Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

50 



iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası 

məhkəmələrinin iclas salonunda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası baş 

nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi 

sədrinin,  Məhkəmə-Hüquq  Şurası  sədrinin,  Azərbaycan  Respublikası  baş  prokurorunun,  mərkəzi  icra 

hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları 

başçılarının,  Azərbaycan  Respublikası  Milli  Bankı  idarə  heyəti  sədrinin,  Azərbaycan  Respublikası  Mərkəzi 

Seçki  Komissiyası  sədrinin,  Azərbaycan  Respublikası  Hesablama  Palatası  sədrinin,  Azərbaycan  Respublikası 

insan  hüquqları  üzrə  müvəkkilinin,  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  sədrinin,  Naxçıvan  Muxtar 

Respublikası  baş  nazirinin,  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsi  sədrinin,  Naxçıvan  Muxtar 

Respublikasının  mərkəzi  icra  hakimiyyəti  orqanları  rəhbərlərinin,  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.  

3.2.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  Azərbaycan  Respublikası  prezidentinin,  dövlət 

nümayəndə  heyəti  rəhbərlərinin,  xidməti  vəzifələrini  yerinə  yetirərkən  diplomatik  nümayəndəliklərin  və 

konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir. 

3.3. Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada 

andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir.  

 

Maddə 4Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi  

4.1.  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  təsviri  beynəlxalq  uçuşları  həyata  keçirən  Azərbaycan 

Respublikası  mülki  hava  gəmilərinin  və  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  uçuşlar  üçün 

istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur.  

4.2. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 

sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur.  

4.3.  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  təsviri  Azərbaycan  Respublikasının  dövlət 

mükafatlarının, habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi istifadə 

edilir.  

 

Maddə 5Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi  

5.1.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  yerli  özünüidarə  orqanlarının,  qeyri-hökumət 

təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.  

5.2.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  yerli  özünüidarə  orqanları,  qeyri-hökumət  təşkilatları, 

siyasi  partiyalar,  müəssisə  və  idarələr  tərəfindən  keçirilən  tədbirlər  zamanı  qaldırıla  (asıla)  və  ya  yerləşdirilə 

bilər.  

5.3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır 

(asılır) və ya yerləşdirilir.  

 

Maddə 6. Azərbaycan Respublikası Dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi  

6.1.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  dövlət  hakimiyyət  orqanları  tərəfindən  keçirilən  rəsmi 

tədbirlər və mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir.  

 

Maddə 7Azərbaycan Respublikası Dövlət bayrağının matəm günlərində və matəm mərasimlərində 

istifadəsi  

7.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  və  ya  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının dəstəyinin və ya 

dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı bayraq dirəyinin 

yarısına qədər endirilir.  

7.2. Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə 

bağlı  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  istifadəsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir.  

 

Maddə  8.  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  digər  bayraqlarla  birgə  qaldırılması 

(asılması) və ya yerləşdirilməsi  

8.1.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  qeyri-hökumət  təşkilatlarının,  siyasi  partiyaların, 

müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü 

Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.  

8.2.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  digər  dövlətlərin  dövlət  bayraqları,  habelə  beynəlxalq 

təşkilatların,  siyasi  partiyaların,  qeyri-hökumət  təşkilatlarının,  müəssisə  və  idarələrin  bayraqları  ilə  birgə 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

51 



qaldırılırsa  (asılırsa)  və  ya  yerləşdirilirsə,  qarşıdan  baxıldıqda,  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 

həmin bayraqlardan solda olmalıdır.  

 

Maddə 9Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər  

9.1.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  onun  təsviri,  onların  ölçülərindən  asılı  olmayaraq, 

Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.  

9.2.  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  sənaye  üsulu  ilə  hazırlanması,  düzəldilməsi,  rəngli 

təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rənginin - 

Red 185C rənginə, yaşıl rənginin - Green 3405 C rənginə uyğunluğu təmin edilməlidir.  

9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.  

9.4.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  ya  bayraq  dirəyi,  ya  da  xüsusi  tutqaclara  bərkidilən 

dəstək üzərində qaldırılır.  

9.5. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən 

azı üç metr hündürlükdə olsun.  

 

Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər  

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  masaların  və  ya  kürsülərin üstünə  örtük  kimi  sərilə bilməz, 

oturulan və ayaq basılan yerlərə qoyula bilməz.  

 

Maddə  11.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  haqqında  qanunvericiliyin  pozulmasına 

görə məsuliyyət  

Azərbaycan  Respublikası  Dövlət  bayrağının  bu  qanunun  tələblərinə  zidd  istifadəsi,  habelə  Azərbaycan 

Respublikasının  Dövlət  bayrağı  barədə  təhqiredici  hərəkətlər  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

uyğun olaraq məsuliyyətə səbəb olur.  

 

Maddə 12. Yekun müddəaları  

12.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.  

12.2. Bu qanun qüvvəyə mindiyi gündən 1991-ci il 5 fevral tarixli Azərbaycan Respublikasının Qanunu 

ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Əsasnamənin 3-cü, 4-cü, 6-cı və 7-ci 

bəndləri qüvvədən düşmüş hesab edilsin.  

12.3.  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  qaldırılması  (asılması),  endirilməsi,  saxlanılması  və 

istehsalı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

 

İlham ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 8 iyun 2006-cı il 

 

 

 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə