Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

18 



 

Cənubi Azərbaycan xanlıqlarına (Təbriz və Xoy) aid bayraqlar 

 

1804-cü ilin yayında, I Rusiya-İran müharibəsinin başlanğıcında, general P.Sisianovun başçılıq etdiyi rus 



qoşunları  İrəvan  qalasını  mühasirəyə  aldı.  Şahzadə  Abbas  Mirzə  qoşunu  ilə  xanlığın  köməyinə  gəlsə  də, 

vəziyyətin gərginliyi İrəvan xanlığının başçısı Məhəmməd xanla 

müttəfiqlik  edən  naxçıvanlı  Kalbalı  xanı  İran  hökmdarı  Fətəli 

şah Qacara müraciət etmək məcburiyyətində qoydu. Fətəli şahın 

əmri  ilə  Xoy  və  Təbriz  xanlıqlarından  göndərilmiş  qoşun 

dəstələri  irəvanlıların  köməyinə  gəldi.  İyulun  15-də  başa  çatan 

döyüş  heç  bir tərəfə  qələbə  gətirməmiş,  böyük  itkilər  verən rus 

ordusu  iki  zəmburək  və  iki  bayraq  ələ  keçirə  bilmişdi.  Hər  iki 

bayraq  "nepcидские  знамена"  (İran  bayraqları)  adı  ilə  Qafqaz 

Hərbi  Tarix  Muzeyinə  təhvil  verilmiş,  onları  müşayiət  edən 

sənədlərdə konkret mənsubiyyətləri göstərilməmişdir. Lakin İran 

qoşunları  tərkibində  şahzadə  Abbas  Mirzənin  sərbazlarının, 

İrəvan,  Təbriz  və  Xoy  xanlıqlarının  dəstələrinin  və  çox  güman 

ki,  Fətəli  şahın  özünün  xüsusi  mühafizə  dəstəsinin  olduğunu, 

bayraqların  Tiflis  yeqer  alayının  döyüşçüləri  tərəfindən  əldə 

edildiyini,  həmin  alay  ilə  sol  cinahda,  mənbənin  verdiyi 

məlumata görə, məhz Təbriz və Xoy süvarilərinin vuruşduğunu 

nəzərə alsaq, döyüş meydanından qənimət kimi əldə edilən bu iki 

bayrağın  Təbriz  və  Xoy  xanlıqlarına  aidliyini  təsdiq  etmək 

olar.(M.Süleymanov.  İrəvan  xanlığının  Rusiyaya  birləşdirilməsi 

tarixindən. Bakı, 1997) 

1803-cü il iyulun 15-də İrəvan yaxınlığındakı döyüşdə P.Sisianovun başçılıq etdiyi rus ordusunun qənimət 

kimi əldə etdiyi iki bayraqdan biri 445 №-li inventar altında saxlanılır. Qafqaz Hərbi Tarix Muzeyinin "Bələdçi 

kitabındakı  məlumata  görə,  bu  bayraq  9-cu  Yeger  alayının  poruçiki  Savranov  tərəfindən  əldə  edilmişdi. 

(Путеводитель по Кавказскому Военно-Историческому Музею. Тифлис, Типография штаба Кавказского 

военного округа, 1913.) 

Bayrağın xara ipəkdən olan qumaşı (ölçüləri: 167 x 151 sm) moruğu rəngdədir. Bayraq sapının yanındakı 

hissədə yuxarıdan aşağıya doğru qızılı saplarla çəkilmiş düzbucaqlıların içərisində həmin saplarla Quran ayələri 

və  ifadələri  verilmişdir.  İki  cərgədə  düzülmüş  (10x2)  hər  birinin  içərisində  "Allahdan  başqa  ilahi  yoxdur", 

"Məhəmməd allahın elçisidir" ifadələri bir neçə dəfə təkrar olunmuşdur. Bu yazılar elə toxunmuşdur ki, onların 

bir hissəsini bayrağın üz, bir hissəsini isə astar tərəfindən oxumaq olur. Düzbucaqlıların əmələ gətirdiyi sütun 

boyunca yuxarıdan aşağıya, nəbati naxışlı kiçik xonçalarla biri-birindən ayrılan həmin ifadələr yerləşdirilmişdir. 

Bayraq sapına paralel olan hissənin kənarında da bir cərgədə nəbati naxışlı medalyonlarla ayrılan "bismillahir-

rəhmanir-rəhim"  ifadəsi  beş  dəfə  təkrar  olunmuşdur.  Bayrağın  orta  hissəsində  biri-birinin  içərisində 

yerləşdirilmiş üç ayparanın təşkil etdiyi dördü bütöv və görünür, ikisi yarımçıq olan ellipsvari, onların arasında 

isə ikisi bütöv və biri yarımçıq olan dairəvi medalyonlar verilmişdir. Qızılı saplardan tikilmiş bu medalyonların 

içərisində  nəbati  ornament  və  ərəb  yazılan  salınmışdır.  Nəstəliq  xətti  ilə  yazılmış  bu  yazılarda  "Bismillahır-

rəhmanir-rəhim", "Lə ilahə illəllah və Muhəmməd rəsulillah", "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli", "Ya 

fəttah" sözləri bir neçə dəfə təkrarlanır. 

Bayraq  qumaşı  əl  ilə  iki  parçadan  tikilib.  Parçanın  xüsusi  olaraq  bayraq  üçün  toxunduğu  görünür. 

Bayrağın sapa taxılan torbacığı sarı-qızılı rəngli atlasdan tikilmişdir. Hər iki üzündəki təsvirləri eynidir. 

Bayrağın  sağ  tərəfdən  alt  hissəsi  başdan-başa  süzülmüşdür.  Ortasındakı  süzülmənin  qarşısını  almağa 

çalışan bərpaçı həmin hissəyə kobud yamaq salmışdır. 

Bayraq sapı (uzunluğu 260 sm, kəsikdə diametri 3,8 sm) sarı boya ilə rənglənmişdir. Ucluq (uzunluğu 37 

sm,  eni  9  sm)  qızıl  suyuna  salınmış  misdəndir.  Qısa  boru  parçasına  iki  yarımkürədən  ibarət  içi  boş  "alma" 

taxılmışdır.  Alma"nın  başına  konus  şəkilli  borusu  və  zambağa  bənzər  naxışı  olan  neştərə  oxşar  yastı  ucluq 

salınmışdır.  Ucluğun  həndəsi  naxışlarla  bəzənmiş  "alma"  hissəsinin  iki  halqası  var.  Bu  halqalara  89  sm 

uzunluğu  olan  ipək  burma  saplardan  toxunmuş  qaytan  vasitəsilə  hər  birinin  uzunluğu  24  sm  olan  iki  qotaz 

asılmışdır. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

19 



449  №-li  inventar  altında  saxlanılan  beşguşə  formalı 

bayrağın xara ipəkdən olan moruğu yerlikli qumaşı (160 x 157 

sm)  əl  ilə  bir-birinə  tikilmiş  müxtəlif  həndəsi  və  nəbati 

ornamentli beş parça zolağından və bu zolaqları dörd tərəfdən 

əhatə edən enli haşiyədən ibarətdir. Haşiyənin moruğu yerliyi 

üzərində  içərisində  romb  olan  səkkizləçəkli  gül  və  içərisində 

səkkizguşəli ulduz olan səkkizləçəkli başqa bir gül salınmışdır. 

Bayraq muzeyə təhvil verilərkən tərtib edilmiş elmi pasportda 

"nepcидское  знамя"  kimi  qeydə  alınmış,  onun  İrəvan 

yanındakı  döyüşdə  əldə  edildiyi  bildirilmişdir.  Qafqaz  Hərbi 

Tarix  Muzeyinin  "Bələdçi"  kitabında  olan  qeydə  əsasən  bu 

bayraq  Fətəli  şahın  özünün  başçılıq  etdiyi  İran  ordusunun 

hücumunun dəf edilməsi zamanı Tiflis alayı tərəf indən döyüş 

meydanından götürülmüşdür. 

Bayrağın  yuxarıdan  ikinci  və  beşinci  zolaqları  yaşıl  və 

qızılı-sarı  saplardan  toxunmuş  müxtəlif  formalı  (kvadrat, 

üçbucaq,  romb,  səkkizguşə)  həndəsi  və  nəbati  fiqurlardan 

ibarətdir.  Fiqurlar  biri-birinə  oxşasa  da  hər  bir  parça  zolağı  özünəməxsus  görünüşə  malikdir.  Bayrağın 

yuxarıdan  birinci  zolağı  yerliyi  yaşıl,  üstündə  qızılı-sarı  saplarla  toxunmuş  iki  müxtəlif  formalı  medalyonlar 

salınmış  xara  ipəkdəndir.  Kiçik  medalyonun  üçbucağabənzər  aşağı  hissəsində  çox  çətinliklə  "Allah", 

"Məhəmməd", "Əli" ifadələri kimi oxunan yazıların olduğunu ehtimal etmək olur. Bayrağın yuxarıdan üçüncü, 

yerliyi moruğu olan zolağının üstündə qızılı və qəhvəyi saplarla nəbati və həndəsi naxışlı fiqurlar salınmışdır. 

Onun  yanındakı  parça  zolağının  çox  hissəsi  bərpanın  düzgün  yerinə  yetirilməməsi  nəticəsində  demək  olar 

tamamilə  dağılmışdır.  Bayrağın  muzeyə  təqdimatı  dövründən  qalan  foto-şəkildən  və  "Bələdçi"  kitabındakı 

məlumatdan göründüyü kimi, bayraqda döyüş prosesində əmələ gələn güllə yerləri olmuşdur. (Путеводитель 

по  Кавказскому  Военно-Историческому  Музею.  Тифлис,  Типография  штаба  Кавказского  военного 

округа,  1913.)  Bayraq  ağacına  (uzunluğu  260  sm,  kəsikdə  diametri  3,8  sm)  taxılan  torbacığın rəngi  zamanın 

təsirindən  dəyişərək,  yaşılımtıl-sarı  rəng  almışdır.  Bayraq  sapı  və  ucluğu  (uzunluğu  37  sm,  eni  9  sm)  həmin 

döyüş meydanından götürülmüş digər bayraqda (inventar 445) olduğu kimidir. Hazırda yenidən bərpaya böyük 

ehtiyacı  olan  bu  bayraq  ilk,  qeyri-professional  bərpa  zamanı  nazik  tül  parçası  üzərinə  jelatin  vasitəsilə 

yapışdırılmış,  nəticədə  bayrağın  astar  hissəsindəki  naxışlar  örtülmüş,  həm  də  parçası  çox  yerlərdə  tamamilə 

süzülmüş və cırılmışdır. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə