Bir çox müasir valideynlər kimi, ata oğlunun onun peşəsinin
davamçısı - mirzə olmaq istəməməsindən daha çox kədərlənir. O,
oğlunu dostlarından, tanışlarından və qardaşlarından irəli getməyə,
atasının peşəsini seçməyə təhrik edir. Bu peşə başqalarından çətin
olsa da, yazı ustalığı allahın fikirləşib insanlara bəxş etdiyi bütün
sənətlərin ən mürəkkəbidir. Ata deyir ki, bu peşə insanın təcrübəsini
poetik formada gələcək nəslə ötürmək üçün çox vacibdir. Hər halda
oğul atasının davamçısı olmalıdır, çünki allahların hakimi Enlil belə
əmr etmişdir.
Oğlunun insana layiq fəaliyyətlə məşğul olmaq əvəzinə
maddi
nemət
arxasınca
qaçmaqla
əlaqədar atanın
axırıncı
məzəmmətlərindən sonra mətnin mənası anlaşılmaz olur. Belə
təsəvvür yaranır ki, oğlunu həqiqət yoluna qaytarmaq məqsədilə qısa,
aforistik ifadələr səslənəcək. Hər necə olsa da sonluq uğurludur. Ata
oğluna xeyir-dua verir və yalvarır ki, onların ailə allahı (ay allahı
Nanna) və onun arvadı ilahə Hinqahn səxavəti onun üstündə olsun.
Mətnin daha yaxşı anlanan parçalanmır, sonuncu olmayan,
demək olar ki, dəqiq tərcüməsi budur. Yalnız aydın olmayan ayn-
ayrı ifadələr yaxud zədələnmiş sətirlər buraxılmışdır6.
Hara hazırlaşmısan?
Heç yerə hazırlaşmamışam.
Əgər sən heç yerə getmirsənsə öz günlərim necə
keçirirsən?
Məktəbə get, məktəbdə otur.
Tapşırığı oxu, tapşırığı həll et.
Palçıq lövhəciyi yaz.
Qoy “məktəbli böyük qardaşın” sənə təzə palçıq lövhəcik
yazsın.
Öz ev tapşırığını qurtardınmı,
Öz sinif nümayəndənə cavab verdinmi, oııda yanıma gəl.
Mən nə dediyimi başa düşdünmü?
Bəli, başa düşdüm, cavab verə bilərəm.
Onda cavab ver.
-
Cavab verərəm.
-
Danış görüm.
26
-
Deyərəm.
-
Tez danışsana!
-
Sən mənə dedin məktəbə gedim.
Dərsə cavab verim. Tənliyi həll edim.
Palçıq lövhəciyi yazım.
“Məktəbli böyük qardaşım” mənim lövhəciyimi yazsın.
Tapşırığımı həll edib qurtarandan sonra, öz əməyimə
qayıdaraq;
Onu sinif nümayəndəsinə danışdıqdan sonra yanına gəlim,
bunları dedin mənə sən.
Onda get, adam ol.
Meydanlarda dik durma, səfehlənmə.
Küçələrdə veyllənmə.
Döngələrlə gedəndə ətrafa gözlərini zilləmə.
Mən sənin üçün çalışıram!
Əgər
mən sənə öyüd verirəmsə,
Onda nəsihətə nə edirlər,
Kiçiklər ona tabe olmağa borclu deyillərmi?
Bax, mən ancaq sənin üçün yaşayıram,
Sən isə küçələrdə veyillənirsən! ..
Məııdən öyrən, yaşlılardan öyrən!
Tam həddi - bııluğa çatana qədər.
Ürəyinlə, ciyərinlə mühakimə edirsən, ancaq sənin cismin
həiə möhkəmlənməyib.
Mən sənə necə qayğı göstərirəmsə,
Heç kim öz oğluna belə qayğı göstərmir!
Təbiətin sənə bəxş etdiyi qabiliyyətlə heç kim səninlə
müqayisəyə gəlməz!
...
Sən avaralar kimi hərəkət edirsən, sənin əlin sənə layıq deyil.
Axtarsan, bizim ailənin içərisində.
S ə n ə
bənzəyəni tapılmaz!
İndi mənim sənə söylədiklərim,
Həqiqətdə qaranlığı aydınlaşdırar!..
Sənin tənbəlliyini, sənin yalanını qəbul etmirəm!
Mənim ürəyim həddindən artıq doludur,
27