şöhrətli olduğunu elan etməklə Aratta hökmdarı qarşısında eynilə
həmin şərtləri qoyur, ondan əqiq və lazurit tələb edir.
Enmerkar elçi qayıtdıqdan sonra müxtəlif rəmmallara
müraciət edir. Məsələn, o, “işıqdan qaranlığa, qaranlıqdan işığa
aparan “susima” qamışı götürür; “beş il, on il keçdikdən sonra”
Enmerkar həmin qamışı kəsir.
Bundan sonra o, öz elçisini yenidən Arattaya göndərir, bu
dəfə heç bir cavabsız özünün hökmdar əsasını ona verir. Bu
hakimiyyət simvolu Aratta hökmdarını lərzəyə salır. O, öz
“şatamması” (görünür, vəzifəsi heç də aydın olmayan məsləhətçisi)
ilə məsləhətləşir. Onun və bütün xalqın İnannanın qəzəbinə gəldiyini
kədərlə söyləyir və Enmerkara güzəştə getməyə meyilli olduğunu
deyir. Bununla belə, Enmerkara yenidən çağırış göndərir. O, ilkin
plana qayıdaraq yenidən təklif edir ki, işi iki döyüşçünün savaşı ilə
yoluna qoyaq. Onda “kimin güclü olduğu aydınlaşacaq”.
Çağırış olduqca dumanlı ifadələrlə tərtib edilmişdir. Orada
deyilir ki, döyüş üçün seçilmiş hərbçi “nə qara, nə ağ, nə san, nə
palıdı, nə çil-çil olmalıdır. Bütün bunlar savaş üçün seçilmiş döyüşçü
haqqındadırsa, heç bir məna vermir.
Elçi yenidən Uruka qayıdır. Onda Enmerkar elçini özünün üç
bənddən ibarət ültimatumu ilə yenidən Arattaya göndərir:
1)
Enmerkar Aratta hökmdarının çağırışını qəbul edir və
öz yaxınlarından birini arattalı döyüşçü ilə savaşa göndərməyə
hazırdır;
2)
Enmerkar Aratta hökmdarından lirukda İnannanın
məbədi üçün qızıl, gümüş və qiymətli daşlar toplamağı tələb edir,
3)
Enmerkar yenə do hədələyir ki, əgər hökmdar və xalq
Eridııda müqəddəs yerin ucaldılması üçün “dağ daşlan” gətirməsələr
Arattanı yerlə yeksan edəcək.
Enmerkarın ültimatumunun əvvəlində savaş üçün seçilən
döyüşçünün rəngi ilə əlaqədar Aratta hökmdarının şərtlərinə
müəyyən dərəcədə aydınlıq gətirilir. Burada “döyüşçü” sözü “libas”
sözü ilə əvəz olunur. Görünür,
söhbət döyüşçünün
xarici
görünüşündən deyil, paltarından gedir.
34
Poemanın sonrakı davamı xüsusi maraq kəsb edir. Biz əgər
mətni düz başa düşürüksə, onda deyilir ki, Kullab hakimi Enmerkar,
poema müəllifinin rəyinə görə, palçıq lövhəciklərdə yazmağa
başlayan ilk adamdır: guya bu üsulu ona görə seçmişdir ki, onun
“çəpdilli” elçisi cavabı olduğu kimi çatdıra bilmirdi (bəlkə də onun
həddən artıq uzun olduğuna görə).
Amma hekayənin üzərinə qayıdaq. Deməli, elçi lövhəciyi
Aratta hömdarına verir və cavab gözləyir. Ancaq burada görünməmiş
hadisə baş verir. Aratta hakimi qəfildən kömək alır! Şumer yağış və
şimşək allahı İşkur gözlənilmədən ona vəhşi buğda və paxla gətirir.
Aratta hökmdarı buğdanı görəndə özünə gəlir. Yenidən özündə güc
tapan hökmdar elçiyə deyir ki, İnanna “Arattada öz evini və öz
taxtını” heç də atmamışdır.
Sonrakı mətn parçalardan ibarətdir və ardıcıllığını müəyyən
etmək getdikcə çətinləşir. Ancaq bir şey aydındır: Aratta xalqı son
nəticədə İnanna üçün Uruka həm qızıl, həm gümüş, həm lazurit
gətirib onları Eanna məbədinin həyətinə yığır. Şumerdə tapılmış epik
poemalar arasında dünya ədəbiyyatında bu janrda yazılmış ilk ən
uzun əsər belə qurtarır.
“Enmerkar və Aratta hökmdarı” poeması 20 lövhəcik və
fraqmentlər əsasında bərpa edilmişdir. Onlardan ən mükəmməli
indiyədək İstanbulun Qədim Şərq Muzeyindəki 12 sütunlu lövhəcik
sayılır. Artıq yuxanda qeyd edildiyi kimi, onun surəti 1946-cı ildə
mənim tərəfimdən çıxarılmışdır. Poemanın mütəxəssislər üçün elmi
nəşri-tərcümə və şərhlərlə şumer mətni —
1952-ci ildə Pensilvani
universitetinin Muzeyi tərəfindən dərc edilmişdir8. Bir sıra
mübahisəsiz məziyyətlərə malik ilk epik qəhrəmanlıq poeziyası
nümunəsi olan bu əsər hətta mütəxəssis olmayanlann da diqqətini
cəlb etməlidir Ona görə də mən aşağıda poemanın birinci yarısından
daha yaxşı qalmış parçaların hərfi tərcüməsini verəcəyəm. Bu,
poemanın spesifik üslubu, əhvalı və ruhu haqqında təsəvvür yaradır.
Enmerkarın ilahə İnannaya müraciəti və onun cavabı,
Emerkarın öz elçisinə verdiyi göstərişlər və onların elçi tərəfindən
Aratta hökmdarına çatdırılması, qəzəblənmiş Aratta hökmdarının
cavabı; İnannanın indi onun tərəfində olması barədə izahatla
35
Enmerkann ikinci müraciəti və nəhayət, Aratta hökmdarının çaş-baş
qalmasının təsviri həmin parçalardandır.
Onda ali kahin-hökmdar, işıqlı ürəkli İnannanm seçdiyi.
Parıltılı dağ daşlarından işıqlı ürəkli İnannanm seçdiyi.
Öz bacısı, istəkli ilahəyə.
İnannaya belə sitayiş edir:
“ - Bacım mənim İnanna, qoy Uruk üçün
Gözəl qızıl-gümüş işləsinlər Aratta sakinləri.
Nəcib lazuriti lay-lay,
Elektr, təmizlənmiş lazurit...
Uruka müqəddəs dağı gətirsinlər.
Aşian evi, sənin taxt-tac yerin
Orda Evina sənin üçün tiksinlər.
Müqəddəs yataq otağını sənin9,
Qoy Arattanm ürəyində zərif bəzəsinlər.
Mən özüm, lacivərd rəngli gənc öküzcüyəz, orda səninlə
uzanaram!
Aratta Uruka tabe olsun!
Qoy Aratta sakinləri
Öz dağlarından dağ daşlan gətirsinlər mənə!
Böyük müqəddəs yer tiksinlər mənə, böyük saray ucaltsınlar
mənə,
Böyük məbəd, parlayan allah məbədi ucaltsınlar mənə,
Kullaba göndərsinlər birbaş mənim Sutimi.
Müqəddəs dağa bənzər Abzanı ucaltsınlar mənə!
Mənim üçün meşəli dağa bənzər Ereduqu müqəddəs
saysınlar!
Çoxrəngli panltıya bənzər müqəddəs Abzanı kökündən
ucaldıb bəzəsinlər.
Abzadan nə vaxt ki təriflər söylərənı,
Ereduqdan nə vaxt ki Sutini gətirərəm,
Kahinlik çələngini nə vaxt ki müqədəslik-məbəd kimi
üzərimə götürərəm,
Urukda, Kullabda tacımı başıma qoyaram.
36
Məni, baş müqəddəs yerdən xeyirxahı müqəddəs yataq
otağına aparacaqlar,
Müqəddəs yataq otağımdan baş müqəddəs yerə aparacaqlar!
Xalq heyranlıqla ah çəkəcək.
Utu da şadlıqdan kənar qalmayacaq”.
Onda, xanım, göyün yüksək şəfəqi bütün ölkələrə baxacaq.
İnanna, şahı-Amauşumqalanna,
İnanna, bütün ölkələrin hakimi,
Utu oğlu Enmerkara deyir:
- Enmerkar, sənə söz deyirəm, sözümü anla,
Diqqətlə qulaq as məsləhətimə!
Seçmə döyüşçülərin arasından sənin sözlərin üçün elçi seç,
Müdrik İnannanm tutarlı sözlərini-onun Suteyini aparacaq!
Parlayan dağlara qalxacaq,
Parlayan dağlardan enəcək!
Suzam, dağlar ölkəsi Anşana
Balaca siçan kimi qoy, səssiz baş əysin,
Bu böyük dağların qorxunc gücünə.
Qoy tozla yollar örtülsün,
Aratta Unıka tabe olsun.
Aratta əhli doğrudan da
Öz dağlarından dağ daşları gətirəcək sənə.
Böyük ziyarətgah tikəcək sənə, böyük taxt-tac ucaldacaq
sənə!
Böyük məbəd, allah məbədi ucaldacaq sənə.
Sənin Sutini həqiqətən Kullaha göndərəcək,
Sənə müqəddəs dağa bənzər Abzunu ucaldacaq,
Meşəli dağlara bənzər Ereduqu sənə təqdim edəcək.
Çoxrəngli işartıya bənzər müqəddəs Abzunu kökündən
ucaldacaq sənə!
Elə ki Abzudan təriflər söyləyəcəksən,
Ereduqudan Sutini gətirəcəksən,
Elə ki, kahinlik yüksəkliyinə müqəddəs kimi çatacaqsan.
Elə ki, Urukda, Kullabda tacı başına qoyacaqsan,
37
Dostları ilə paylaş: |