Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

30 



Maraqlıdır ki, Hun imperatoru Metenin Çin İmperatoruna göndərdiyi məktubda belə bir cümlə var: «Göy 

və Yerin doğurduğu, Günəş və Ayın taxta keçirdiyi Türk xanlarının Böyük Kutu ehtiramla Çin İmperatorundan 

rica edər...» 

Bu ifadələr də göstərir ki, qədim türklərdə Ay və Günəş kultu, onlara sitayiş və tapınma geniş yayılmışdı. 

Əgər  tarixşünaslıqda  qədim  türklərlə  şumerlilər  arasında  mədəni  əlaqələrin,  hətta  qohumluğun  da  istisna 

olunmadığını,  eləcə  də  hər  iki  qədim  etnosun  eyni  arealda  (Mərkəzi  və  Ön  Asiyada)  əsrlərlə  kontaktda 

olmalarını  nəzərə  alsaq,  belə  bir  ehtimal  irəli  sürmək  mümkündür  ki,  qədim  türklərdə  mövcud  olmuş  Ay  və 

Günəş  kultları  eynən  şumerlilərə,  həmçinin  sonralar  şumerlilərin  Orta  Asiyadan  köç  etdikləri  Ön  Asiyadakı 

xalqlara da keçmişdir. Beləliklə, Ay və Günəş kultu bir çox qədim Şərq xalqlarında geniş yayılmışdır. Şübhəsiz, 

qədim  şumer  abidələrində  əks  olunmuş  ay  və  səkkizguşəli  ulduz  («Günəş»  anlamında)  simvolu  əski  türk  və 

şumerlilərin  Ay  və  Günəşə  olan  inamlarının  nəticəsi  kimi  yozulmalıdır.  Osmanlı  İmperatorluğunun  ağ  rəngli 

ayparalı  qırmızı  bayrağına  XVIII  əsrin  sonunda  əlavə  edilən  və  XIX  əsrin  ortalarında  beşguşəli  ulduzla  əvəz 

edilən səkkizguşəli ulduz simvolu məhz qədim inamın Ay və Günəş kultlarına tapınmanın nəticəsi idi. Sözsüz, 

onun  sonralar  öz  yerini  müasirlik  simvolu  hesab  edilən  5  guşəli  ulduza  təhvil  verməsi  faktı  da  səkkizguşəli 

ulduzun (günəşin) qədimliyini sübut edir... 

Ay  və  Günəş  kultu  qədim  azərbaycanlılar  arasında  da  geniş  yayılmışdır.  Azərbaycanda  Aya  və  Günəşə 

sitayişlə  bağlı  arxeoloji  abidələrdə,  eləcə  də  xalçalar  üzərində  günəşin  simvolu  olan  səkkizguşəli  ulduz 

təsvirlərinin  mövcudluğu  göstərir  ki,  xalqımızın  dini,  mifik  görüşlərində  Ay  və  Günəşin  müqəddəsliyi  və  ona 

sitayiş, inam və tapınma çox qədimlərlə, əski çağlarla səsləşir. Azərbaycan xalqının maddi mədəniyyətinin şah 

əsəri  olan  Qobustan  qayaüstü  rəsmlərində  də  səkkizguşəli  ulduz  təsvirlərinə  gen-bol  rast  gəlinir.  Beləliklə, 

Azərbaycan  bayrağında  olan  və  əski  Osmanlı  İmperatorluğu  bayrağından  alınmış  ay  və  səkkizguşəli  ulduz 

təsviri  qədim  inamlarla  bağlı  olub,  biri  Ayın,  digəri  isə  Günəşin  simvoludur.  Müasir  heraldika  sənətində  də 

günəşin bayraqlarda səkkiz, yaxud on iki şüalı verilməsi halları geniş yayılmışdır. 

Beləliklə,  Azərbaycan  bayrağında  əks  olunan  simvolların təhlili  göstərir  ki,  mavi  rəng  türklüyü,  qırmızı 

rəng müasirliyi, yaşıl rəng islamlığı, aypara və səkkizguşəli ulduz isə qədim inamlarla bağlı olub Ay və Günəşi 

bildirməyə xidmət edir. 



 

Qeyd:

 Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bayraqları haqqında materialların hazırlanmasında Misir 

Mərdanov və Əsgər Quliyevin müəllifləri olduqları “Azərbaycan Respublikasının dövlət rəmzləri” (Bakı, 2001) 

və  İqrar  Əliyev  və  Elmar  Məhərrəmovun  müəllifləri  olduqları  “Azərbaycan  Respublikasının  dövlət  rəmzləri” 

(Bakı, 2008) kitablarından istifadə edilmişdir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

31 



  

Azərbaycan bayrağına dair sənədlər 

 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının  

Dövlət bayrağı haqqında qərarı  

(21 iyun 1918) 

 Gəncə şəhəri 

 

* * * 

П о с т а н о в л е н и е 

об установлении государственного 

флага Азербайджанской Республики 

21 июня 1918 г., 

г. Гянджа 

 

Признать  флагом  Азербайджана  флаг,  изготовленный  из  красной  материи  с  изображением  белого 



полумесяца и белой восьмигранной звезды на красном фоне. 

 

Mənbə: Азербайджанская Демократическая Республика (1918-1920). 

Законодательные акты (Сборник документов). Баку, 1998, с. 188. 



 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

32 



Ticarət gəmilərinin bayrağı haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı 

(1 avqust 1918)  

 

 



Постановление правительства о флагах торговых судов 

(1 августа 1918 г) 

 

Принять для судов Министерства путей сообщения Азербайджанской Республики, как образец, 



флаги турецких коммерческих судов с небольшими видоизменениями. 

 

Mənbə: Адрес-календарь Азербайджанской Республики на 1920 г.. Баку, 1920, c. 28; 

Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник 

документов). Бaкy, 1998, c.339. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

33 



Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının milli bayraq haqqında qərarı  

(9 noyabr 1918) 

 

 

* * * 

 

П о с т а н о в л е н и е 

о национальном флаге 

Азербайджанской Республики 

 

9 ноября 1918 г. 

г. Баку 

 

Национальным флагом признать флаг, состоящий из зеленного, красного и голубого цветов с белым 



полумесяцем и восьмигранной звездой. 

 

Mənbə: Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 

3aконoдaтeльные aкты (Сборник документов). Бaкy, 1998, с. 250. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə