fraqmentlər tanınmışdır. Onlann arasında yaxşı saxlanmış dörd
sütunlu lövhəcik, üstündə bir-iki sətrin salamat qaldığı çoxlu parçalar
müəyyən edilmişdir. Son nəticədə mətn, bir neçə işarə istisna
olmaqla, praktik olaraq bütünlüklə bərpa edilmişdir.
Ancaq bu hələ birinci mərhələ idi. Qədim sənədin geniş
oxucu kütləsinə münasib olması üçün onun düzgün elmi tərcüməsinə
ehtiyac vardı. Belə tərcümə mətnin bərpasından daha vacib və
olduqca çətindir. Onun ayn-ayn hissələri şumeroloqlar Torkild
Yakobsen
(Çikaqo,
Şərq
institutu)
və
Adam
Falkenşteyn
(Geydelberq universiteti) tərəfindən müvəffəqiyyətlə tərcümə olundu.
Onlann əməyi, həmçinin əvvəllər Leypsiqdə və Ankarada işləmiş,
hazırda Çikaqoda Şərq institutunun professoru Benno Landsberğerin
söylədiyi çoxsaylı fərziyyələr 1949-cu ildə mətnin Journal of
Amerikan Oriental Sokiety jurnalında çap olunan birinci tam
tərcüməsini hazırlamağa imkan yaratdı.
Şumer mətnində bir çox sözlər və ifadələr indiyədək tam
aydın deyildir. Ancaq biz şübhə etmirik ki, gələcəkdə hər şeyi bilmək
istəyən hansısa bir alim bu qədim sənədin tamamilə dəqiq
tərcüməsim edə biləcəkdir5.
Şumer məktəbində atmosfer qaranlıq, təhsil proqramı quru,
tədris darıxdırıcı və yeknəsəq, intizam sərt olmuşdur. Ona görə də
təəccüblü deyil ki, bəzi şagirdlər müxtəlif bəhanələrlə məşğələlərə
gəlmir, indi deyildiyi kimi, “çətin” uşaqlar olurdular. Bu bizi ilk
yazılı surətdə qeydə alınan “uşaq cinayətkarlığı” hallarına gətirib
çıxarır. Bu məsələ ilə əlaqədar sənədlər özlüyündə maraqlıdır. Həmin
sənədlərdə ilk dəfə Şumer sözü “namlulu”va, yəni “insani” sözünə
rast gəlirik. O, insana şərəf gətirən əxlaq və əməl mənasında işlənir
24
Э. ATA VƏ OĞUL
İLK ‘HƏDDİ - BULUĞA ÇATMAMIŞ
QANUNPOZAN”
Bizim günlərdə həddi - buluğa çatmayanlar arasında
cinayətkarlıq ciddi problemə çevrilmişdir. Qədim dövrdə bu sahədə
vəziyyətin bir qədər yaxşılığı qoy bizə təskinlik olsun! Min illər
bundan əvvəl dəcəl, sözə qulaq asmayan, naşükür uşaqlar öz
valideynləri üçün cəza mənbəyi olmuşlar. Onlar hamilərinin bütün
şayiələrinə baxmayaraq küçə və izdihamlı meydanlarda qrup halında
avaralanırdılar. Onlar təhsilə və məktəbə nifrət bəsləyirdilər, öz
valideynlərini şikayət və sızıltılarla təngə gətirirdilər.
Biz bütün bunlar haqqında bu yaxınlarda bərpa olunmuş
qədim şumer mətnindən xəbərdar oluruq. Bu sənəd on yeddi palçıq
lövhəcikdən və fraqmentdən ibarətdir və təxminən 3700 il bundan
əvvəl yazılmışdır. Ola bilər ki, mətn bir neçə yüz il əvvəl
yaradılmışdır.
Haqqında söhbət gedən əsər mirzə ilə onun fərsiz oğlu
arasındakı dialoq haqqındadır. Orada ata oğlunu dostcasına başa
salmaq istəyir ki, məktəbə getsin, səylə oxuyub evə qayıtsın, küçədə
dayanmasın Ata oğlunun ona diqqətlə qulaq asdığına əmin olmaq
üçün onu öz ifadələrini olduğu kimi təkrar etməyə məcbur edir.
Sonradan söhbət atanın monoloquna çevrilir. Ata, oğluna
“adam olmaqda” kömək edə biləcək praktik məsləhətlərdən başlayır:
küçələrdə və bağlarda avaralanma; öz tərbiyəçinə qulaq as; məktəbə
get, keçmişin təcrübəsini öyrən. Sonra atanın sözlərinə görə, öz
qorxaqlığı, “qeyri-insani” (insana yaraşmayan) hərəkətləri ilə onu
ümidsizliyə gətirmiş fərsiz oğlunun ünvanına acı qınaqları gəlir. Ata
oğlunun naşükürlüyündən çox pərişandır. O, heç vaxt oğlunu xış
arxasında getməyə, öküzləri qovmağa məcbur etməmiş, başqalarının
etdiyi
kimi, onu yanacaq
arxasınca göndərməmiş, köməyə
çağırmamışdır. Bununla belə, onun oğlu başqalarının uşaqlarından
çox pis olmuşdur.
25