15
Qaraciyərin, böyrəklərin, qalxanvari vəzinin funksiyasının
müayinəsi
Nevroloji müayinə, EKQ, flüoroqrafik müayinə, oftalmoloji
müayinə (40 yaşdan yuxarı şəxslər üçün), hədd-buluğa
çatmış qadınlarda hamiləliyə görə müayinə
Sifilis, hepatit C, İİV, vərəm testi, narkotiklərin və alkoqolun
istifadəsinə görə test.
Şizofreniya xəstəliyinin müalicəsi
1.
Şizofreniya diaqnozu olan xəstələr AR-nın konstitusiyası ilə
təminat verilən bütün hüquqlara malikdirlər. Şizofreniyalı
xəstələrin müalicəsi AR-nın “Psixiatriya yardımı haqqında”
qanunu və digər qanunverici aktları ilə tənzim olunur.
Müəssisənin müdriyyəti və tibbi personal müalicə və yardım
göstərmə prosesində şizofreniyalı xəstələrin hüquqlarına riayət
olunmasına görə məsuliyyət daşıyırlar.
2.
Pasiyentlər və onların ailə üzvləri, adətən kifayət qədər
məlumata malik olmurlar və çox vaxt özlərinə qarşı və xəstəliyin
proqnozu haqqında neqativ hisslər keçirirlər. Buna görə də,
həkimlər aydın və başa düşülən formada onlara şizofreniya və
yardım göstərmə prosesində ailənin pozitiv rolu haqqında
məlumatlar verməlidirlər. Müalicənin bütün mərhələlərində
həkimlər terapevtik optimizm və etibar atmosferini saxlamaqla,
pasiyentlər və onların ailə üzvləri ilə qarşılıqlı əməkdaşlıq
əlaqələrini inkişaf etdirməlidirlər [D].
Şizofreniyanın ilk epizodunun müalicəsi
U
Affektiv əlamətləri olmayan şizofreniyanın
U
ilk epizodunun müalicəsi
1.
İlk dəfə diaqnozu qoyulmuş şizofreniyanın müalicəsinə imkan
daxilində tez başlamaq lazımdır. Müalicənin gecikməsi ifadə
olunmuş distreslə əlaqədardır və ictimai-təhlükəli fəaliyyət
riskini artırır. Eyni zamanda ilk epizodun müalicəsinin tez
başlanması 90% pasiyentlərin vəziyyətinin yaxşılaşmasına
gətirib çıxarır [B].
2.
Şizofreniyanın ilk epizodundan əvvəl uzun müddət qeyri-
psixotik əlamətlərin olması və prodromal dövrdə adaptasiyanın
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
16
tədricən pisləşməsi ola bilər. Şizofreniyanın ilk epizodunun son
dərəcə yüksək riskdə başlanmasına aşağıdakılar aiddir [A]:
gənc yaş-14-35 yaş
əvvəlki aylar ərzində pasiyentin hisslərinin və davranışının
dəyişməsi
kifayət qədər ifadə olunmayan və ya diaqnoz qoyulması üçün
uzunmüddətli subklinik pozitiv əlamətlər
yaxın qohumlarda psixotik və ya şizotipik pozuntular
son zamanlar sosial fəaliyyətin davamlı azalması
3.
İlk epizodun müalicəsini stasionardan kənarda aparmaq lazımdır,
bu psixiatriya xəstəxanalarında müalicəyə görə qorxu və yanlış
fikir hissini keçirən pasiyentlər və onların ailə üzvlərinin
psixoloji travma və təşvişini azaldır. Stasionar yardım özünə və
ətrafdakılara zərər yetirmə riski olan, həmcinin ailədə və ya
icmada göstərilən yardımın səviyyəsi kifayət etməyən
pasiyentlər üçün lazımdır [C].
4.
İlk dəfə psixotrop dərman vasitələri qəbul edən pasiyentlərə
farmakoloji müalicə çox ehtiyatla təyin edilməlidir. Əgər
xəstənin vəziyyəti imkan verirsə, ilk 24-48 saat ərzində
antipsixotiklər təyin etməmək olar. Lakin bu zaman təşviş və
yuxu pozuntusunu aradan qaldırmaq üçün benzodiazepinlər təyin
edərək müşahidə etmək məsləhət görülür (C).
5.
Atipik antipsixotiklər şizofreniyanın müalicəsi ücün birinci
seçim dərman vasitələridir, belə ki, onlar daha yaxşı tolerantlığa
və gecikmiş diskineziyanın inkişaf etməsinin aşağı riskinə
malikdirlər. Azərbaycanda qeydiyyatdan keçmiş atipik
antipsixotiklər olanzepin, risperidon, sertindol, ziprazidondur
[B]. Klozapin də atipik antipsixotikdir, lakin o, ikinci seçim
dərman vasitələrinə aiddir [A].
6.
Şizofreniyanın ilk epizodu olan xəstələrə antipsixotiklərin kiçik
dozalarını, 7 gün müddətində başlanğıc müalicə dozasına
(olanzapin üçün - 10 mg, risperidon üçün - 2 mq, sertindol üçün -
8mq., ziprazidon üçün - 80 mq.), qədər artıraraq və üç həftə
ərzində saxlayaraq təyin etmək lazımdır [C].
7.
Əgər effekt kifayət qədər deyilsə, sonrakı 4 həftə ərzində,
tədricən, göstərilən dərman vasitələrinin dozasını orta terapevtik
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
17
dozaya çatdırmaq lazımdır (risperidon – 4 mq, olanzapin - 20
mq, sertindol - 16 mq., ziprazidon - 160 mq,) [C]
8.
Əgər atipik antipsixotikin qəbulu ilə əlaqədar çəkinin artması,
karbohidrat mübadiləsinin pozulması və cinsi disfunksiya baş
verirsə, digər atipik və ya ənənəvi anipsixotiklərin təyin
edilməsini nəzərdən keçirmək lazımdır [D].
9.
Əgər terapevtik reaksiya kifayət deyilsə, səbəbini
müəyyənləşdirin [D]:
Dərman vasitəsinin kifayət etməyən dozası - əlavə təsirlər
olmadıqda artırıla bilər
Kifayət qədər olmayan meyllilik - imtina etmənin səbəblərini
müzakirə edərək, doza və müalicə rejimi variantlarını təklif
edin
Zəif həssaslıq olarsa - digər atipik antipsixotikə keçin və 6-8
həftə müşahidə edin.
10.
Kifayət qədər həssaslıq, meyllilik olmayan və ya intihar riski
yüksək olan hallarda klozapinə (klozapinin başlanğıc dozası 12,5
mq/gün) keçin və ya uzunmüddətli təsir göstərən (prolong –
risperidon - CONSTA) inyeksiya şəklində atipik antipsixotikin
təyin edilməsinin mümkünlüyünü nəzərdən keçirin [A].
11.
Əgər həssaslıq əldə olunubsa, 12 ay müddətində terapiyanı
davam etdirmək və sonra 2-4 ay ərzində dərmanın qəbulu
kəsilənə qədər tədricən dozanı azaltmaq lazımdır. Təqribən 20%
pasiyentlərdə şizofreniyanın ilk epizodunun müalicəsindən sonra
tam remissiya əldə etmək mümkün olmur, belə pasiyentlər daha
uzun müddət
ərzində
dəstəkverici terapiyanı davam
etdirməlidirlər [B].
12.
İlk epizodun müalicəsi qurtardıqdan sonra müntəzəm olaraq
pasiyentin psixi sağlamlığının monitorinqini (intihar etmə və
digər ictimai-təhlükəli fəaliyyət riskini qiymətləndirmək daxil
olmaqla) aparmaq lazımdır. Şizofreniyanın ilk epizodunu
keçirmiş əksəriyyət pasiyentlər xəstəliyin birinci ili ərzində
psixiatr mütəxəssislər tərəfindən müntəzəm müşahidə olunmalı
və onların psixi sağlamlıq problemi tam həll olunmayana qədər
ilkin yardım sisteminə göndərilməməlidirlər [D].
13.
Psixososial müdaxilələr müalicənin əvvəlində böyük əhəmiyyətə
malikdirlər. Belə ki, onlar davamlı və münasib yardım üçün
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
Dostları ilə paylaş: |