Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

16 



İrəvan xanlığının bayraqları  

 

1827-ci  ilin  payızında,  demək  olar  ki,  bütün  Cənubi  Qafqazda  möhkəmlənmiş  və  Azərbaycan 

xanlıqlarının əksəriyyətini ələ keçirmiş rus qoşunları general I.Paskeviçin başçılığı ilə İrəvan xanlığının paytaxtı 

İrəvan şəhərinə - qalasına yaxınlaşdılar. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan İrəvan xanlığında, 

İ.Paskeviçin özünün yazdığı kimi, on  min müsəlman (azərbaycanlı), üç min erməni yaşayırdı. Başlıca olaraq, 

məhz bu ermənilər xanlığın ərazisini, o cümlədən İrəvan qalasını ələ keçirməyə çalışan rus qoşununa hər cür 

yardım göstərirdilər (Azərbaycan tarixi, c. IV, s. 46; Bax: F.Əliyev, U.Həsənov. İrəvan xanlığı. Bakı, 1997.) 

Ciddi  müqavimətə  baxmayaraq  İrəvan  qalası  1827-ci  il 

oktyabr  ayının  1-də  rus  qoşunları  tərəfindən  işğal  edildi.  Dövrün 

ədəbiyyatından  görünür  ki,  əsirlər  və  qənimətlə  yanaşı  İrəvan 

xanlığının dörd bayrağı da rus qoşunlarının əlinə keçmişdi. Qafqaz 

Hərbi  Tarix  muzeyinin  bələdçi  kitabındakı  məlumat  həmən 

bayraqların  bu  muzeyin  fondlarında  saxlanıldığından  xəbər  verir 

(Путеводитель  по  Кавказскому  Военно-Историческому 

Музею.  Тифлис,  Типография  штаба  Кавказского  военного 

округа,  1913.)    Bunlardan  biri  İrəvan  xanlığının  sərdarı  Hüseyn 

xana  məxsus  1  oktyabr  1827-ci  ildə  əldə  edilən  ştandart  (tuğ), 

digər  üçü  isə  kitabda  "Знамена  персидских  пехотных  полков" 

(İran  piyada  alaylarının  bayraqları)  adı  ilə  qeyd  olunan 

bayraqlardır. 1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan 

SSR Dövlət Muzeyinə (Azərbaycan Tarixi Muzeyinə) verilmişdir. 

Hazırda  Milli  Azərbaycan  Tarixi  Muzeyində  461  №-li 

inventar  altında  saxlanılan  İrəvan  sərdarına  məxsus  bayrağın 

qumaş  hissəsinin  ölçüləri  145  x  261  x  217  sm-dir.  Tünd  qırmızı 

mahud  parçadan,  düzbucaqlı  üçbucaq  formasındadır.  Bayrağın 

yuxarı  enli  hissəsində  şir  və  günəş  (şiri-xurşid)  təsvirləri  qurama 

üsulu  ilə  tikilmişdir.  Sarıya  çalan  açıq  qəhvəyi  (bej)  rəngli 

quramadan hazırlanmış şir yandan təsvir olunmuş, quyruğu belinə 

qatlanmış,  sağ  qabaq  pəncəsi  qaldırılmışdır.  Şirin  gözləri  qara  və 

sarı, dişləri, dili və caynaqları san saplarla tikilmişdir. Şirin arxasından yarımdairə formasında çıxan insan sifətli 

günəş  sarı  mahud  parçadan  quranmışdır.  Günəşin  burnu  və  qaşları  qara,  gözləri  isə  qara  və  sarı  saplardan 

tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilmişdir. Şir və 

günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, biri-birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşə 

kartuş quranmışdır. Şirin quyruğu yanındakı kartuşda ərəb dilində - "Mən [şəriət] qanuna uyğun hərəkət edirəm" 

və "1241" (h.)-ci il (1825/26), digərində isə - "Kömək allahdandır, yaxın qələbə" və "1241" (h.) sözləri təkəlduz 

tikməsi ilə qara ipək saplarla tikilmişdir. 

Bayrağa  müxtəlif  rəngli  (qəhvəyi,  qızılı  və  bej)  ipək  saplardan  saçaq  salınmışdır.  Bayraq  qumaşını 

bayrağın  sapına  taxmaq  üçün  tikilmiş  torbacıq  yaşıl  mahud  parçadandır.  Bayrağın  hər  iki  üzündəki  təsvirlər 

eynidir. Qarağacdan düzəldilmiş bayraq sapı (uzunluğu 260 sm, kəsikdə 

diametri 3,8 sm) laklanmışdır. Onun yuxarı hissəsinə gümüşü saplardan 

toxunmuş uzun qotaz asılmışdır. 

Milli  Azərbaycan  Tarixi  Muzeyində  473  №-li  inventar  altında 

saxlanılan  İrəvan  xanlığının  digər  bayrağının  qumaş  hissəsi  (ölçüləri: 

156  x  156  sm)  zoğalı  rəngli  dördkünc  ipək  qanovuz  parçadandır. 

Ortasına  zamanın  təsirindən  bej  rəngini  almış,  bayraq  muzeyə  qəbul 

edilərkən  elmi  pasportdakı  qeydə  əsasən  ağ  rəngdə  olmuş  dördkünc 

qanovuz parça quranmış, onun üstündə təbii boyalarla şir və günəş (şiri-

xurşid)  təsvirləri  çəkilmişdir.  Yan  tərəfdən  təsvir  edilən  şir  başını 

arxaya  döndərmiş,  qabaq  sol  pəncəsində  qılınc  tutmuş,  quyruğunu 

belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir. 

Şirin  arxasında  doğan  sarı  günəş  və  onun  qızılı  şuaları  görünür. 

Şirin başı üstündə damcıvari sarı kartuşda "Əs-sultan ben əs-sultan şah 

Fəthəli  Qacar,  1239"  sözləri  yazılmışdır.  Bayraq  qumaşının  zoğalı 

hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi 

qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran 

ayələri  yazılmışdır:  aşağıda  sağda  -  "Möminləri  müjdələ",  solda  -  "Kömək  allahdandır  və  yaxın  qələbə", 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

17 



yuxarıda sağda - "Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik", solda - "Mərhəmətli, rəhimli allahın adı 

ilə". 


Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır. Bayrağın, xüsusilə sağ tərəfdən parçası 

zədəlidir.  Parçaya  bayraq  sapını  taxmaq  üçün  tikilmiş  torbacıq  qırmızı  mahud  parçadandır.  Qarağacdan 

düzəldilmiş bayraq sapı (uzunluğu 261 sm, kəsikdə diametri 3,8 sm) lakla örtülmüşdür. Sapın aşağı hissəsinə 

taxılan alt ucluğu dəmirdən konusvari formada düzəldilmişdir (uzunluğu 14,5 sm). Burulmuş gümüşü iplərdən 

toxunmuş qotaz bayraq sapının başına salınmışdır. 

Bayrağın üzərindəki hicri 1239-cu il tarixi onun 1823-1824-cü ilə aid olduğunu bildirir. 

 

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə