Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

26 

 

1.



 

Qanunlar  qəbul  edildiyi  gündən  14  gün  müddətində  Azərbaycan  Respublikasının  Prezidentinə 

imzalanmaq üçün təqdim edilir. 

2.

 



Təcili  elan  olunan  qanun  layihəsi Azərbaycan  Respublikasının  Prezidentinə  imzalanmaq  üçün  qəbul 

edildiyi gündən 24 saat ərzində təqdim edilməlidir. 

Konstitusiyamıza görə, Milli Məclisin aktları aĢağıdakı qaydada qüvvəyə minir. 

Qanun, Milli Məclisin qərarının özündə baĢqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi 

gündən qüvvəyə minir. 



27 

 

 



MÖVZU 5.2. 

 

ĠCRA HAKĠMĠYYƏTĠ VƏ ONUN ORQANLARI 

 

Plan: 

1.

 

Ġcra hakimiyyətinin mənsubiyyəti. 



2.

 

Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi. 



3.

 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri. 



4.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti. 



 

Ədəbiyyat 

1.

 



Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995. 

2.

 



BarnoĢov A.M. Teoriə razdeleniə vlaste: stanovlenie, razvitie, primenenie. Tomsk, 1988. 

3.

 



Ələsgərov  M.H.  Müstəqil  Azərbaycanın  ilk  demokratik  Konstitusiyası.  «Azərbaycan»  qəzeti,  26 

oktyabr 1995-ci il. 

4.

 

Əsgərov Z.A. Hüquqi dövlət Konstitusiyasının formalaĢması. Bakı, 1992. 



5.

 

Əsgərov Z.A. Hüquqi dövlətin Konstitusiyası hansı prinsiplərə əsaslanmalıdır. «Azərbaycan» qəzeti, 25 



oktyabr 1992-ci il. 

 

 



 

Ġcra hakimiyyəti anlayıĢı 

Hüquq  ədəbiyyatında  icra  hakimiyyəti  –  hüququ  tətbiq  edən  hakimiyyət  deməkdir. Yəni  qanunvericilik 

hakimiyyətinin – Milli Məclisin qəbul etdiyi qanunların icrasını həyata keçirir. Ġcra hakimiyyətinə qanunları icra 

etməklə yanaĢı həm də qanunvericilik təĢəbbüsü hüququ verilmiĢdir. 

Azərbaycan Respublikasının Konstitusiyasının 99-cu maddəsinə əsasən Azərbaycan Respublikasında icra 

hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. 

Konstitusiyamız  Azərbaycan  Respublikasının  Prezidenti  seçilməyə  namizədlərə  aid  aĢağıdakı  tələbləri 

qoyub: 


1.

 

YaĢı 25-dən aĢağı olmayan; 



2.

 

Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaĢayan; 



3.

 

Seçkilərdə iĢtirak etmək hüququna malik olan; 



4.

 

Ağır cinayətə görə məhkum olunmayan; 



5.

 

BaĢqa dövlətlər qarĢısında öhdəliyi olmayan; 



6.

 

Ali  təhsilli,  ikili  vətəndaĢlığı  olmayan  Azərbaycan  Respublikasının  vətəndaĢı  Azərbaycan 



Respublikasının Prezidenti seçilə bilər. 

 

Prezidentliyə namizədlərə verilən tələblər 

Prezidentliyə namizədin yaĢının 35-dən aĢağı olmaması tələbi onunla izah olunur ki, bu məsul vəzifəyə 

seçiləcək Ģəxsin müəyyən həyat təcrübəsi olmamalıdır. 

Azərbaycan  ərazisində  10  ildən  artıq  daimi  yaĢamalıdır  tələbi  onunla  izah  edilməlidir  ki,  prezidentliyə 

namizəd verilmiĢ Ģəxs xalqın adətlərini, ənənələrini bilməli, ictimai-siyasi həyatdan baĢ açmalıdır. 

Qalan tələblər onun Ģəxsi keyfiyyətlərini, mənəvi kamilliyini, cəmiyyətdəki mövqeyinin müəyyən etmək 

üçün  qoyulmuĢdur.  Həmin  tələblərin  məzmunu  ilə  tanıĢlıqdan  aydın  olur  ki,  Azərbaycan  Respublikasında 

prezident seçilmək istəyənlərə heç də ağır tələblər qoyulmamıĢdır. 

 

Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları 

Azərbaycan Respublikasının prezidenti ümumi, bərabər və birbaĢa seçki hüququ əsasında sərbəst, Ģəxsi 

və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. 

Ümumi seçki – seçki sistemidir və seçki hüququ prinsipdir. Bu prinsiplə ölkənin bütün seçmək hüququ 

verilən vətəndaĢlarına fəal seçki hüququ verilmiĢdir. 

Bərabər seçki hüquq – seçicilərə verilən hüquqdur. Seçicilər arasında heç bir ayrı-seçkilik qoyulmur. 

BirbaĢa  seçki  hüququ  ilə  seçicilər  prezidentliyə  namizədləri  birbaĢa  seçirlər.  Bu  seçki  sistemi  də  ən 

demokratik  üsuldur.  BirbaĢa  seçkinin  nəticələri  seçicilərin  verdiyi  səslərin  səyindən  asılı  olaraq  qəbul  edilmiĢ 

seçki sisteminə uyğun müəyyən edilir. 

Sərbəst seçmək o deməkdir ki, yəni seçici istədiyi namizədə səs verməkdə azaddır. 



28 

 

ġəxsi və gizli səs vermə isə o deməkdir ki, seçici Ģəxsin namizədə özü səs verməlidir. Seçicinin əvəzinə 



kiminsə səs verməsinə yol verilmir. 

Səsvermənin  gizli  Ģəkildə  keçirilməsi  seçicinin  istədiyi  namizədə  səs  verməsini  və  bunun  gizli 

saxlanılmasını təmin etmək məqsədi güdür. 

Azərbaycan Respublikasının Prezidenti, səsvermədə iĢtirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə 

seçilir. Əgər səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar 

günü səsvermənin ikinci dövrəsi keçirilir. Ġkinci dövrədə ancaq birinci dövrdə ən çox səs toplamıĢ iki namizəd, 

yaxud  ən  çox  səs  toplamıĢ  və  öz  namizədliyini  geri  götürmüĢ  namizədlərdən  sonra  gələn  iki  namizəd  iĢtirak 

edir.  Beləliklə,  səsvermənin  ikinci  dövrəsində  səs  çoxluğu  toplayan  namizəd  Azərbaycan  Respublikasının 

Prezidenti seçilmiĢ sayılır. 

 

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları 

Konstitusiyanın  102-ci  maddəsinə  görə,  Azərbaycan  Respublikası  Prezidenti  seçkilərin  yekunları 

haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 

rəsmən elan edir. 

 

Azərbaycan Respublikası Prezidenti seçilmiĢ Ģəxsin andı 

ĠnkiĢaf  etmiĢ  bir  çox  ölkələrdə  dövlət  baĢçısı  seçilmiĢ  Ģəxs  and  içir.  Bu  mərasimlərin  keçirilməsi  artıq 

ənənə  Ģəklini  almıĢdır.  Əslində  bu  mərasim  yeni  seçilmiĢ  dövlət  baĢçısının  təqdim  edilməsidir.  Azərbaycan 

Respublikasının  Prezidenti  seçilmiĢ  Ģəxsin  and  içməsi  konstitusiyamızın  103-cü  maddəsi  ilə  təsdiq  edilmiĢdir. 

Həmin  maddədə  deyilir  ki,  Azərbaycan  Respublikası  Prezidenti  seçilmiĢ  Ģəxs  Azərbaycan  Respublikası 

Prezidenti  seçkilərinin  yekunları  haqqında  təlimatın  elan  olunduğu  gündən  baĢlayaraq  3  gün  ərzində  kons-

titusiya  məhkəməsi  hakimlərinin  iĢtirakı  ilə  belə  bir  and  içir:  “Azərbaycan  Respublikası  Prezidentinin 

səlahiyyətlərini  həyata  keçirərkən  Azərbaycan  Respublikası  Konstitusiyasına  əməl  edəcəyimə,  dövlətin 

müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. 

And içdiyim gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına baĢlamıĢ sayılır. 

Andiçmə  mərasimi  adətən  televiziya  ilə  canlı  yayımla  yayılır.  Bu  tədbirin  çox  böyük  mənəvi  dəyəri  vardır. 

Milyonlarla tamaĢaçı içərisində hər cür adam-fəhlə, kəndli, ziyalı, qocalar və gənclər var. ġübhəsiz ki, bu tədbir 

gənclərdə vətənpərvərlik tədbir tərbiyəsinin formalaĢmasında mühüm təsir vasitəsi rolunu da oynayır. 

 

Prezidentin öz səlahiyyətlərini icra edə bilməməsi 

Azərbaycan  Respublikası  Prezidentinin  öz  səlahiyyətlərini  daimi  icra  edə  bilməməsi  məsələləri 

Konstitusiyanın  104-cü  maddəsi  ilə  müəyyənləĢdirilmiĢdir.  Həmin  maddədə  göstərilir  ki,  Azərbaycan 

Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə 

itirdikdə, Konstitusiya ilə nəzərdə tutulmuĢ hallarda və qaydada vəzifəsindən kənarlaĢdırıldıqda vaxtından əvvəl 

vəzifəsindən getmiĢ sayılır. Bu o, deməkdir ki, Prezident hansısa obyektiv və ya subyektiv səbəbə görə istefa 

verdikdə, səhhəti pisləĢərək öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə vəzifədən getmiĢ hesab olunur. 

1.

 



Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının 

Konstitusiya Məhkəməsinə təqdim olunur; 

2.

 

Azərbaycan  Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsinin Azərbaycan Respublikasının 



Prezidentinin  özünün  verdiyinə  əmin  olduğu  təqdirdə Azərbaycan  Respublikası Prezidentinin  istefasının  qəbul 

olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə 

vəzifədən getmiĢ sayılır. 

3.

 



Əgər Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini 

tamamilə  itirdiyi  barədə  məlumat  verirsə Azərbaycan  Respublikasının  Milli  Məclisi  bu  fakt  aydınlaĢdırılması 

üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu barədə qərarını hakimlərin 6 səs çoxluğu ilə 

qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiĢ 

hesab olunur. 

Göründüyü  kimi,  «vaxtından  əvvəl  vəzifədən  getmiĢ  sayılır»,  «istefa  verdiyinə  görə  vəzifədən  getmiĢ 

sayılır» ifadələrində müəyyən fərqlər var. Burada əsas diqqət seçki yolu ilə seçilmiĢ Prezidentin səlahiyyətlərini 

yerinə yetirə bilmədiyini tam dəqiqləĢdirilməyə yönəlir. Əminlik yarandıqdan sonra onun vəzifədən kənarlaĢdı-

rılması  məsələsinə  qanun  çərçivəsində  yanaĢılır.  Bu  məsələyə  digər  tərəfdən  iki  orqanın-Milli  Məclis  və 

Konstitusiya Məhkəməsinin baxması hakimiyyət bölgüsü prinsipi əsasında aparılır. 

 

Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası 

ĠnkiĢaf etmiĢ bir çox ölkələrin Konstitusiyalarında olduğu kimi bizim Konstitusiyamızda da Azərbaycan 

Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası məsələsi müəyyənləĢdirilmiĢdir. Belə 

ki, Konstitusiyanın 105-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl və-




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə