27
Şizofreniya zamanı KDT-nın daha effektli vasitələrinə çətinlikləri
aradan qaldırmaq üzrə strategiyanın inkişaf etdirilməsi, xəstəliyin
əlamətlərinin başa düşülən şəkildə izah edilməsi, real məqsədlərin
qoyulması, ağrılı tərəflərin dəyişdirilməsi, yeni davranış
formalarının mənimsənilməsi aiddir. Adətən şizofreniya zamanı
KDT həftədə 1 dəfə olmaqla, 20 fərdi psixoterapevtik sessiyadan
ibarətdir, lakin qalıq təzahürlərin olması hallarında, əlavə görüşlərin
keçirilməsi zərurəti yarana bilər. KDT, xüsusilə, komorbid (yanaşı)
pozuntusu olan və güclü emosional distress keçirən şizofreniyalı
xəstələrə göstərişdir.
►
Sosial qabiliyyətlərin inkişaf etdirilməsi [A]
Şizofreniyalı xəstələrə sosial qabiliyyətlərin öyrədilməsi,
xüsusilə, xəstəlik gənc və yeniyetmə yaşlarında başladıqda
gələcəkdə vacib sosial qabiliyyətlərin inkişaf etməsi üçün əngəl
törətmir. Bundan başqa xəstəliyi uzun müddət davam edən xəstələr
sosial qabiliyyətlərini itirə bilər.
Şizofreniyalı
xəstələrə
kommunikasiya (əlaqə) qabiliyyətlərinin inkişaf etdirilməsi, şəxslər
arası əlaqələrin saxlanması, özünəxidmət (özünə qulluq) və müstəqil
yaşamaq imkanlarının yaxşılaşdırılmasına aid olan xüsusi təlimlərin
aparılması lazımdır. Sosial qabiliyyətin öyrədilməsi müəyyən
əlamətə və ya xəstənin tələblərinə uyğunlaşdırılmalıdır ki, onların
cəmiyyətdə yaşamasını yüngülləşdirə bilsin.
►
Əmək terapiyası [A]
Əmək terapiyası insanın fundamental əmək hüququna əsaslanır.
O, 2 komponentdən ibarətdir: peşə təhsili və xəstələrin
məşğulluğunun dəstəklənməsi. Əmək terapiyası pasiyentlərin sosial
fəaliyyətini yaxşılaşdırır, xəstəliyə görə əlilliyi və xərcləri azaldır,
həmçinin xəstəliyin gedişinin pisləşmə riskini azaldır. Xəstələrin
peşə təlimi ilə əmək terapiyası sahəsində xüsusi hazırlanmış
mütəxəssislər məşğul olmalıdırlar. Şizofreniyalı xəstələrin
imkanlarına uyğun iş tapmaq arzuları dəstəklənməli və onlar işə
düzəltmə agentliklərinə göndərilməlidirlər. Şizofreniyalı xəstələrin
işə düzəldilməsi onların peşə tələbatlarına uyğun və yüksək
təhlükəsizlik texnikası tələblərinə malik olan xüsusi iş yerlərinin
yaradılmasını tələb edir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
28
►
Keyz menecment [A]
Keyz menecment - fərdi əsasda istehlakçıya xidmətlərin təşkili
və koordinasiyasından (əlaqələndirilməsindən) ibarət sosial iş
metodudur. Bu metod konkret (müəyyən) pasiyent üçün vacib və
arzu olunan yardım və dəstək növlərindən yararlanmaq imkanını
təmin etməklə planlaşdırılmış nəticələrə nail olmağa yönəlmişdir.
Fərdi menecment prosesində sosial işçi aşağıdakı məsələləri həll
edir: 1) istehlakçı ilə uzun müddətli əlaqənin dəstəklənməsi
(saxlanması); 2) istehlakçının tələblərinin və istəklərinin
qiymətləndirilməsi; 3) müştərək fəaliyyətin planlaşdırılması; 4)
istehlakçının tibbi və sosial müəssisələr ilə əlaqələrinin qurulması və
koordinasiyası; 5) qəbul edilən xidmətlərin monitorinqi; 6)
istehlakçının maraqlarının müdafiəsi; 7) Assertiv yardım [A]
Assertiv yardım - ağır sosial dezadaptasiyalı və bununla əlaqədar
adi psixiatriya müəssisələrində yardım almaq imkanından məhrum
olan böyük pasiyentlərə intensiv və kompleks yardımdır. Assertiv
yardım tərkibinə psixiatr, tibb bacıları, sosial işçilər, narkoloqlar,
psixoloqlar, reabilitasiya sahəsində mütəxəssislər daxil olan
multidissiplinar briqada tərəfindən həyata keçirilir. Bu mütəxəssislər
belə pasiyentlərin olması ehtimal edilən evdə, küçədə, vağzalda və
digər yerlərdə bilavasitə işləyirlər. Pasiyentlər ilə uzunmüddətli
əlaqəni saxlamaqla və onların tibbi və sosial problemlərinin həllinə
kömək etməklə, mütəxəssislər xroniki psixi xəstəliyin sərsərilik,
qanunla problemlər, alkoqol və narkotiklərin qəbulu, tez-tez
hospitalizasiyalar və müalicə rejiminə riayət etməmə kimi neqativ
nəticələrinin profilaktikasını həyata keçirirlər.
U
Şizofreniyalı xəstələrə yardım göstərən müəssisələr
1.
İlkin tibbi yardım müəssisələri
Rayon poliklinikaları
şizofreniyalı
xəstələrə yardım
göstərilməsində vacib rol oynaya bilər. Bu müəssisələrdə işləyən
həkimlər çox vaxt birinci dəfə şizofreniya əlamətləri aşkar olunan
pasiyentlərin ilk dəfə müraciət etdikləri mütəxəssislər olurlar. İlkin
səhiyyə sistemi həkimləri psixoz əlamətlərini aşkar etməyi, məsləhət
xidmətlərini və belə xəstələri müayinə və müalicə üçün
mütəxəssislərə göndərmək daxil olmaqla, ilk yardım göstərməyi
bacarmalıdırlar.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
29
Eyni zamanda, sahə terapevtləri və ailə həkimləri xəstələri
remissiya dövründə onların təbii əhatəsində daha çox müşahidə
etmək imkanına malikdirlər, ona görə də onlar psixi sağlamlıq
sahəsindəki mütəxəssislərlə yanaşı şizofreniyalı xəstələrə yardım
göstərilməsində iştirak etməlidirlər. İlkin səhiyyə sistemi həkimləri
bilməlidir:
►
AR “Psixiatriya yardımı” Qanunu ilə təminat verilmiş xəstəlik
haqqında məlumatın məxfiliyinə riayət etməklə, xidmət etdikləri
sahədə yaşayan şizofreniya tutmaları olan xəstələr haqqında
məlumatlı olmaq
►
Xəstələrin ixtisaslaşdırılmış yardım sistemində müalicəsi
qurtardıqdan sonra fiziki və psixi vəziyyətinin monitorinqini
həyata keçirmək
►
Endokrin pozuntulara görə (diabet, hiperprolaktinemiya)
şizofreniyalı xəstələrin müayinəsini aparmaq; ürək-damar
xəstəliklərinin risk amillərini (AT, lipid göstəriciləri) aşkar
etmək; qəbul edilən dəstəkləyici terapiyanın əlavə təsirini və
dərmanların qarşılıqlı əlaqəsini, alkoqol və/və ya narkotiklərin
sui-istifadə edilməsini.
►
Şizofreniyalı xəstələrin ixtisaslaşdırılmış tibbi yardım sisteminə
təkrar göndərilməsi aşağıdakı hallarda həyata keçirilir:
Psixi vəziyyətin kəskinləşməsi
Terapiya rejiminə riayət olunmaması
Müalicəyə qarşı mənfi reaksiyanın olması
Psixoaktiv maddələrdən istifadə edilməsi
Özünə və ətrafdakılara zərər yetirmə riskinin meydana
gəlməsi
Əlavə müayinənin və ya mütəxəssisin məsləhətinin zəruri
olması.
2.
Ambulator psixiatriya müəssisələri
Ambulator yardıma ixtisaslaşdırılmış psixiatrik ambulator
müəssisələrdə və rayon poliklinikalarının psixiatriya kabinetlərində
göstərilən yardım aiddir. Ambulator yardımın üstünlüyü yaşayış
yerinə görə pasiyentlərə xidmət göstərmə imkanının olmasıdır.
Ambulator yardımın vacib komponenti pasiyentin konkret
tələbatlarından asılı olaraq cəlb oluna bilən və tərkibinə həkim
psixiatr, psixiatriya tibb bacıları, psixoloq, sosial işçilər, əmək
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
Dostları ilə paylaş: |