Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
58
10.3. dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının, habelə yerli özünüidarəetmə
orqanlarının rəsmi simvollarının və fərqləndirici nişanlarının Dövlət Heraldika reyestrinə
daxil edilməsini təsdiq edir.
11. Şuranın iclasları Şuranın sədrinin qərarı ilə müəyyən edilən tarixdə və yerdə keçirilir.
12. Şuranın qərarları Şuranın iclasında iştirak edən Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul
edilir. Səslər bərabər olduqda Şuranın sədrinin səsi həlledici hesab edilir.
Zərurət olduqda, Şuranın qərarları müvafiq dövlət orqanları, idarə, müəssisə və təşkilatlarına,
habelə yerli özünüidarəetmə orqanlarına göndərilir.
13. Şuranın iclasları protokollarla rəsmiləşdirilir. Həmin protokollar Şuranın sədri və katibi
tərəfindən imzalanır.
14. Şuranın fəaliyyətinin təşkilati təminatı Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatının Humanitar siyasət məsələləri şöbəsi, maddi-texniki təminatı Azərbaycan Respublikası
Prezidentinin İşlər idarəsi tərəfindən həyata keçirilir.
***
2 nömrəli əlavə
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 7 fevral tarixli 362 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir
Dövlət heraldika reyestri haqqında
Əsasnamə
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Əsasnamə Dövlət heraldika reyestrinin (bundan sonra - reyestr) tərtib edilməsi və
aparılması məsələlərini tənzimləyir.
2. Reyestr dövlət orqanları, idarə, müəssisə və təşkilatlarının, habelə yerli özünüidarəetmə
orqanlarının (bundan sonra - təşkilat) rəsmi simvollarının və fərqləndirici nişanlarının
sistemləşdirilməsi, habelə onların yaradılmasının və istifadə edilməsinin qaydaya salınması məqsədilə
yaradılır.
3. Azərbaycan Respublikasında bütün təşkilatların rəsmi simvolları və fərqləndirici nişanları
reyestrdə qeydiyyata alınmalıdır.
4. Təşkilatın rəsmi simvollarına və fərqləndirici nişanlarına təşkilatın bayraqları, gerbləri,
emblemləri, təltifləri, habelə həmin təşkilatın əməkdaşlarını başqa təşkilatların əməkdaşlarından
fərqləndirməyə imkan verən nişanları aiddir.
II. REYESTRİN TƏRTİB EDİLMƏSİ VƏ APARILMASI
5. Reyestr Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurası (bundan sonra -
Şura) tərəfindən tərtib edilir və aparılır.
6. Təşkilat onun rəsmi simvollarının və fərqləndirici nişanlarının reyestrdə qeydiyyata alınması
üçün Şuraya rəsmi müraciət edir.
7. Bu Əsasnamənin 6-cı bəndində nəzərdə tutulan müraciətə aşağıdakı sənədlər əlavə edilir:
7.1. təşkilatın rəsmi simvollarının və fərqləndirici nişanlarının qrafik və sözlə təsviri;
7.2. təşkilatın rəsmi simvollarının və fərqləndirici nişanlarının Şuraya təqdim edilən
formada təsdiq edilməsi haqqında təşkilatın qərarı;
7.3. təşkilatın zəruri hesab etdiyi digər sənədlər.
8. Şura zərurət olduqda təşkilatdan rəsmi simvollar və fərqləndirici nişanlar ilə bağlı tarixi
arayışlar, həmin simvolların və nişanların və ya onların ayrı-ayrı elementlərinin izahını (şərhini),
habelə zəruri hesab etdiyi digər məlumatları tələb edə bilər.
9. Təqdim edilən materialları araşdırdıqdan sonra Şura aşağıdakı qərarlardan birini qəbul edir:
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
59
9.1. təşkilatın rəsmi simvollarının və fərqləndirici nişanlarının reyestrdə qeydiyyata
alınması barədə;
9.2. təşkilatın rəsmi simvollarının və fərqləndirici nişanlarının reyestrdə qeydiyyata
alınmasından imtina edilməsi barədə;
9.3. təşkilatın rəsmi simvollarının və fərqləndirici nişanlarının reyestrdə qeydiyyata
alınmasının dayandırılması barədə.
10. Bu Əsasnamənin 9.1-ci bəndində nəzərdə tutulan qərara uyğun olaraq təşkilatın rəsmi
simvolları və fərqləndirici nişanları onların qrafik və sözlə təsvirinin reyestrə daxil edilməsi vasitəsilə
qeydiyyata alınır.
11. Təşkilatın rəsmi simvollarının və fərqləndirici nişanlarının reyestrdə qeydiyyata alınması
Şuranın katibinin imzası və üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş möhür
ilə təsdiq edilir.
12. Təşkilatın rəsmi simvollarının və fərqləndirici nişanlarının reyestrdə qeydiyyata alınması
reyestrdən verilən çıxarışla təsdiq edilir. Çıxarışa təşkilatın reyestrdə qeydiyyata alınmış rəsmi
simvolunun və fərqləndirici nişanının qrafik və sözlə təsviri əlavə edilir.
Reyestrdən çıxarış bu Əsasnamənin 9.1-ci bəndində nəzərdə tutulan qərar qəbul edildikdən sonra
ən geci on beş gün müddətində maraqlı təşkilata göndərilir (təqdim edilir).
13. Əgər reyestrdə qeydiyyata alınması xahiş edilən rəsmi simvollar və fərqləndirici nişanlarla
tamamilə eyni və ya çox oxşar qrafik və sözlə təsvirə malik olan rəsmi simvollar və fərqləndirici
nişanlar artıq qeydiyyatdadırsa və ya belə simvolların və ya nişanların reyestrdə qeydiyyata alınması
barədə Şuraya zaman baxımından daha tez edilmiş müraciət mövcuddursa, bu Əsasnamənin 9.2-ci
bəndində nəzərdə tutulan əsaslandırılmış qərar qəbul edilir.
14. Şura təşkilatın reyestrdə qeydiyyata alınması xahiş edilən rəsmi simvollarının və
fərqləndirici nişanlarının qrafik və (və ya) sözlə təsvirində müəyyən dəyişikliklərin aparılmasını
məqsədəuyğun hesab etdikdə və ya bu Əsasnamənin 8-ci bəndi ilə müəyyən edilmiş hallar mövcud
olduqda, bu Əsasnamənin 9.3-cü bəndində nəzərdə tutulan qərar qəbul edilir.
Bu qərarda onun qəbul edilmə səbəbləri konkret əsaslandırılmalıdır. Şura həmin qərara öz
tövsiyələrini daxil edə bilər.
Maraqlı təşkilat qərarda göstərilənləri nəzərə aldıqdan sonra bu Əsasnamənin 6-cı və 7-ci
bəndləri ilə müəyyən edilmiş qaydada yenidən Şuraya müraciət etmək hüququna malikdir.
15. Bu Əsasnamənin 9.2-ci və 9.3-cü bəndlərində nəzərdə tutulan qərarların surətləri həmin
qərarlar qəbul edildiyi gündən ən geci yeddi gün müddətində maraqlı təşkilata göndərilməlidir (təqdim
edilməlidir).
III. YEKUN MÜDDƏALAR
16. Reyestrdə qeydiyyata alınmamış rəsmi simvolların və fərqləndirici nişanların Azərbaycan
Respublikasının ərazisində istifadə edilməsinə yol verilmir.
17. Bu Əsasnamənin pozulmasında təqsirli olan şəxslər qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.