21
Bu qeyd edilənlərlə yanaĢı, hər bir hökm təqsirləndirici və ya bəraətləndirici olmasından asılı olmayaraq
həqiqilik və ədalətlilik keyfiyyətlərini özündə əks etdirməlidir.
Məlumdur ki, ancaq obyektiv həqiqəti müəyyən etdikdən sonra Ģəxs təqsirli bilinib cəzalandırıla və yaxud
təqsirsiz bilinib bəraətləndirilə bilər.
4. Ġnsan və vətəndaĢın əsas vəzifələri
Konstitusiya geniĢ hüquq və azadlıqlar nəzərdə tutulduğu bir halda vəzifələr ona nisbətdə o qədər də
geniĢ deyil, hüquqlar və azadlıqları Konstitusiyanın 48-ci maddəsi əhatə etdiyi halda vətəndaĢların əsas
vəzifələri cəmisi 9 maddədə əhatə edilmiĢdir. Buna baxmayaraq vəzifələr öz mahiyyətinə görə dərin məna yükü
daĢıyır, hər ölkə qarĢısında öz borcunu layiqincə yerinə yetirməyi tələb edir.
Konstitusiyanın 72-ci maddəsində təsbit edilir ki, hər bir Ģəxs dövlət və cəmiyyət qarĢısında onun hüquq
və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri daĢıyır. Qeyd edildiyi kimi Azərbaycan xalqının iradəsinə
əsasən yaradılan yeni tipli demokratik dövlət humanizm prinsiplərinə əsaslanmaqla dünyəvi dəyərlərə bağlıdır
və hüquqi dövlətlərə xas olan niĢanələri özündə gəzdirir.
Ölkənin bütün daxili məsələləri yalnız hüquqa əsaslanaraq idarə edilir. Dövlət qarĢısında hüquq və
azadlıqlardan yaranan vəzifələrin yerinə yetirilməsi dedikdə, hüquqa əsaslanan tələblərin icrası baĢa
düĢülməlidir.
Cəmiyyət qarĢısında hüquq və azadlıqlardan yaranan vəzifə dedikdə həm qanunlardan, həm əxlaq
normalarından və həm də davranıĢ qaydalarından doğan vəzifələrin icrası nəzərdə tutulur.
Konstitusiyanın 72-ci maddəsinin üçüncü hissəsindəki göstəriĢ xüsusi əhəmiyyətə malikdir. Göstərilir ki,
qanunu bilməmək Ģəxsi məsuliyyətdən azad etmir. Buradan belə nəticə çıxır ki, qanunları öyrənmək lazımdır ki,
onun göstəriĢlərini biləsən, hansı hərəkətlərə qanun yol verməsini, hansıların qadağan edilməsini öyrənəsən. Bu
tələb vacibdir, ona görə ki, respublikamızda hüquqi dövlət yaranır, bütün ictimai və hüquqi münasibətlər yalnız
hüquq normalarına-qanunlara əsasən nizamlanır. Qanunu bilməyən Ģəxs öz hüquq və vəzifələrini dərk etmədiyi
üçün cəmiyyət içərisində özünü lazımi qaydada idarə etmək imkanını itirə və hüquq pozuntusuna yol verə bilər.
Konstitusiyada təsbit edilən əsas vəzifələrdən biri də vergilər və baĢqa dövlət ödəniĢlərinin (maddə 73)
yerinə yetirilməsidir. Qanunla müəyyən edilmiĢ vergiləri və baĢqa dövlət ödəniĢlərini tam həcmdə və vaxtında
nəzərdə tutulmuĢ əsaslar olmadan və qanunda göstərilmiĢ həcmdən əldə vergilər və baĢqa dövlət ödəniĢləri ödə-
məyə məcbur edilə bilməz.
Konstitusiyanın 76-cı maddəsində təsbit edilir ki, Vətəni müdafiə hər bir vətəndaĢın borcudur. Qanunla
müəyyən edilmiĢ qaydada vətəndaĢlar hərbi xidmət keçirirlər. Vətənimiz olan suveren Azərbaycanı müdafiə
etmək demokratik dövlətimizin ən mühüm funksiyalarından biridir. Dövlət respublikanın təhlükəsizliyini və
müdafiə qabiliyyətini yüksəltmək məqsədi ilə öz ordusunu yaradır.
22
MÖVZU 5.
DÖVLƏT HAKĠMĠYYƏTĠ
Plan:
1.
Dövlət hakimiyyətinin həyata keçirilməsinin konstitusiya hüquqi tənzimi.
2.
Azərbaycan Respublikasının Milli Məclisi – parlament qanunvericilik hakimiyyəti orqanıdır.
3.
Azərbaycan Respublikasında Ġcra hakimiyyəti.
4.
Məhkəmə hakimiyyətinin anlayıĢı və onun həyata keçirilməsi.
Ədəbiyyat
1.
Azərbaycan
Respublikasının Konstitusiyası. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı, 2002.
2.
Ġsmayılov Ġ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Bakı, Qanun, 2002.
3.
Əsgərov Z.A. «Konstitusiyanın mahiyyəti» haqqında // «Qanunçuluq», 1997.
4.
Ələsgərov M.H. «Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası». «Azərbaycan» qəzeti, 26
oktyabr 1995.
5.
Əliyev ġ.M. Prezidentlik institutu. Bakı, BDU-nun nəĢriyyatı, 1994.
6.
Xropanyuk B.H. Dövlət və hüquq nəzəriyyəsi. Bakı, 1995.
23
MÖVZU 5.1.
KONSTĠTUSĠYA ƏSASINDA HAKĠMĠYYƏTĠN BÖLÜNMƏSĠ. QANUNVERĠCĠLĠK HAKĠMĠYYƏTĠ
Azərbaycan Respublikasında dövlət hakimiyyətinin bölünməsi.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təĢkil edilir.
Dövlətdə bir-birini tarazlaĢdıran üç hakimiyyətdən biri – qanunvericilik hakimiyyətidir.
a) Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
b) Ġcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur.
c) Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Milli Məclisin say tərkibi.
Azərbaycan Respublikasında qanunvericiliyi həyata keçirən Milli Məclis 125 deputatdan ibarətdir.
Majoritar sistem (frans.matorite - çoxluq) bir sıra inkiĢaf etmiĢ ölkələrdə mərkəzi və yerli nümayəndəli
orqanlar, prezident və baĢqa vəzifəli Ģəxslər seçildikdə səsvermə nəticələrini müəyyənetmə sistemidir. Majoritar
sistemə görə, qanunla müəyyən edilmiĢ və səs çoxluğunu qazanan namizəd, həmin seçki dairəsindən seçilmiĢ
hesab olunur.
Azərbaycan Respublikası Milli Məclisi çağırıĢının səlahiyyət müddəti
Milli Məclisin səlahiyyət müddəti 5 ildir. Milli Məclisin səlahiyyətləri onun ilk iclas günü baĢlanır və son
iclas günü baĢa çatır. Milli Məclisin deputatlarının səlahiyyətləri yalnız Milli Məclisin səlahiyyəti müddətində
qüvvədədir. Milli Məclisin bir çağırıĢının seçkiləri hər beĢ ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Milli Məclisin deputatlarından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət
müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaĢır.
Azərbaycan Respublikası Milli Məclisin deputatlığına namizədlərə aid tələblər
Həmin tələblərdə göstərilir ki, seçkilər günü 18 yaĢı tamam olan və ya yaĢı 18-dən çox olan bütün
Azərbaycan Respublikası vətəndaĢlarının Milli Məclisə deputat seçmək hüququ vardır.
Azərbaycan Respublikasının yaĢı 25-dən aĢağı olmayan hər bir vətəndaĢı qanunla müəyyən olunmuĢ
qaydada Milli Məclisin deputatı seçilə bilər.
Din xadimləri və müddətli həqiqi hərbi və ya alternativ xidmətdə olanlar Milli Məclisə deputat seçilə
bilməzlər. Məhkumluğun ödənilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
maddələrində nəzərdə tutulmuĢ ağır cinayətlərə görə məhkum olunmuĢ Ģəxslər, məhkəmənin qanuni qüvvəyə
minmiĢ hökmü ilə azadlıqdan məhkumetmə yerlərində cəza çəkənlər Milli Məclisə deputat seçilə bilməzlər.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiĢ vətəndaĢlar Milli Məclisə seçkilərdə iĢtirak
etmirlər.
Azərbaycan Respublikasının seçmək hüququ olan hər bir vətəndaĢının birmandatlı və çoxmandatlı
dairələrin hər birində bir səsi var və o, iki dəfə səs verir.
Milli Məclisin deputatlarını seçicilər bilavasitə seçirlər. Seçicilər Ģəxsən və gizli səs verirlər. Seçkilərdə
seçicilərin öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir.
Milli Məclisin deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikasının Milli Məclisinin
səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa keçirilir.
Milli Məclisə seçkiləri Azərbaycan Respublikasının Prezidenti təyin edir. Milli Məclisin səlahiyyətlərinin
qurtarmasına ən geci 80 gün qalmıĢ yeni seçkilər təyin olunur. Milli Məclisə seçkilər üzrə səsvermə bazar
gününə düĢməlidir.
Milli Məclisin 100 deputatı birmandatlı seçki dairələri üzrə, bir qayda olaraq, seçicilərin birmandatlı seçki
dairələrində vahid təsisçilik norması əsasında seçilir. Seçicilərin vahid təmsilçilik norması seçicilərin ümumi
sayının 100-ə bölünməsi yolu ilə müəyyən edilir.
Milli Məclisin 25 deputatı, vahid çoxmandatlı seçki dairəsi üzrə siyasi partiyaların (siyasi partiyaların
bloklarının) göstərdikləri deputatlığa namizədlərin siyahılarına seçicilərin vahidlikləri səslərin nisbəti əsasında
seçilir.
Milli Məclisin 83 deputatının səlahiyyəti təsdiq olunduqda Milli Məclis səlahiyyətlidir.
Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanması və təsdiqi.
Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuĢ qaydada Azərbaycan Respublikasının
Konstitusiya məhkəməsi yoxlayır və təsdiq edir.