24
qədər artırmaqla klozapin ilə əvəz etmək lazımdır. Kifayət qədər
terapevtik effekt olmadıqda, klozapini digər antipsixotik
vasitələrlə birgə təyin etmək olar. İkinci dərman vasitəsinin
seçilməsi konkret pasiyent üçün onun böyük effektivliyi və daha
yaxşı tolerantlığı (digər dərman vasitələrinə nisbətən) ilə
müəyyən edilir [C].
4.
Əgər müalicəyə rezistentlik (dözümlülük), xəstənin dərmanların
qəbul rejiminə əməl etməsinə kifayət qədər meylli olmaması ilə
əlaqədardırsa uzunmüddətli təsir göstərən (prolonq – reperidon
CONSTA) antipsixotik dərman vasitəsinin təyin edilmə
mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Uzunmüddətli təsir
göstərən (prolonq) dərman vasitələri standart dozalarda və vaxt
intervallarına əməl edilməklə təyin olunmalıdırlar. Onların təyini
zamanı, dərman vasitəsinin əzələdaxili inyeksiyasının yerinə
yetirilməsi üçün nəzərdə tutulan müalicə müəssisəsinə müntəzəm
gəlişlər və ya tibbi personalın evə getməsi kimi təşkilati
proseduralar dəqiq müəyyən edilməlidir [C].
5.
Terapevtik rezistentliyi olan xəstələrdə pozitiv effekti müalicəyə
koqnitiv-davranış terapiyasını (KDT) əlavə etməklə əldə etmək
olar [B]. Bundan başqa ailə müdaxilələri və normal həyat
şəraitinin saxlanması müalicəyə rezistentliyi (dözümlülüyü) olan
xəstələr üçün çox vacibdir. Belə ki, onlar cəmiyyətdə təcrid
olunma riskinə malikdir, ailələri isə müalicə nəticəsində gözlənilən
effektin olmaması ilə əlaqədar ruhdan düşə bilərlər [D].
U
Remissiya dövründə müalicə
1.
Remissiya dövründə terapiyanın məqsədləri sabit psixi vəziyyəti
saxlamaq, təkrar kəskinləşmələrin qarşısını almaq, maksimum
imkan dərəcəsində cəmiyyətdə tam dəyərli həyata qayıtmaq,
produktiv fəaliyyət qabiliyyətini inkişaf etdirmək və ya bərpa
etmək, həyat keyfiyyətini yaxşılaşdırmaqdır [C].
2.
Şizofreniyanın müalicəsi zamanı remissiya mərhələsində
antipsixotik dərman vasitələri dəstəkverici terapiya
əvəzedilməzdir. Şizofreniyalı xəstələrə psixososial tədbirlər
apardıqda dəstəkverici terapiyanın tətbiqi vacibdir. Vəziyyəti və
dəstəkverici terapiyanın tolerantlığını qiymətləndirmək
məqsədilə, remissiya dövründə xəstələrin müayinəsi 3 ayda bir
dəfədən az olmayaraq aparılmalıdır [D]. Bu zaman klinik effekt,
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
25
dərmanların əlavə təsirləri və müalicə alanların qənaətbəxş
olması sənədləşdirilməlidir.
3.
Remissiya dövründə dəstəkverici terapiya məqsədilə dərman
vasitələrinin dozasını təyin etdikdə, o faktı nəzərə almaq
lazımdır ki, residivin qarşısını almaq üçün minimum və lazımi
dozanı müəyyən edən etibarlı üsullar mövcud deyil. Remissiya
dövründə AA əlavə təsirlər törətməyən, standart terapevtik
dozada təyin edilməlidirlər. Əlavə təsirlər olmadıqda AA
dozasının azaldılması təkrar kəskinləşmə riskinə görə məsləhət
görülmür [C].
4.
ƏN remissiya dövründə kiçik dozalarda təyin edilə bilər, çünki
yüksək dozanın üstünlüyü haqqında dəlil yoxdur və bundan
başqa yüksək dozalar xəstələr tərəfindən daha pis tolerantlığa
malikdirlər. Kiçik dozada ƏN təyin edilməsi müalicəyə yüksək
meylliliyə səbəb olur və xəstələrin funksional adaptasiyasını
yaxşılaşdırır [D].
5.
Şizofreniyalı xəstələrin dəstəkverici (dəstəkləyici) terapiyanın
qəbulunu nə vaxt dayandırmasını qabaqcadan dəqiq göstərən
üsul (metod) mövcud deyil. Vəziyyətin kəskinləşməsinin və
kəskin epizodun təkrar inkişaf etməsinin yüksək riskini nəzərə
alaraq, iki və daha çox epizod keçirmiş xəstələrdə dəstəkləyici
terapiyanı adətən 2 ildən az olmayan müddətə təyin etmək
lazımdır. Antipsixotik dərman vasitəsinin qəbulunun kəsilməsi
mümkün ola biləcək kəskinləşmə əlamətlərinin daimi
monitorinqini həyata keçirməklə, tədricən 2-4 ay ərzində
aparılmalıdır. Dəstəkləyici terapiyanı dayandırdıqdan
(kəsdikdən) sonra xəstənin vəziyyətinin monitorinqi minimum 2
il davam etdirilməlidir [D].
6.
Remissiya vəziyyətində xəstələrin müalicəsinə cəmiyyətdə
maksimum mümkün ictimailəşmə və muxtariyyətin nail
olunmasına yönəldilmiş reabilitasiya və psixososial tədbirlərin
aparılması daxil edilməlidir. Tibb müəssisələrinin və sosial
yardım xidmətinin əməkdaşları funksional adaptasiyanın
qiymətləndirilməsini aparmalı və şizofreniyalı xəstələrdə onun
artmasına kömək etməlidirlər [D].
7.
Hətta stabil remissiya vəziyyətində olduqda belə şizofreniyalı
xəstələr işə düzəlmə məsələlərində xeyli çətinliklərlə qarşılaşırlar
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
26
və uzun müddət işsiz qalırlar. Əmək qabiliyyətini bərpa etmək və
işə düzəlmək istəyən şizofreniyalı xəstələr arasında sosial və
əmək reabilitasiyası proqramları aparılmalıdır [A].
U
Şizofreniya zamanı psixososial müdaxilələr
►
Ailə müdaxilələri [A]
Ailə şizofreniyalı xəstəyə yardım göstərən çox böyük vasitədir.
Lakin eyni zamanda ailə üzvləri öz yaxınlarının xəstəliyinin neqativ
psixoloji və sosial nəticələrini hiss edirlər. Ailə müdaxilələrinə
xəstəyə yardım göstərilməsində ailə ilə əməkdaşlığın inkişaf
etdirilməsi, xəstəlik və müalicə haqqında məlumat verilməsi, ailənin
digər üzvlərində emosional distressin azaldılması, pozitiv ailə
atmosferinin saxlanması, xəstəlik ilə əlaqədar müəyyən problemlərin
həll edilməsi, pasiyent barəsində real istiqamətin inkişaf etdirilməsi
daxildir. Ailə müdaxilələri mümkün qədər tez başlanmalıdır və
müalicənin bütün mərhələlərində aparmalıdır. Onlara ailə üzvləri
üçün xüsusi çap və video materialların yayılması da daxil
edilməlidir. Xəstələrin ailə üzvlərini istehlakçılar təşkilatlarına cəlb
etmək lazımdır.
►
Məlumatlandırmanın artırılması [A]
Pasiyentlərin xəstəlik və müalicə metodları haqqında bilik
səviyyəsinin yüksəldilməsi kəskinləşmələrin miqdarını azaldır. Bu,
müalicəyə meylliliyin yaxşılaşdırılması, pasiyentlərin göstərilən
yardımdan qənaətbəxşliliyinin və kəskinləşmələrin erkən əlamətləri
haqqında məlumatlandırılmasının artırılması hesabına baş verir.
Kəskinləşmə və sabitləşmə mərhələlərində məlumatlandırmanın
artırılması daha dəqiq məsələlər üzərində toplana bilir. Lakin
pasiyentlər sağaldıqca müxtəlif problemlərin həll edilməsi, stress
vəziyyətlərinin (situasiyalarının) tənzimlənməsi, psixi sağlamlıq
məsələləri üzrə pasiyentin maariflənməsinin artırılması ilə əlaqədar
daha geniş mövzulara toxunulur.
►
Koqnitiv-davranış terapiyası (KDT) [B]
Şizofreniya zamanı KDT məqsədi müalicəyə rezistent (davamlı)
əlamətlərin, həmçinin xəstəliyin emosional, koqnitiv və davranışla
bağlı nəticələrinin aradan qaldırılmasıdır. Standart farmakoloji
müalicə ilə birgə KDT remissiyanın başlamasını sürətləndirir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
Dostları ilə paylaş: |