Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   2   3   4   5   6   7   8   9   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

12 



Bakı xanlığının bayrağı

  

 

1806-cı il oktyabrın 3-də general Bulqakovun komandanlıq etdiyi rus qoşunları Dərbəndi ələ keçirdikdən 



sonra Bakıya hücum etdilər. Artıq I neçə illərdən bəri davam edən qanlı mübarizənin uğursuzluğunu anlayan 

Bakı xanı Hüseynqulu xan şəhəri və onun əhalisini qorumaq məqsədilə öz nümayəndə heyətini xanlığın bayrağı, 

qalanın açarları və duz-çörəklə Bulqakovun yanına göndərir, özü isə ailəsi ilə birlikdə əvvəl Qubaya, sonra isə 

İrana qaçır (Azərbaycan tarixi, 7 cilddə, Bakı, 2000, c.IV, s.27). Bakı işğal olunur, Bakı xanlığı isə ləğv edilir. 

Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin yeni tarix fondunda 455 №-li inventar altında mühafizə edilən Bakı 

xanlığının  bayrağı,  eləcə  də  Bakı  qalasının  gümüş  açarları  1924-cü  ildə  Qafqaz  Hərbi  Tarix  Muzeyindən 

verilmişdir.  (Путеводитель  по  Кавказскому  Военно-Историческому  Музею.  Тифлис, Типография  штаба 

Кавказского военного округа, 1913.) 

Bayrağın dördkünc qumaşı (ölçüləri 220 x 122 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl 

ilə tikilmişdilər. Uzununa yerləşdirilmiş yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6 

sm) vasitəsilə bayraq ağacına taxılmışdır. 

Yaşıl  parçanın  üstündə 

hər  biri  eni  2,7  sm  olan  xırda 

nəbati  naxışlı  üç  zolağın 

arasında  içərisində  tünd  yaşıl 

saplarla 

daha 

iri 


nəbati 

ornamentlər  salınmış  iki  enli 

zolaq  (12,5  və  10  sm  enində) 

vardır.  Birinci  zolaqda  yan-

yana  baş-ayaq  yerləşdirilmiş 

biri  tünd,  ö  biri  açıq  yaşıl 

rəngli zambağa oxşar butaların 

içində  altıləçəkli  güllər  və 

şişuclu,  dalğavari  yarpağa 

oxşar  naxışlar  salınmışdır. 

Daha enli ikinci zolağın içində 

ucları  birləşdirilmiş,  biri  tünd, 

o biri isə yaşıl rəngli iki aypara 

çəkilmiş,  bu  ayparaların  və  onların  birləşməsindən  yaranmış  çevrənin  içində  altı  və  səkkizləçəkli  güllər 

tikilmişdir.  Ayparalarla  zolağın  arasında  içərisində  tünd  yaşıl  saplarla  xallar  vurulmuş  butavari  yarpaqlardan 

yaradılmış  ornament  salınmışdır.  Bütün  gül  və  naxışların  üzərində  artıq  solmuş  güləbətin  saplarının  izləri 

qalmışdır. 

Bayraq  qumaşının  biri-birinə  tikilmiş  dörd  parçadan  ibarət  açıq  moruğu  rəngli  hissələrinin  hər  biri 

müxtəlif ornament və naxışlarla bəzədilmişdir. Yaşıl parçaya yaxın 

yuxan sol hissədə yerləşən parçanın üstündə tünd moruğu konturlu 

ucları  birləşdirilmiş  üç  aypara  (onların  əmələ  gətirdiyi  ellipsin 

diametri  43  x  48  sm-dir)  təsvir  edilmişdir.  Birinci  ən  böyük 

ayparanın  içində  ortadan  başlayaraq  əks  istiqamətlərdə  tünd 

moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli 

orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilmişdir. 

Nisbətən  enli  yaşıl  yerlikli  ayparanın  içində tünd  moruğu  saplarla  ərəb  dilində "Ya  v  Məhəmməd,  möminləri 

müjdələ"  və  "Allahdan  kömək  və  yaxın  qələbə"  sözləri  yazılmışdır.  Birinci  ayparanın  kiçildilmiş  şəklində 

verilmiş üçüncü ayparada eyni naxışlar təkrar olunsa da birincidən fərqli olaraq onun yerliyi yaşıl, sünbülləri isə 

tünd  moruğu  saplarla  çəkilmişdir.  Bu  ayparanın  uclarının  birləşməsindən  əmələ  gələn  çevrənin  içində  yaşıl 

fonda tünd moruğu saplarla ərəb dilində "Allah kömək edəndir və 

allah  qoruyandır"  sözləri  yazılmışdır.  Bayraq  parçasının  bu 

hissəsinin  üç  kənarı  (yaşıl  parçaya  tikilən  kənar  istisna  olmaqla) 

nazik  yaşıl  xətt  ilə  biri  digərindən  ayrılmış  nargülü,  yarpaq  və 

budaqlardan ibarət 5,5 sm enində haşiyə ilə əhatələnmişdir. 

Bayraq parçasının aşağı sol hissəsində tünd moruğu yerlikdə 

yaşıl  saplarla  çəkilmiş,  kənarında  yarpaq  və  üçləçəkli  güllərdən 

ibarət ensiz (təqribən 2 sm) haşiyənin ortasında iki kvadratın üst-

üstə  qoyulması  ilə  əmələ  gətirilmiş  səkkizguşə  xonçanın  olduğu 

mürəkkəb  naxışlı  ellips formalı  (diametri  38  və  32  sm)  ornament 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

13 



salınmışdır. 

Bayrağın altbaalt tikilmiş bu iki hissəsi digər iki hissədən yaşıl konturlu tünd moruğu gül, buta və digər 

nəbati naxışları olan 8,5 sm enində haşiyə ilə ayrılmışdır. Yuxarı sağ hissədə sarı qızılı, yaşıl, tünd moruğu və 

mavi  saplarla  toxunmuş  dörd,  aşağıda  isə  altı  dekorativ  element  təsvir  edilmişdir.  Yuxarıda  haşiyəyə  yaxın 

hissədə, içərisinə iç-içə iki aypara, kənarlarına müxtəlif formalı yarpaqlardan düzəldilmiş gül ləçəklərinə bənzər 

naxış salınmış ellips (diametrləri 18 və 14,5 sm) çəkilmişdir. Ellipsdaxili naxışlar mavi konturlu tünd moruğu 

rəngli  sünbülvari  yarpaqlardan  ibarətdir;  iki  ayparanın  (birinci  aypara  naxışlı,  ikincisi  isə  sayadır)  uclarının 

birləşməsindən  yaranmış  dairədə  mavi  və  tünd  moruğu  saplarla  səkkizgüşəli  ornament,  aypara  ilə  ellipsin 

dairəsi arasında konusvari naxışlar salınmışdır. 

Bayrağın üstündəki bütün naxışlarda olduğu kimi burada da güləbətin sapların izləri qalmışdır. Bayrağın 

bu hissəsinin ortasına yaxın, biri digərindən təqribən 13-14 sm aralı, üs-üstə, eyni ölçüdə, içərisində ərəb dilində 

yazısı, ətrafında yarpaq və gül ləçəklərindən naxışları olan iki ellipsvari dairə salınmışdır. Tünd moruğu saplarla 

toxunmuş hərflər sarı-qızılı saplardan olan fon üzərindədir. Bayrağın yuxarı sağ hissəsinin kənarında mürəkkəb 

quruluşlu dolçaya bənzər dekorativ element salınmışdır. Onun uzunsov səkkizləçəkli gül formasında olan aşağı 

hissəsi ərəb qrafikası elementlərini ("bismillah" və ya "Bakuyə") xatırladan mürəkkəb naxışlarla örtülmüşdür; 

dolçanın "boğaz" hissəsi nəbati naxışlarla bəzənmiş, "qapaq" hissəsi içərisində yenə də nəbati naxışlar salınmış 

gümbəzvari  formada  toxunmuşdur.  Dolçanın  nəbati  və  həndəsi  naxışlarla 

bəzənmiş  iki  əyilmiş  qulpu  ağızlarından  alovun  şöləsini  əks  etdirən  ləçəkli 

güllər çıxan əjdaha başları ilə tamamlanır. Əjdahanın gözləri qızılı-sarı və açıq 

qəhvəyi rəngli saplarla tikilmişdir.

 

Bayrağın aşağı sağ hissəsində, orta ayırıcı haşiyəyə yaxın, tünd moruğu 



saplarla  biri  digərindən  təqribən  20  sm  aralı,  üzbəüz,  içərisində  altıləçəkli  və 

nar  güllərindən,  yarpaq  və  budaqlardan  naxışlar  salınan  yarpaq  formalı  iki 

element  toxunmuşdur.  Naxışların  üstü  güləbətin  saplarla  işlənmişdir.  Üstdəki 

yarpaqdan  solda  ortasında  səkkizguşə  ulduz,  ətrafında  isə  nəbati  naxışlar 

salınmış  uzunsov  formalı  səkkizləçək  element  toxunmuşdur.  Bütün  naxışlar 

tünd-moruğu saplarla mavi yerlik üzərinə salınmışdır. Ondan bir qədər aşağıda, 

ətrafı üçləçək gül naxışları ilə bəzənmiş ellipsvari dairə (diametrləri 17 və 21 

sm)  içərisində  yaşıl-qızılı  fon  üzərində  tünd-moruğu  saplarla  "Məhəmməd" 

sözü  toxunmuşdur.  Bu  sözün  ətrafında  nəbati  naxışlar  arasında  ərəb  hərfləri 

(görünür "Allah" və "Məhəmməd) salınmışdır. 

Bayrağın  aşağı  sağ  hissəsinin  kənarında  daha  iki  dekorativ  element  ayparalardan  alınmış  ellips  formalı 

elementin təkrarı olsa da özünün daha kiçik ölçüləri (diametrləri 22 və 18,5 sm) və saplarının rəngi ilə fərqlənir; 

ərəb dilindəki yazılar eyni ilə təkrar olunur. 

Aşağıdakı element sarı-qızılı fonda moruğu rəngli saplarla toxunmuş kiçik ölçülü dolça içərisində yelpazə 

formalı  gül  dəstəsindən  ibarətdir.  Gül  dəstəsinin  ətrafında,  onu  halələmiş  ləçəklər  içərisində,  nəbati  naxışlar 

toxunmuşdur. Bayrağın astar hissəsinə onun üzlüyündə toxunmuş bütün naxışların tərsi düşmüşdür. 

Bayraq ağacı (uzunluğu 280 sm, kəsikdə diametri 4 sm) açıq boya ilə boyanmışdır, bəzi yerlərdə altdakı 

mavi  boya  üzə  çıxır.  Bayraq  ağacına  taxılmış  ucluq  (uzunluğu  61  sm)  üç  hissədən  ibarətdir.  Onun  dəmirdən 

düzəldilmiş konusvarı boru hissəsinə başına üçtilli süngüvari ucluq (uzunluğu 40 sm) taxılan içi boş mis kürə 

bərkidilmişdir.  Ucluğun  boru  hissəsindən  sarıya  çalan  açıq  qəhvəyi-qızılı  iplərdən  hörülmüş,  biri  digərindən 

kiçik dörd qotaz asılmışdır. Böyük qotazın uzunluğu 36 sm, orta qotazınkı - 21 sm, kiçik qotazlarınkı -14 sm-

dir. 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə