26
1.
Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə
imzalanmaq üçün təqdim edilir.
2.
Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul
edildiyi gündən 24 saat ərzində təqdim edilməlidir.
Konstitusiyamıza görə, Milli Məclisin aktları aĢağıdakı qaydada qüvvəyə minir.
Qanun, Milli Məclisin qərarının özündə baĢqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi
gündən qüvvəyə minir.
27
MÖVZU 5.2.
ĠCRA HAKĠMĠYYƏTĠ VƏ ONUN ORQANLARI
Plan:
1.
Ġcra hakimiyyətinin mənsubiyyəti.
2.
Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi.
3.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri.
4.
Azərbaycan Respublikası Nazirlər Kabineti.
Ədəbiyyat
1.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995.
2.
BarnoĢov A.M. Teoriə razdeleniə vlaste: stanovlenie, razvitie, primenenie. Tomsk, 1988.
3.
Ələsgərov M.H. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası. «Azərbaycan» qəzeti, 26
oktyabr 1995-ci il.
4.
Əsgərov Z.A. Hüquqi dövlət Konstitusiyasının formalaĢması. Bakı, 1992.
5.
Əsgərov Z.A. Hüquqi dövlətin Konstitusiyası hansı prinsiplərə əsaslanmalıdır. «Azərbaycan» qəzeti, 25
oktyabr 1992-ci il.
Ġcra hakimiyyəti anlayıĢı
Hüquq ədəbiyyatında icra hakimiyyəti – hüququ tətbiq edən hakimiyyət deməkdir. Yəni qanunvericilik
hakimiyyətinin – Milli Məclisin qəbul etdiyi qanunların icrasını həyata keçirir. Ġcra hakimiyyətinə qanunları icra
etməklə yanaĢı həm də qanunvericilik təĢəbbüsü hüququ verilmiĢdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 99-cu maddəsinə əsasən Azərbaycan Respublikasında icra
hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
Konstitusiyamız Azərbaycan Respublikasının Prezidenti seçilməyə namizədlərə aid aĢağıdakı tələbləri
qoyub:
1.
YaĢı 25-dən aĢağı olmayan;
2.
Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaĢayan;
3.
Seçkilərdə iĢtirak etmək hüququna malik olan;
4.
Ağır cinayətə görə məhkum olunmayan;
5.
BaĢqa dövlətlər qarĢısında öhdəliyi olmayan;
6.
Ali təhsilli, ikili vətəndaĢlığı olmayan Azərbaycan Respublikasının vətəndaĢı Azərbaycan
Respublikasının Prezidenti seçilə bilər.
Prezidentliyə namizədlərə verilən tələblər
Prezidentliyə namizədin yaĢının 35-dən aĢağı olmaması tələbi onunla izah olunur ki, bu məsul vəzifəyə
seçiləcək Ģəxsin müəyyən həyat təcrübəsi olmamalıdır.
Azərbaycan ərazisində 10 ildən artıq daimi yaĢamalıdır tələbi onunla izah edilməlidir ki, prezidentliyə
namizəd verilmiĢ Ģəxs xalqın adətlərini, ənənələrini bilməli, ictimai-siyasi həyatdan baĢ açmalıdır.
Qalan tələblər onun Ģəxsi keyfiyyətlərini, mənəvi kamilliyini, cəmiyyətdəki mövqeyinin müəyyən etmək
üçün qoyulmuĢdur. Həmin tələblərin məzmunu ilə tanıĢlıqdan aydın olur ki, Azərbaycan Respublikasında
prezident seçilmək istəyənlərə heç də ağır tələblər qoyulmamıĢdır.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları
Azərbaycan Respublikasının prezidenti ümumi, bərabər və birbaĢa seçki hüququ əsasında sərbəst, Ģəxsi
və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Ümumi seçki – seçki sistemidir və seçki hüququ prinsipdir. Bu prinsiplə ölkənin bütün seçmək hüququ
verilən vətəndaĢlarına fəal seçki hüququ verilmiĢdir.
Bərabər seçki hüquq – seçicilərə verilən hüquqdur. Seçicilər arasında heç bir ayrı-seçkilik qoyulmur.
BirbaĢa seçki hüququ ilə seçicilər prezidentliyə namizədləri birbaĢa seçirlər. Bu seçki sistemi də ən
demokratik üsuldur. BirbaĢa seçkinin nəticələri seçicilərin verdiyi səslərin səyindən asılı olaraq qəbul edilmiĢ
seçki sisteminə uyğun müəyyən edilir.
Sərbəst seçmək o deməkdir ki, yəni seçici istədiyi namizədə səs verməkdə azaddır.
28
ġəxsi və gizli səs vermə isə o deməkdir ki, seçici Ģəxsin namizədə özü səs verməlidir. Seçicinin əvəzinə
kiminsə səs verməsinə yol verilmir.
Səsvermənin gizli Ģəkildə keçirilməsi seçicinin istədiyi namizədə səs verməsini və bunun gizli
saxlanılmasını təmin etmək məqsədi güdür.
Azərbaycan Respublikasının Prezidenti, səsvermədə iĢtirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə
seçilir. Əgər səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar
günü səsvermənin ikinci dövrəsi keçirilir. Ġkinci dövrədə ancaq birinci dövrdə ən çox səs toplamıĢ iki namizəd,
yaxud ən çox səs toplamıĢ və öz namizədliyini geri götürmüĢ namizədlərdən sonra gələn iki namizəd iĢtirak
edir. Beləliklə, səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının
Prezidenti seçilmiĢ sayılır.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları
Konstitusiyanın 102-ci maddəsinə görə, Azərbaycan Respublikası Prezidenti seçkilərin yekunları
haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
rəsmən elan edir.
Azərbaycan Respublikası Prezidenti seçilmiĢ Ģəxsin andı
ĠnkiĢaf etmiĢ bir çox ölkələrdə dövlət baĢçısı seçilmiĢ Ģəxs and içir. Bu mərasimlərin keçirilməsi artıq
ənənə Ģəklini almıĢdır. Əslində bu mərasim yeni seçilmiĢ dövlət baĢçısının təqdim edilməsidir. Azərbaycan
Respublikasının Prezidenti seçilmiĢ Ģəxsin and içməsi konstitusiyamızın 103-cü maddəsi ilə təsdiq edilmiĢdir.
Həmin maddədə deyilir ki, Azərbaycan Respublikası Prezidenti seçilmiĢ Ģəxs Azərbaycan Respublikası
Prezidenti seçkilərinin yekunları haqqında təlimatın elan olunduğu gündən baĢlayaraq 3 gün ərzində kons-
titusiya məhkəməsi hakimlərinin iĢtirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasına əməl edəcəyimə, dövlətin
müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyim gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına baĢlamıĢ sayılır.
Andiçmə mərasimi adətən televiziya ilə canlı yayımla yayılır. Bu tədbirin çox böyük mənəvi dəyəri vardır.
Milyonlarla tamaĢaçı içərisində hər cür adam-fəhlə, kəndli, ziyalı, qocalar və gənclər var. ġübhəsiz ki, bu tədbir
gənclərdə vətənpərvərlik tədbir tərbiyəsinin formalaĢmasında mühüm təsir vasitəsi rolunu da oynayır.
Prezidentin öz səlahiyyətlərini icra edə bilməməsi
Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi məsələləri
Konstitusiyanın 104-cü maddəsi ilə müəyyənləĢdirilmiĢdir. Həmin maddədə göstərilir ki, Azərbaycan
Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə
itirdikdə, Konstitusiya ilə nəzərdə tutulmuĢ hallarda və qaydada vəzifəsindən kənarlaĢdırıldıqda vaxtından əvvəl
vəzifəsindən getmiĢ sayılır. Bu o, deməkdir ki, Prezident hansısa obyektiv və ya subyektiv səbəbə görə istefa
verdikdə, səhhəti pisləĢərək öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə vəzifədən getmiĢ hesab olunur.
1.
Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə təqdim olunur;
2.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsinin Azərbaycan Respublikasının
Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul
olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə
vəzifədən getmiĢ sayılır.
3.
Əgər Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini
tamamilə itirdiyi barədə məlumat verirsə Azərbaycan Respublikasının Milli Məclisi bu fakt aydınlaĢdırılması
üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu barədə qərarını hakimlərin 6 səs çoxluğu ilə
qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiĢ
hesab olunur.
Göründüyü kimi, «vaxtından əvvəl vəzifədən getmiĢ sayılır», «istefa verdiyinə görə vəzifədən getmiĢ
sayılır» ifadələrində müəyyən fərqlər var. Burada əsas diqqət seçki yolu ilə seçilmiĢ Prezidentin səlahiyyətlərini
yerinə yetirə bilmədiyini tam dəqiqləĢdirilməyə yönəlir. Əminlik yarandıqdan sonra onun vəzifədən kənarlaĢdı-
rılması məsələsinə qanun çərçivəsində yanaĢılır. Bu məsələyə digər tərəfdən iki orqanın-Milli Məclis və
Konstitusiya Məhkəməsinin baxması hakimiyyət bölgüsü prinsipi əsasında aparılır.
Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası
ĠnkiĢaf etmiĢ bir çox ölkələrin Konstitusiyalarında olduğu kimi bizim Konstitusiyamızda da Azərbaycan
Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası məsələsi müəyyənləĢdirilmiĢdir. Belə
ki, Konstitusiyanın 105-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl və-