Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

20 



 

Qarabağ xanı Mehdiqulu xana imperator I Aleksandrın verdiyi fəxri bayraq 

 

Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə çar ordusu mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə 



yetirildikdən sonra Rusiya hərbi komandanlığı qarşısına Qarabağ xanı təyin etmək problemi çıxır. Xanın böyük 

oğlu Cəfərqulu ağanın onsuz da Rusiyaya sədaqətli olduğunu nəzərə alan rus komandanlığı onun qardaşı, bəzən 

Qacarlara  olan  meylini  gizlətməyən  Mehdiqulu  xanı  öz  tərəfinə  çəkmək  üçün  ona  Qarabağın  idarə  olunması 

haqqında  fərman  təqdim  edir.  Bununla  yanaşı  Mehdiqulu  xana  "xan"  titulunun  verilməsi  xahişilə  imperatora 

müraciət  olunur.  10  sentyabr  1806-cı  ildə  imperator  I  Aleksandr  "Mehdiqulu  xana  ali  sərəncam  və  Qarabağ 

əhlinə vədlər" fərmanını imzaladı. Qarabağ xanı təyin olunan Mehdiqulu xana hakimiyyət rəmzi kimi bayraq və 

qılınc  göndərilməsi  qərarı  qəbul  edildi.  Ona  rus  ordusunun  general-mayoru,  qardaşı  Cəfərqulu  xana  isə  - 

polkovniki  rütbəsi  verildi(Дубровин  Н.  История  войн  и  владычества  русских  на  Кавказе.  с.  I-V,  СПб 

(1871-1888), с.V, s.52-54.) 

İmperator  I  Aleksandr  tərəfindən  vəd  edilən  bayraq  bir  il  sonra  -  1807-ci  ildə  Mehdiqulu  xana  təqdim 

edildi. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi 

istifadə etmək hüququnu təsdiq etdi. 

Bayrağın  Qafqaz  Hərbi  Tarix  Muzeyinə  verilməsi 

vaxtı  məlum  deyil.  1924-cü  ildə  Azərbaycan  Dövlət 

Muzeyinə  təqdim  edilmişdir.  Hazırda  Milli  Azərbaycan 

Tarixi  Muzeyində  461  №-li  inventar  altında  saxlanılır. 

Bayraq qumaşı (ölçüləri 115 x 100 sm) zamanın təsirindən 

saralmış  dördkünc  ikiqat  ağ  qanovuz  ipək  parçadandır. 

Sonralar bərpa zamanı həm üz, həm də astar hissəyə oxra 

rəngli  tül  parça  tikilmişdir.  Bayrağın  hər  iki  üzündəki 

təsvirlər  eynidir.  Hər  iki  tərəfdə  Rusiya  imperiyasının 

gerbi  təsvir  olunmuşdur.  Boz  rəngli  ikibaşlı  qartalın 

dimdiyi,  gözləri,  caynaqları  və  caynaqlarında  tutduğu 

hakimiyyət  rəmzləri,  eləcə  də  qartalın  hər  iki  başında  və 

başlarının  üstündə,  ortada  təsvir  edilmiş  iki  kiçik  və  bir 

böyük  tac  qızılı  rəngdədir.  Tacların  üstü  göy  və  qırmızı 

daşlarla  bəzənmişdir.  Qartalın  sinəsində  qızılı  haşiyəsi 

olan  Avropa  qalxanı  təsvir  edilmişdir.  Qalxanın  üzərində 

ağ,  qırmızı  və  boz  rənglərlə  Moskva  şəhərinin  gerbi  - 

Müqəddəs  Müzəffər  Georginin  əksi  verilmişdir.  Bayrağın 

kənarlarına gümüşü güləbətin saplarla bafta tikilmiş, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və 

xaçlar  salınmışdır.  Bayrağa  üç  tərəfdən  qızılı  saplardan  və  altıləçəkli  gül  formasında  olan  zərif  gümüş 

asmalardan  saçaq  tökülmüşdür.  Bayrağın  parçasının  saxlanma  vəziyyəti  nisbətən  qənaətbəxş  olsa  da,  qartal 

təsvirindəki rənglər bəzi yerlərdə tökülmüş və ya çatlamışdır. Bayraq ağacı (uzunluğu 330 sm, kəsikdə diametri 

4,6  sm)  iki  I  hissədən  düzəldilmiş,  bir-birinə  9  sm  uzunluqda  qızıl  suyuna  salınmış  I  polad  halqa  ilə 

birləşdirilmişdir. Bayraq ağacının yuxarısına 28 sm uzunluqda, gümüş saplardan düzəldilmiş qotaz asılmışdır. 

Bayraq  ağacının  ucuna  gümüşü  və  qızılı  saplardan,  başında  qotazı  olan  iki  qaytan  taxılmışdır.  Ağacın  alt 

hissəsinə taxılmış alt ucluq ucukəsik konus formalı dəmirdən hazırlanmışdır. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

21 



 

Azərbaycan Xalq Cümhuriyyət dövrü 

 

Azərbaycan  Respublikasının  dövlət  atributlarından,  dövlətçilik  rəmzlərindən  biri  onun  Milli  Bayrağı  – 

Dövlət  bayrağıdır.  Milli  bayraq  –  mənəvi-siyasi,  ideoloji  baxımdan  bir  dövlətin  və  bu  dövləti  təşkil  edən 

millətin  simvolu  olub,  onların  mövcudluğunu  göstərən  rəmzdir.  Bu  funksiyasına  görə  həmin  simvoldan, 

rəmzdən «Milli Bayraq» və ya «Dövlət Bayrağı» adları altında bəhs edilir ki, əslində hər iki anlayış məzmun və 

mahiyyətcə eyni mənanı bildirir.  

Xalis  Azərbaycan  sözü  olan  bayraq  –  ümumtürk  mənşəlidir  və  tarixi  çox  qədimdir.  Bu  söz  türkologiya 

elminin  bahadırı  sayılan  Mahmud  Kaşğarinin  məşhur  «Divanü-lüğat-it-türk»  (XI  əsr)  əsərində  müasir 

dilimizdəki mənada və bayrak // batrak fonetik variantlarında (şəkillərində) qeydə alınmışdır. Bayraq sözü istər 

qədim, istərsə də müasir türk dillərinin əksəriyyətində, əsasən, eyni mənadadır. Araşdırıcıların fikrincə, həmin 

söz  «batırak  <  batrak  <  bayrak»  semantik-struktur təkamül  modeli  əsasında  batır  –  («batırmaq»,  «sancmaq») 

felindən törəmişdir. 



Bayraq sözü müasir anlamda dövlətçilik termini olaraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik, 

milli  azadlıq  və  istiqlal  rəmzi,  simvolu  funksiyasında  işlənməkdədir.  Dövlət  bayrağı,  milli  bayraq  müqəddəs 

dövlətçilik atributlarından sayılır. Çünki Dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, milli 

azadlığını, milli dövlətçiliyini əks etdirir. Milli bayraq millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, 

milli  varlığının,  bəşər  sivilizasiyasında  özünəməxsus  qədim  və  çağdaş  mədəniyyətə  sahib  olduğunun 

təcəssümüdür.  Dövlət  bayrağımız  Azərbaycanımızın  ərazi  bütövlüyü  və  toxunulmazlığının,  dünya 

azərbaycanlılarının  mənəvi-siyasi  və  mədəni  birliyinin,  vahidliyinin,  bölünməzliyinin  simvoludur.  Bu  bayraq 

millətimizin,  dövlətimizin  şərəf  və  ləyaqətinin,  müqəddəslik  və  əbədiliyinin,  sarsılmazlıq  və  yenilməzliyinin 

rəmzidir.  Azərbaycan  bayrağı  –  Azərbaycan  vətəndaşlarının  namus  və  qeyrət  emblemi  olub,  dövlətimizin 

mənəvi-siyasi pasportu, vizit vərəqidir... 

Dövlət bayrağının məhz sadaladığımız müqəddəslik parametrlərinə görədir ki, Azərbaycan xalqını təmsil 

edən Prezidentin andiçmə mərasimində o, ilk olaraq Dövlət bayrağı önündə diz çöküb onu öpür, sonra isə ölkə 

Konstitusiyasına  və  müqəddəs  «Qurani-Şərif»ə  əl  basaraq  aşağıdakı  məzmunda  and  içir:  «Azərbaycan 

Respublikası  Prezidentinin  səlahiyyətlərini  həyata  keçirərkən,  Azərbaycan  Respublikasının  Konstitusiyasına 

əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə 

and içirəm» (Azərbaycan Respublikasının Konstitusiyası, 103-cü maddə). 

Bu o deməkdir ki, ölkə Prezidenti millətimizin, xalqımızın, dövlətimizin müstəqillik və azadlığının, şərəf 

və  ləyaqətinin,  ərazi  bütövlüyü  və  milli  birliyinin  simvolu  olan  Dövlət  bayrağı  –  üçrəngli  milli  bayrağımıza 

təzim  etməklə  əslində  Azərbaycan  dövlətinə,  onun  xalqına,  bütün  vətəndaşlarına  və  dünya  azərbaycanlılarına 

hörmət  və  ehtiramını  ifadə  etmiş  olur.  Heç təsadüfi deyildir  ki,  hərbi  andiçmə  mərasimləri  də  dövlət  bayrağı 

önündə həyata keçirilir... 

Bütün  bunlar  onu  göstərir  ki,  Azərbaycanın  dövlət  müstəqilliyinin  müqəddəs  simvolu  olan  Dövlət 

bayrağına hörmət və ehtiram,  milli bayrağa  millət sevgisi  və vətəndaş sayğısı  hər bir azərbaycanlının, hər bir 

Azərbaycan vətəndaşının, hər bır uşağın, məktəblinin, şagirdin, tələbənin həyat idealı, milli fəxarəti məramına, 

Vətən  qayğısına,  millət  duyğusuna  çevrilməlidir.  Bu  mənada  Ümummilli  lider  Heydər  Əliyevin  aşağıdakı 

müdrik  kəlamı  hamıda  Dövlət  bayrağına  yeni  münasibətin  formalaşdırılmasının  aydın  proqramını  verir: 



“Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir ... Bu bizim 

müstəqil  dövlətimizin  rəmzidir...  Ona  görə  də,  gərək  hər  bir  Azərbaycan  vətəndaşı,  xüsusən  gənc  nəsil  bunu 

dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə 

bərabər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət 

etsin.  Bu  bayraq  tək  rəsmi  yerlər-də  yox,  idarələrdə,  küçələrdə,  saraylarda,  məktəblərdə  yox,  gərək  hər  bir 

ailənin həyatının əziz bir hissəsi olsun.” 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  –  üçrəngli  zolaq 

üzərində  ağ  rəngli  aypara  və  səkkizguşəli  ulduz  təsviri  olan  milli 

bayrağımız  1918-1920-ci  illərdə  mövcud  olmuş  (28.05.1918-

27.04.1920)  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  yaradılmış 

milli dövlətçilik atributlarından biridir. Tarixdən məlumdur ki, 1918-

ci  il  mayın  28-də  Azərbaycanın  Milli  Şurası  Tiflisdə  Azərbaycanın 

İstiqlal  Bəyannaməsini  qəbul  edərək  onun  müstəqilliyini  bütün 

dünyaya  bəyan  etdi.  O  zaman  Bakı  şəhəri  bolşevik-daşnak 

qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə