Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
52
«Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(19 iyul 2004)
«Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi
qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının vəfat etmiş
(həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının
istifadəsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Dövlət bayrağının
qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydalarını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının
layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan
Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan
Respublikası Qanununun 7.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 7.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul 2004-cü il
№ 92
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
53
«Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi,
saxlanılması və istehsalı Qaydaları»nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
(25 mart 2005)
«Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli, 92
nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və
istehsalı Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.
RASİ-ZADƏ
Bakı şəhəri, 25 mart 2005-ci il
Qərar № 55
Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi,
saxlanılması və istehsalı
Qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 25 mart tarixli,
55 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1. Bu Qaydalar «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul
tarixli, 92 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması
(asılması), endirilməsi, saxlanılması və istehsalı qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı «Azərbaycan Respublikasının Dövlət bayrağının
istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 2.1-ci və 2.4-cü
maddələrində nəzərdə tutulan binaların üzərində (binanın dam hissəsi günbəz şəkillidirsə, günbəzin üstündə) və
ya bu mümkün olmadıqda, binanın fasadında əsas giriş qapısının üstündə daimi qaldırılır.
3. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi
tədbirlər və mərasimlər zamanı da qaldırılır (asılır).
Xarici dövlətlərin başçılarının və digər xarici nümayəndə heyətlərinin Azərbaycan Respublikasına səfəri
zamanı Dövlət bayrağının qaldırılması qaydası Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli,
97 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas Qaydaları» ilə
tənzimlənir.
4.
Azərbaycan
Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərinin və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərinin və konsulluqlarının başçılarının iqamətgahları üzərində qaldırılır:
a) Azərbaycan Respublikasının bayram və matəm günlərində;
b) olduğu ölkənin milli bayram günlərində, matəm günlərində, habelə yerli təcrübəni nəzərə almaqla
başqa günlərdə;
c) beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq.