Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
77
tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş bayrağı itirildikdə, hərbi hissənin (sərhəd dəstəsi,
sərhəd gözətçi gəmilər dəstəsi, avia dəstəsi, sərhəd nəzarəti dəstəsinin) komandiri və məsul hərbi
qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb
olunmalı, hərbi hissə (sərhəd dəstəsi, sərhəd gözətçi gəmilər dəstəsi, avia dəstəsi, sərhəd nəzarəti
dəstəsi) isə ləğv edilməlidir.
***
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
–
Sərhəd Qoşunlarının və hərbi hissələrinin
Döyüş bayrağının
təsviri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
–
Sərhəd Qoşunlarının və hərbi hissələrinin
Döyüş Bayraqları
iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.
Bayrağın
qumaşı
düzbucaqlıdır, eni 90 sm, uzunluğu
150 sm-dir. Qıraqları üç tərəfdən
qızılı
rəngli
ipək
saçaqlarla
köbələnmiş,
ikiqatlı
üçrəngli
(Azərbaycan Respublikasının Dövlət
Bayrağı rəngində) ipək faydan
hazırlanmışdır.
Qumaşın üz tərəfində qırmızı
zolağın ortasında ağ ipəkdən 30 sm
hündürlükdə aypara və 15 sm
hündürlükdə səkkizguşəli ulduz
tikilmişdir (şək. 1).
Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Dövlət Sərhəd Xidmətinin emblemi
(hündürlüyü 55 sm) ipəkdən tikilmişdir. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir.
Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda ipək sapla:
sərhəd qoşunlarının bayrağında «Dövlət Sərhəd Xidməti» və «Sərhəd
Qoşunları» sözləri (şək. 2);
sərhəd dəstəsinin bayrağında «Sərhəd Qoşunları» və «00-ci Sərhəd Dəstəsi»
(sərhəd gözətçi gəmilər dəstəsi, aviasiya dəstəsi, sərhəd nəzarəti dəstəsi) sözlərlə sərhəd
dəstəsinin nömrəsi (şək. 3);
hərbi hissənin bayrağında «Sərhəd Qoşunları» və «0000 saylı hərbi hissə»
sözlərlə hərbi hissənin nömrəsi və adı tikilir (şək. 4).
Rəqəmlərin hündürlük ölçüsü 7,0 sm, yazının hərflərinin
ölçüsü 4,5 sm-dir. Hərbi hissənin
adındakı hərflərin sayından asılı
olaraq, rəqəmlərin ölçüsü 5,0 sm-
ə, hərflərin ölçüsü 4,0 sm-ə qədər
azaldıla bilər.
Bayrağın
dəstəyi
en
kəsiyinin
diametri
4,0
sm,
uzunluğu 250 sm olan girdə
ağacdandır.
Ağac dəstək tünd qəhvəyi
rəngdə rənglənib, laklanıb, aşağı
ucunda
metal
halqa, yuxarı
ucunda isə nikellənmiş fiqurlu
ucluq vardır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
78
Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazlar var. Qaytanın
uzunluğu 270-285 sm-dir.
***
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
–
Sərhəd Qoşunlarının
Hərbi-Dəniz bayraqlarının
təsviri
Hərbi-Dəniz Bayrağı ipək faydan hazırlanmış düzbucaqlı qumaşdır.
Bayraq qumaşının yaşıl fonunda yuxarı sol yarısında
(küncündə) yerləşdirilib (şək.5): ağ fonunun aşağı kənarı boyunca iki
mavi dalğavari zolaq, qırmızı aypara və ondan sağda səkkizguşəli
ulduz, lövbər kanatı dolanmış mavi rəngli lövbər.
Bayrağın ölçüləri: eni 114 sm, uzunluğu 150 sm-dir; ensiz mavi
zolağı 5 sm, enli - 15 sm, zolaqlar arasındakı məsafə 5 sm; ayparanın
yuxarı nöqtəsindən bayrağın yuxarı kənarına qədər, eləcə də
ayparanın aşağı nöqtəsindən bayrağın mavi zolağına qədər məsafə 5
sm; ulduzun diametri 7 sm; lövbərin hündürlüyü 22 sm, eni 15 sm-
dir.
Sərhəd gözətçi gəmilərinin vımpelləri (şək.6, 7) iki şüa ilə
qurtaran uzun ensiz yaşıl rəngli zolağı olan kiçildilmiş ölçülü
Azərbaycan
Respublikası
Hərbi-Dəniz
Bayrağıdır.
Vımpellərin
ölçüləri:
breyd vımpel
–
eni 20 sm, uzunluğu 125 sm; vımpel eni 15 sm, uzunluğu 150 sm-dir.
Sərhəd gözətçi gəmilərində olan vəzifəli şəxslərin bayraqları
Azərbaycan Respublikasının Prezidenti
–
Silahlı Qüvvələri Ali Baş Komandanının Bayrağı (şək.
8)
–
Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan Azərbaycan Respublikası Sərhəd
Qoşunlarının
Hərbi-Dəniz
Bayrağıdır.
Azərbaycan
Respublikası Dövlət Gerbinin
təsviri Hərbi-Dəniz Bayrağının
yuxarı sağ küncündə yerləşdirilir.
Azərbaycan
Respublikası
Dövlət Sərhəd Xidməti rəisi
–
Sərhəd
Qoşunlarının
Komandanının Bayrağı (şək. 9)
–
diametri 30 sm olan üç
səkkizguşəli
ulduz
olan
Azərbaycan Respublikası Sərhəd
Qoşunlarının Hərbi-Dəniz Bayrağıdır.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
–
Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin
Bayrağı (şək. 10)
–
diametri 30 sm olan iki səkkizguşəli ulduz olan Azərbaycan Respublikası Sərhəd
Qoşunlarının Hərbi-Dəniz Bayrağıdır.