Tap öz allahının mərhəmətini!
Başını dik qaldır, sinəni düzəlt-insansan axı!
Adını çəkəcək gözəl şəhərin!
Qeyrətli ad, doğru söz verəcək sənə allahın!
Nanna allahında axtar lütfkarlığı!
Ninqal ana sığallayar başını!
Nisaba eşq olsun sənə!
Çoxları bununla razılaşmasa da, dünyanı müəllimlər, şairlər,
insanlıq carçıları humanistlər deyil, dövlət xadimləri, siyasətçilər və
əsgərlər idarə edirlər. Ona görə də bizim 4-cü fəsil tarixdə ilk "‘güc
siyasətinə” və 5000 il bundan əvvəl “beynəlxalq münaqişələri” bu
cür siyasətin köməyi ilə həll etməyə cəhd göstərən Şumer hakiminə
həsr olunacaq.
30
4. BEYNƏLXALQ MÜNASİBƏTLƏR.
BİRİNCİ “ƏSƏBLƏR MÜHARİBƏSİ”
Türklər İstanbulun Mərmərə dənizinin daraldığı, Qızıl
Buynuz körfəzi ilə çay kimi nazik Bosforun birləşdiyi hissəsini Saray
burnu adlandırırlar. İstanbulun istilaçısı sultan II Mehmet 500 il
əvvəl burada öz sarayını ucaltmış və onu dağılmaz divarlarla əhatəyə
almışdır. Sonrakı yüzilliklərdə onun ardıcılları yeni məscidlər və
pavilyonlar, yeni fontanlar tikərək və bağlar salaraq bu iqamətgahın
ərazisini tədricən genişləndirmişlər. Bir zamanlar hərəmxana
sakinləri öz qulluqçuları ilə hamar döşənmiş həyətlərdə ağacların
kölgəsində gəzinirdilər. Ottoman Limanının hökmdarlarının özləri də
əyanların müşayəti ilə burada əylənirdilər. Sarayın qapılan hamının
üzünə açılmırdı, saray həyatının sirlərinə bələd olan seçilmişlərin
sayı isə daha az idi.
Ancaq sultanların dövrü keçdi və “Saray burnu” tamam
dəyişdi. Zamanın hökmü ilə yüksək qülləli divarlar dağıldı, bağlar
hazırda İstanbul əhlinin sərinlik tapdığı ictimai parklara çevrildi.
Binaların
özlərinə
gəlincə-qadağalı
saraylar
onlara birləşən
pavilyonlarla birlikdə muzeylərə çevrildi. Sultanlar daha buraya
qayıtmayacaqlar. Türkiyə respublika olmuşdur.
Budur, mən həmin muzeylərin birində, Qədim Şərq
Muzeyində oturmuşam. İşıq çoxsaylı pəncərələrdən böyük masanın
üstünə düşür. Geniş üzlü, fikirli gözlü kişinin portreti divardan
asılmışdır. Bu, Türkiyə respublikasının yaradıcısı Kamal Atatürkdür.
XX əsrin ən görkəmli siyasi xadimlərindən biri olan bu insan
haqqında çox şeylər yazmaq olardı. Hətta yeni bütöv bir era açmış
müasir qəhrəmanlarla məşğul olmaq mənim işim deyil. Mən
şumeroloqam və özümü bütünlüklə uzaq keçmişin unudulmuş
qəhrəmanlarına həsr etməyə borcluyam.
Mənim qabağımda masanın üstündə palçıq lövhəcik var.
Təxminən 4000 il əvvəl naməlum Şumer mirzəsi onun üzərində mixi
yazısı işarələri cızmışdır. Lövhəcik 23/23 sm ölçüdə kvadrat
formasındadır, yəni adi makina vərəqindən kiçikdir. Ancaq mirzə bu
31
lövhəciyi on iki sütuna bölmüş və orada çox kiçik işarəciklərlə
qəhrəmanlıq poemasının 600-dən çox sətrini yazmağa müvəffəq
olmuşdur. Bu poemam “Enmerkar və Arattanm hökmdarı-’
adlandırmaq olar. Onda təsvir olunan hadisələrin təxminən beş min il
bundan əvvəl baş verdiyinə baxmayaraq, poema təəccüb doğuracaq
dərəcədə müasir səslənir. Orada “güc mövqeyindən siyasət”
tərəfdarlarının bəzi priyomlannı canlı surətdə xatırladan beynəlxalq
münaqişə təsvir edilir.
Poema bizim mirzənin doğumundan bir neçə yüzilliklər əvvəl
Cənubi Mesapotamiyada Şumer Qəhrəmanı Enmerkann Dəclə və
Fərat çayları arasında yerləşən Uruk şəhər-dövəltini necə idarə
etdiyindən danışır. Urukdan uzaq şimalda Farsidə Aratta adlanan
digər şəhər-dövlət yerləşirdi. O Urukdan yeddi dağ silsiləsi ilə ayrılır
və elə yüksəklikdə dururdu ki, ona qalxmaq, demək olar ki, mümkün
deyildi.
Aratta özünün var-dövləti ilə şöhrət tapmışdı. Burada İkiçay
aran düzənliyində yerləşən Uruk şəhərinə çox lazımlı olan metal və
tikinti daşı çox idi. Ona görə Enmerkann Arattanun qiymətli
xəzinəsinə iştaha ilə baxmasında təəccüblü heç nə yoxdur. O, nəyin
bahasına olur-olsun Aratta xalqını və onun hökmdarım özünə tabe
etməyi qərara aldı və bu məqsədlə onlara qarşı özünə məxsus
“əsəblər müharibəsinə” başladı. Arattanın hakimini və sakinlərini o
dərəcədə qorxutmağa nail oldu ki, onlar Uruka tabe oldular. “Əsəblər
müharibəsi” uduldu.
Bütün bunlar haqqında sakit, tələsmədən, lüzumsuz sözlərlə,
qısası - bütün zamanlarda və xalqlarda mövcud olmuş ənənə üsulu
ilə danışılır.
Poema Urukun və Kullabın (Uruk şəhərinin bir hissəsi yaxud
ona yaxın yaşayış məskəni) şöhrətləndirilməsi ilə başlayır Müəllif
xüsusilə nəzərə çarpdırır ki, Urukun Arattadan üstün olmasına ilahə
İnanna havadarlıq etmişdir. Bu girişdən sonra hadisələrin təsviri
başlayır.
Günəş allahı Utunun oğlu Enmerkar bir dəfə Arattanı özünə
tabe etmək qərarına gələrək Şumerin qüdrətli məhəbbət və müharibə
ilahəsi, bacısı İnannanın yanına gedərək ondan elə etməyi xahiş edir
32
ki, Aratta sakinləri ona qızıl, gümüş, lazurit və qiymətli daşlar
gətirsinlər, həmçinin müqəddəs yerlər və məbədlər, o cümlədən
Erudu şəhərində su allahı Enki üçün Abzu məbədini tiksinlər.
İnanna Enmerkan dinlədikdən sonra məsləhət görür ki,
Uruku Arattıdan ayıran yüksək Anşan dağlarını aşmağa qadir olan
layiqli elçi seçsin. O, söz verir ki, Aratta xalqı Enmerkara tabe olacaq
və nə istəyirsə onun üçün tikəcək. Enmerkar elçini seçir və onu
Aratta hökmdarının yanma göndərir. O, hədələyərək sifariş göndərir
ki. əgər Aratta xaldı dağlardan ona qızıl və gümüş göndərməsə və
allah Enki üçün zəngin bəzədilmiş məbəd tikməsə şəhəri alt-üst
edəcək.
Enmerkar Aratta hakiminə daha güclü təsir bağışlamaq
məqsədilə səfirinə “Enkinin ovsununu” söyləməyi əmr edir. Orada
Yer və onun sakinləri üzərində allah Enlilin vahid ağalığı zamanı
bəşəriyyətin “qızıl əsrinə” Enkinin son qoymasından söhbət gedir.
Enmerkann elçisi yeddi dağ silsiləsini aşaraq Arattaya gəlir,
ağasının bütün əmrlərini səhərin hökmdarına çatdırır və cavab tələb
edir Ancaq Arattanın hakimi Enmerkara güzəştə getmək istəmir. O,
özünün də İnannanın sevimlisi olduğunu elan edir və onu Aratta taxt-
tacına ilahənin özünün yüksəltdiyini təsdiq edir. Onda səfir hazırda
İnannanın Urukda “Eannanın çarı” olduğunu və Enmerkara Aratta
üzərində ağalıq edəcəyinə söz verdiyini söyləyir.
Bundan təşvişə düşən Aratta hökmdarı elçi vasitəsilə
göndərdiyi cavabında Enmerkarı silaha əl atmaq istəyinə görə
məzəmmət edir. Hökmdar hər tərəfdən öz ölkəsini təmsil edən iki
döyüşçünün savaşı yolu ilə bütün məsələlərin həllini üstün tutur.
Bununla yanaşı İnannanın ondan üz döndərdiyi üçün Enmerkara bir
şərtlə tabe olacağını bildirir ki, o, Aratta hakiminə çoxlu taxıl
göndərsin. Uruka qayıdan elçi cavabı Enmerkara çatdırır.
Enmerkar qərar qəbul etməmişdən əvvəl, görünür, hansısa
mərasimin hissəsi olan bir neçə ayin həyata keçirir. Müdriklik ilahəsi
Nidaba ilə məsləhətləşdikdən sonra qoşqu heyvanlarım taxılla
yükləyərək elçisinə karvanı Arattaya aparmağı tapşırır. Elçi bununla
birlikdə Enmerkann cavabını da apanr. Enmerkar özünün güclü və
33
Dostları ilə paylaş: |