Azərbaycan Respubliкası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti bank əMƏLİyyatlari dərs vəsaiti



Yüklə 1,57 Mb.
səhifə7/112
tarix29.04.2022
ölçüsü1,57 Mb.
#86200
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   112
d book iqtisadiyyat 23480

ƏDƏBİYYAT. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

7

7

9

11

13

22
22
31

31
39

55
57
61

61

68

70

74

96

101
108

108

110
114

114

115

117

119

120
121

121

123

124

124

133
154

154

155

157

159

161

161

164
165

167

167
168

171

174

177

178
180

183

186

191
197

197

200

201
206

206

208

210


GİRİŞ
Bank sisteminin fəaliyyəti qəbul olunmuş “Mərkəzi Bank haqqında” və “Banklar və bank fəaliyyəti haqqında” Azər­­baycan Respublikasının qanunları ilə nizamlanır. Azər­baycan Respublikasının ərazisində kommersiya banklarının açılması, qeydə alınması və ləğvi həmin qanunlarla müəyyən olunur. Azərbaycan ərazisində bu qanuna görə lisen­ziya­laş­dırılmış bank fəaliyyəti qaydası mövcuddur, yəni bank fəaliy­yəti yalnız Mərkəzi Bankın xüsusi lisenziyası əsasında apa­rıla bilər. Bank fəaliyyətinə Mərkəzi Bank tərəfindən xüsusi ica­zə verilməsi bank əməliyyatları üzrə yüksək dərəcəli risklə əla­qədardır. Bankın nizamnaməsi Mərkəzi Bankdan qey­diy­yat­dan keçdikdən sonra kommersiya bankı yaradılmış he­sab edilir və hüquqi şəxs statusu qazanır. Kommersiya bank­larının yaradılması təşəbbüsünü onun təsisçiləri irəli sü­rürlər.

Qanuna görə kommersiya bankları istənilən mülkiyyət formasında yaradıla bilər. Onun təsisçiləri isə bankın nizam­namə kapitalının formalaşmasında iştirak etməyə tam hazır olan hüquqi və fiziki şəxslər ola bilərlərdir. Qanuna görə siyasi təşkilatlar və ixtisaslaşmış ictimai fondlar müstəsna olmaqla bütün hüquqi və fiziki şəxslər kommersiya bank­larının tə­sis­çi­ləri ola bilərlər. Likvid balansı olmayan və eləcə də, ödəmə qa­biliyyətsiz elan olunmuş müəssisə və təşkilatlar bankın tə­sisçisi ola bilməzlər.

Təsisçilər bankın yaradılması üçün lazım olan bütün sənədlərin hazırlanmasını öz üzərlərinə götürürlər. Təsisçilər, yəni fiziki və hüquqi şəxlər təsis müqaviləsini hazır­layır və onu imzalayırlar.

Təsis müqaviləsində bankın xarakteri (pay və ya səhm­­­dar), nəzərdə tutulan nizamnamə kapitalının məbləği və təsisçilərin həmin kapitalda olan payı, üzərlərinə götürdükləri öhdəliklər üzrə tərəflərin cavabdehlik səviyyələri, mövcud ola biləcək münaqişələrin həlli qaydası və s. öz əksini tapmalıdır.

Kommersiya banklarının yaradılmasında əsas sənəd kimi onun nizamnaməsi qəbul edilir və nizamnamədə bankın adı, onun hüquqi ünvanı, apara biləcəyi əməliyyatların siya­hısı, nizamnamə fondunun və bank tərəfindən yaradılacaq di­gər fondların məbləği, təsisçilər haqqında məlumat və bankın idarəçiliyi haqqında əsasnamə təqdim olunmalıdır.

Bazar iqtisadiyyatına keçid dövründə banklar iqti­sa­diy­yatın daha sürətlə inkişaf edən sahəsinə çevrilmişdir. Güc­lü maliyyə potensialına malik banklar olmasa iqtisadiy­yatı inkişaf etdirmək olmaz. Onlar ölkənin sosial – iqtisadi inki­şa­fı­na maliyyə təminatı yaratmaqla iqtisadi islahatların real­laşmasında böyük rol oynaya bilərlər. Mahiyyət etibarilə bankların başlıca funksiyası ölkənin iqtisadi inkişafına xid­mət etməkdir.

Banklar yerinə yetirmiş olduqları əməliyyatların xarak­te­rinə görə üç əsas tipə bölünürlər: emissiya, səhmdar – kom­­mersiya və ixtisaslaşdırılmış banklar.

Mərkəzi Bank adətən ayrı-ayrı müəssisələr, firmalar və sahibkarların kreditləşdirilməsi ilə məşğul olmur. Bu əməliy­yat­ların həyata keçirilməsi səhmdar – kommersiya bank­la­rı­nın səlahiyyətlərinə aid edilir. Belə ki, səhmdar – kommersiya bank­ları müəssisələr, firmalar və ayrı-ayrı vətəndaşların kre­dit­ləşdirilməsini həyata keçirir.

Səhmdar – kommersiya bankları əmanətlərin kredit sis­teminə cəlb edilməsi, müəssisələrə, firmalara, şirkətlərə kre­ditin verilməsi, göstərilən strukturlar arasında haq – he­sab­lar üzrə yuxarıda göstərilən əməliyyatların mühüm kütlə­sini yerinə yetirir, həmçinin də fond-komisyon və valyuta əmə­­liyyatları ilə məşğul olur.

Səhmdar – kommersiya banklarının şəbəkəsi bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq genişlənir. Lakin, eyni zamanda maliyyə vəsaitinin çatışmazlığı və ölkə iqtisadiy­yatının böhran keçirməsi ilə əlaqədar olaraq tez bir zamanda iflasa uğrayırlar. Bunlarla yanaşı bir sıra xarici özəl banklar güclü rəqabət aparma qabiliyyətinə malik olduqlarına görə res­publikanın maliyyə - kredit sistemində aparıcı mövqe tu­tur­lar.




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə
Psixologiya