğmuş  olan  əməl  günəşi 

işıqlandırır. Bu günəş bir daha üful etməyəcəkdir...»  

Lakin  çox  təəssüf  ki,  sonrakı  tarixi-siyasi  proseslər  Azərbaycanın  müstəqilliyini  qoruyub  saxlamağa, 

üçrəngli  milli  bayrağımızın  başlarımız  üzərində  əbədi  dalğalanmasını  təmin  etməyə  imkan  vermədi.  Daxili 

ziddiyyətlər,  partiyalararası  mübarizələr  və  xarici  müdaxilə  –  Sovet  Rusiyasının  XI  Qızıl  ordusunun 

Azərbaycanı  işğalı  nəticəsində  «İnsanlara  hürriyyət,  millətlərə  istiqlal»  amalı  ilə  yaradılan  Azərbaycan  Xalq 

Cümhuriyyəti  devrildi,  süqut  etdi  və  həmin  Cümhuriyyətin  müqəddəs  idealının  –  müstəqilliyinin  rəmzi  olan 

üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi... 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə